İsfahandakı metal tullantıları arasında türklərin tarixi "əsəri" tapılıb

WhatsApp Image 2020 11 24 at 00.07.18 1İsfahan Poladəritmə Zavodunun metal tullantıları arasında Səfəvilər dövrünün kazarmasına məxsus tarixi top tapılıb.
 
Lincan şəhərinin Mədəni İrs, Mədəniyyət, Turizm və İncəsənət şöbəsinin rəhbəri Əhməd Fəthi bu topun həmin zavodun təkrar emal şöbəsində tapıldığını təsdiqləyib. araz.az xəbər verir ki, bu barədə "Entexab” qəzeti yazıb: "Əhməd Fəthi bildirib ki, mütəxəssis araşdırmaları nəticəsində bu topun Səfəvilər dövrünə aid olduğu, keçən əsrlərdə İsfahanda Səfəvi sultanlarının kazarmasında saxlandığı və bu sülalənin süqutundan sonra əldən-ələ keçdiyi bəlli olub. Bu günlərdə isə, təkrar emal üçün bu zavoda verilib.Ümumiyyətlə, Səfəvilər dövründə “Nəqşi -- Cahan” kompleksindəki “Ali Qapı” Sarayının girişində bir neçə top saxlanılırdı. Buna görə də, tapılan tarixi top Poladəritmə Zavodunun rəhbərlərinin razılığı ilə, şəhərin Mədəni İrs və Turizm Baş İdarəsinin əmanət bölməsinə təhvil verildi. Top restavrasiya edildikdən sonra, “Ali Qapı” Sarayı qarşısında yerləşdiriləcək."
Əhməd Fəthi tarixi önəm daşıyan bu topun təkrar emal üçün Poladəritmə Zavoduna kimin və ya hansı qurumun göndərdiyini açıqlamayıb.             
 
 
 
Rəşad CƏFƏRLİ,          
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər