Məcburi köçkünə zülm yaşadırlar: Yolunu bağlayıblar, həyətini də su basıb...
Qarşılaşdığı müşkül vəziyyətdən qurtulmaq üçün gənc ananın ümid yeri də elə cəmiyyətin özüdür
Hərdən adama elə gəlir ki, insanlar bir-birilərinin taleyinə qarşı biganəliyə daha çox meylli olublar. Cəmiyyətdə insanlıq adına yaraşmayan hallar çoxalıb. Mərhəmətli olmaq, yıxılanı əlindən tutub qaldırmaq, büdrəyənin qoluna girib dayaq olmaq kimi insani keyfiyyətlər azalır sanki. Sosial həmrəylik anlayışı unudulur elə bil.