“Gəldilər, baxdılar, getdilər...” - Jurnalistlər binasının sakinləri indi problemin həllini GÖZLƏYİRLƏR
Mətbuat işçilərinin Bibiheybətdə - Yeni Salyan yolu 22 ünvanında tikilmiş yaşayış binaları yol probleminə görə təhlükəli zona hesab olunur. Binaların yanından keçən magistral yolda qarşı tərəfdəki dayanacağa getmək üçün sakinlər ya sürətlə qaçmalı və ya maşınların azaldığı vaxtı gözləməlidirlər. Əks təqdirdə kimisə maşın vura bilər.