Baş pediatr: "Salyanda doğulan üçəmlərdən sağ qalanı süni nəfəs aparatından ayrılıb"

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanın vəziyyəti əvvəlki günlərlə müqayisədə stabildir. Bunu APA-ya Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib: "Ümumi vəziyyət ağır olaraq qalsa da, irəliləyiş var. Belə ki, körpə artıq süni nəfər aparatından ayrılaraq özü nəfəs almağa başlayıb. Körpənin sipap rejimində müalicəsi davam etdirilir. Bu isə o deməkdir ki, körpə özü nəfəs alsa da, sipap rejimində ona yüksək təzyiq altında oksigen verilir".

İcra Hakimiyyətindən komandirin evinin sökülməsinə - Reaksiya

Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi Qarabağda döyüşən tank komandirinin evinin sökülməsi ilə bağlı mətbuatda yer alan məlumatlara aydınlıq gətirib.
Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən açıqlamada qeyd olunur ki, məsələ mətbuatda dərc olunandan sonra dəqiq şəkildə araşdırılıb və həqiqət ortaya çıxarılıb.

Rayon maşınlarının Bakıya giriş saatları dəyişdi

Bu maşınlar oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək paytaxta buraxılmayacaq.
Bu gündən etibarən rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış saatları dəyişir. ANS PRESS-in məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarında etdiyi dəyişikliyə əsasən, yay rejimi qrafiki çərçivəsində yük və rayon qeydiyyatında olan minik avtomobillər mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək paytaxta buraxılmayacaq. Həmin maşınlar yalnız saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola biləcəklər.

61 -dən səhifə 64

Əlaqəli xəbərlər