Nargində güllələnmiş Cümhuriyyət generalı - Feyzulla Mirzə Qacarın ömür yolu

120752.jpg

Araz.az enterə əsasən hərb tariximizin araşdırıcısı Şəmistan Nəzirlinin General-mayor Feyzulla Mirzə Qacar haqqında olan araşdırmasını oxuculara təqdim edir:

General-mayor Feyzulla Mirzə Qacar 1872-ci ildə Şuşada general Şəfi xan Mirzənin ailəsində dünyaya gəlib. Əmisi Rzaqulu Bəhmən Mirzə oğlu da general olub - dörd general əminin - Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla xan Mirzə, Məhəmməd Mirzənin ilk general rütbəsi alan qardaş oğlusudur.

1920-ci ilin may ayında bolşevikərlə savaşda Gəncə üsyanında həlak olub. Şahzadə Feyzulla Mirzə Peterburqdakı Nikolayev süvari məktəbini Kornet rütbəsində bitirib.

1904-1905-ci illərdə Port-Arturun müdafiəsində işlirak etmişdir. Süvari generalı Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi ikinci Dağıstan alayında podyesaul (Kazak qoşunlarında kapitan) rütbəsində döyüşən şahzadə Feyzulla Mirzə Qacar bir neçə uğurlu döyüşlərin iştirakçısı olmuşdur.

1905-ci il yanvarın 14-də Laizinqou Kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vurşaraq yaralanmışdır.

Həmin ildə nəşr olunmuş “Niva” jurnalının on səkkizinci nömrəsində igid həmyerlimizin foto-şəkli də verilmişdir.

1912-ci ildə on altıncı Tver-draqun alayında rotmistr rütbəsində xidmət edib. Birinci Dünya Müharibəsində Çeçen süvari alayının komandiri şahzadə-podpolkovnik Feyzulla Mirzə Qacar ön cəbhədə vuruşaraq ad-san qazanmışdı.

Onun komandirlik məharəti barədə 1916-cı il fevralın 26-da “Kaspi” qəzeti yazırdı: “Çeçen süvari alayının komandiri, dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenli şahzadə podpolkovnik Feyzulla Mirzə Qacar 1915-ci il fevralın 15-də şəxsi təşəbbüsü ilə sıralarında yalnız bir zabiti olan Ulan-Kazak alayının dörd bölüyünə komandanlığı öz üzərinə götürmüşdür. Güclü tüfəng və pulemyot atəşindən məharətlə istifadə edən cəsur komandir Feyzulla Mirzə Qacar Brın kəndini düşməndən itkisiz geri almışdır. Belə mühüm əhəmiyyətli döyüş sahəsini düşməndən təmizlədiyinə görə igid komandir Feyzulla Mirzə Qacar üçüncü dərəcəli “Müqəddəs Vladimir" (qılıncla birgə) və ikinci dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə) ordenilə təltif olunmuşdur. Şahzadəyə həm də polkovnik rütbəsi verilmişdir”.

Məhz Birinci Dünya Müharibəsi illərində göstərdiyi qeyri-adi igidliyə və komandirlik məharətinə görə şahzadə Feyzulla Mirzə Qacar 1917-ci il sentyabrın 30-da Qafqaz Müsəlmanlarından təşkil olunmuş Birinci Qafqaz süvari diviziyasına komandir təyin olunur. Həmin il mayın 7-də əla komandirlik məharətinə və döyüş qabliyyətinə görə şahzadə Feyzulla Mirzə Qacara general-mayor rüthbəsi verilmişdir. Yeri gəlmişkən, ilk dəfə şahzadə Feyzulla Mirzə Qacarın general-mayor olması faktına biz K.A.Zalesskinin 2003-cü ildə Moskvada nəşr olunkuş “Birinci Dünya Müharibəsində kim-kim olmuşdur” hərbi ensiklopedik kitabında rast gəldik. (Bax! Həmin kitab, səh. 876-da).

