Azərbaycanda ən aşağı pensiya 500 manat olacaq? - Deputatdan açıqlama

bandicam 2022 07 10 13 30 17 383

Qardaş Türkiyədə minimum əməkhaqqı 30 faiz artırılaraq 5500 lirəyə (534 manat) çatdırılıb. İlin sonunda minimum əməkhaqqı ilə bağlı məsələyə yenidən baxılacağı açıqlanıb. Türkiyə ilə yanaşı, Azərbaycanda da minimum əmək haqqı və pensiyalar müşahidə olunan bahalaşmaya adekvat hesab olunmur. 

Əksəriyyət minimum pensiya və maaşların 500 manata çatdırılmasını təklif edir.

araz.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bahalaşmanın olduğunu və sürətlə getdiyini təsdiqləyib. Deputat qeyd edib ki, ilkin olaraq təqaüd və maaşların nə qədər artırılacağı ilə bağlı hesablamalar aparılmalıdır:

“Bu səbəbdən konkret məbləğ səsləndirmək düzgün deyil. Kimsə 400 manat olmasını, kimsə 500 manat olmasını istəyər. Amma realda nə qədər artıma ehtiyac olması araşdırılmalıdır. Bütövlükdə artıma ehtiyac olduğu göz qabağındadır. Çünki ölkədə ciddi qiymət artımı gedir. Bu səbəbdən əmək haqlarına, müavinətlərə, pensiya məsələlərinə yenidən baxmaq lazımdır”.

Parlamentari hökumətin artıma getmək üçün kifayət qədər vəsaiti olduğunu vurğulayıb:

“İnflyasiya kifayət qədər yüksək olduğu üçün bu məsələlər gündəmdə olmalıdır. İnsanlar bəzi hallarda gündəlik tələbat malları, dərman almağa çətinlik çəkir. Bu məsələləri tənzimləmək lazımdır”.

Bundna əlavə, deputat maaş və pensiyalara yenidən baxıla biləcəyini istisna etməyib. 

 

araz.az xəbər portalı.

Müəllimlərin nəzərinə: Keçid balları nə qədər olacaq?

muellime"Müəllimlərin işə qəbulu imtahanları başa çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə nəticələrdən asılı olaraq keçid balları müəyyənləşdiriləcək".

araz.az bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, hazırda vakant yerlərin müəyyənləşdirilməsi prosesi davam edir və çalışmanın yaş həddinə çatmış müəllimlərin məlumatları toplanır.

Təhsil Nazirliyinin rəsmisi bildirib ki, vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı yerli idarəetmə orqanlarına tapşırıqlar verilib.

araz.az xəbər portalı.

Xaricdən avtomobil gətirənlərin nəzərinə

AVTOMOBIL8Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri və sahiblərinə dair məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürüləcək.

Bu, “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.

araz.az xəbər portalı.

Yanacaq bahalaşa bilərmi? – Deputat AÇIQLADI

nesib66“Dünya bazarında enerji daşıyıcılarının qiyməti artıb. Amma Azərbaycan daxili bazarında yanacağın qiymətinin artırılmasına zərurət yoxdur”.

araz.az bildirir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, bu, digər məhsulların da qiymətinin süni şəkildə artırılmasına səbəb ola bilər: “Ona görə də inflyasiyanın və süni bahalaşmanın qarşısını almaq məqsədilə, düşünürəm, yanacağın qiyməti artmamalıdır”.

araz.az xəbər portalı.

Səhiyyə Nazirliyi meymunçiçəyi ilə bağlı məlumat yaydı

sehiyyenazirliyiSəhiyyə Nazirliyi Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı məlumat yayıb.

araz.az  xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib. Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq".

araz.az xəbər portalı.

5 -dən səhifə 173

Əlaqəli xəbərlər