CƏLİLABADLI AĞBİRÇƏK ANA YUXARI İNSTANSİYA RƏHBƏRLƏRİNDƏN İMDAD DİLƏYİR...

WhatsApp Image04112018011.jpg

...O, oğlunu şərləyərək həbsə atdıran rayon polis və hərbi komissarlıq əməkdaşlarının əlindən "qan ağlayır"
"Araz" Media Qrupunun və araz.az xəbər portalının redaksiyalarına Cəlilabad rayon sakinlərindən şikayət xarakterli çoxsaylı müraciətlər daxil olub. Şikayətçilərdən biri Cəlilabad şəhəri, Vüqar Niftullayev küçəsi, ev, 42 ünvanında yaşayan Quşvər Xanlar qızı Əliyevadır. Ağbirçək ananın ölkə başçısı İlham Əliyev cənablarına, respublikanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, həmçinin bir sıra yuxarı instansiya rəhbərlərinə və media vasitələrinə də ünvanladığı bu şikayət ərizəsində, o, oğlunun - iki azyaşlı uşaq atası olan Fikrət Məhərrəm oğlu Əliyevin xeyli vaxtdır şərlənərək, qurama ittihamlar əsasında rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında qanunsuz saxlanmasından hədsiz narahatlığını ifadə edir. Şikayətçi ana müraciətinin əvvəlində və sonunda Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsindəki müraciət etmə hüququndan istifadə edərək, hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarının müdafiəsinə borclu olan yuxarı instansiya rəhbərlərindən imdad dilədiyini dönə-dönə dilə gətirir. Yazdıqlarının əsas məğzindən isə, tam aydın olur ki, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin rəisi Asəf Əhmədovun, onun şöbədəki "sağ əli" kimi ad çıxaran Elsevər adlı işçisinin, eləcə də hərbi komissarın sifarişi əsasında oğlu Fikrəti səbəbsiz həbsə atmaqdan çəkinməyən rayon Polis Şöbəsinin İlqar adlı müstəntiqinin heç bir qanun və vicdan çərçivəsinə sığmayan bəd əməlləri vaxt ötdükcə narahat anaya daha məyus günlər gətirir:

300-dən çox şəhid ailəsinin sənədləri göndərildi - 11 mini ala biləcəklər

manat a300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notarial qaydada qəbul olunaraq ödəniş aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Qurumdan Operativ.tv-yə daxil olan məlumata görə, artıq hərbi qulluqçuların vərəsələrindən 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

Niyə küçələrin təmiri normaların pozulması ilə aparılır? – VİDEO

 kuce-temiri.jpg

Şəhər yollarının, səkilərinin vəziyyəti onun haqqında ilkin təəssüratların yaranmasına səbəb olur. Belə baxanda, hər şey paytaxt sakinləri üçün edilir. Lakin...

Oxu.Az xəbər verir ki, Nəsimi rayonunda Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində əlil oturacaqları və arabalarının səkidən yola endirilməsi üçün müvafiq işlər görülür. Baku TV-nin çəkdiyi videodan göründüyü kimi işlər bütün təhlükəsizlik, gigiyena normalarının və adi qaydaların pozulması ilə aparılır.

12 -dən səhifə 65

Əlaqəli xəbərlər