Nəqliyyatda qiymət artımı nələrin bahalaşmasına səbəb olacaq? (ŞƏRH)
"Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin metro kimi əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir".