Yəhudilərdən Osmanlı dövləti haqqında gözlənilməz ETİRAF – İLK DƏFƏ

 osmanli.jpg

İsrailin məşhur “Haaretz” qəzeti tarix boyu Yaxın Şərqdə sülhü qoruyan yeganə gücün Osmanlı imperiyası olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, qəzet yazır ki, I və II Dünya müharibələrindən sonra Yaxın Şərqdə heç vaxt sülhü qorumaq mümkün olmadı.

“Xüsusilə I Dünya müharibəsindən sonra Osmanlı dövlətindən ayrılaraq öz dövlətlərini quran millətlər etnik azlıqları əzdilər, onları assimilyasiya etməyə çalışdılar. Osmanlı dövləti bu coğrafiyaya hakim olduğu yüzillər boyunca hakimiyyəti altındakı bütün xalqlara xoşniyyətli yanaşdı, bütün etnik xalqlara bərabər gözlə baxdı, hər kəsə ədalət və yaxşı həyat təmin etdi. Yəhudi irqinin taleyi də Osmanlının dağılmasından sonra pisə doğru dəyişdi. Osmanlı dövlətinin dağılması bütün Avropa və Yaxın Şərq sülhünə qarşı ən böyük zərbə idi. Belə bir birləşdirici güc olmadığı təqdirdə, coğrafiyanın taleyi müharibəyə məhkum olacaq”, - deyə qəzet qeyd edib.

Türkiyə mediası yəhudi mediasının Osmanlı haqqında ilk dəfə belə etiraf etdiyini yazıb.

Asif

Əlaqəli xəbərlər