Baş pediatr: "Salyanda doğulan üçəmlərdən sağ qalanı süni nəfəs aparatından ayrılıb"

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanın vəziyyəti əvvəlki günlərlə müqayisədə stabildir. Bunu APA-ya Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib: "Ümumi vəziyyət ağır olaraq qalsa da, irəliləyiş var. Belə ki, körpə artıq süni nəfər aparatından ayrılaraq özü nəfəs almağa başlayıb. Körpənin sipap rejimində müalicəsi davam etdirilir. Bu isə o deməkdir ki, körpə özü nəfəs alsa da, sipap rejimində ona yüksək təzyiq altında oksigen verilir".

İcra Hakimiyyətindən komandirin evinin sökülməsinə - Reaksiya

Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi Qarabağda döyüşən tank komandirinin evinin sökülməsi ilə bağlı mətbuatda yer alan məlumatlara aydınlıq gətirib.
Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən açıqlamada qeyd olunur ki, məsələ mətbuatda dərc olunandan sonra dəqiq şəkildə araşdırılıb və həqiqət ortaya çıxarılıb.

64 -dən səhifə 67

Əlaqəli xəbərlər