Rusiyadakı inqilabi çevrilişdən sonra vətənə qayıdan şahzadə general Feyzulla Mirzə Qacar Azərbaycan Milli ordusunda xidmətini davam etdirmək istəyir. 1918-ci il dekabrın 23-də Gəncəyə gəlir və Baş Qərargah rəisinin adına belə bir raport yazır: “Yenidən hərbi xidmətimi davam etdirmək arzusu ilə mənim Azərbaycan ordusu sıralarına qəbul olunmağım haqqında zəmanət vermənizi xahiş edirəm.

Şahzadə general-mayor Feyzulla Mirzə Qacar.

1919- cü il yanvarın 9-da hərbiyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi polkovnik Həbib bəy Səlimovun iyirmi saylı əmrilə general-mayor Feyzulla Mirzə Qacar Gəncə qarnizonunun rəisi təyin olunur.

1920- ci ilin aprelində bolşevik-daşnak qoşunları ölkəmizi istila etdilər. Bu təhqirə dözməyən Azərbaycan ordusunun mərd əsgər və zabitləri ölkəmizin hər yerində olduğu kimi Gəncədə də istilaçılara tabe olmaq istəmədilər. Silahlanmış bütün Gəncə əhalisi üsyana qalxdı. Bir həftə davam edən ağır döyüşlərdə qacarlar nəslindən olan dörd generaldan üçü - Əmir Kazım Mirzə, Məhəmməd Mirzə və Feyzulla Mirzə son nəfəsinə qədər vuruşaraq vətən torpağı uğrunda şəhid oldular.

Belə bir fakt da var ki, Gəncə üsyanında süvari dəstəsi ilə mühasirəyə düşən general-mayor Feyzulla Mirzə Qacarı həbs edib Bakıya gətirən “ÇK”a onu Müsavat siyasi xadimləri ilə birgə Nargin adasında güllələyiblər.

İsa Qəmbərin parlamentdəki tarixi çıxışı üzə çıxdı-VİDEO

1515403699_2.jpg

Araz.az bastainfoya əsasən xəbər verir ki, istiqlalçı millət vəkili, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin düz 28 il əvvəl – 20 yanvar 1990-cı il qırğınından bir gün sonra parlamentdə etdiyi tarixi çıxış üzə çıxıb. Bu çıxışı və İsa Qəmbərin öz bloqunda həmin çıxışa dair qeydlərini təqdim edirik:

Kəsilmiş və zədələnmiş video

Gənc dostlarımdan birinin göndərdiyi bu videoya baxdım və həmin günlər bir daha yada düşdü… 1990-cı ildə 21 yanvardan 22 yanvara keçən gecə parlament toplantısında bir neçə dəfə çıxış etmişdim. Məqsəd sadə idi: sessiyanın baş tutmasına və xalqın iradəsini əks etdirən ciddi qərarların qəbul edilməsinə nail olmaq.

Bu çıxışlardan birinin kəsilmiş və zədələnmiş videosunu diqqətinizə təqdim edirəm.

“Qanlı yanvar” günlərindən birində, 26 il əvvəl bu gün – 1990-cı il 21 yanvarda Azərbaycan Ali Sovetinin toplantısı başlandı və kvorum yığıldıqdan sonra rəsmi sessiya başladı. Parlamentin sessiyasının keçirilməsi ideyası AXC rəhbərliyinə aid idi. Əbülfəz Elçibəylə danışdıqdan sonra ağsaqqal deputatlardan Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlının razılığı ilə onların adından bütün deputatları Ali Sovetin fövqəladə sessiyasına dəvət etdik. Yerlərdə AXC rayon şöbələrinin rəhbərləri deputatları inandırdılar ki, mütləq iştirak etmək lazımdır. İnanmaq istəməyənləri maşına qoyub özləri Bakıya gətirirdilər.

Çox çətin vəziyyətdə  toplantı başlandı və gərgin müzakirələrlə davam etdi. Bakını yenidən işğal etmiş sovet silahlı qüvvələri parlament binasını da mühasirədə saxlayırdı. Saat 22-də isə komendant saatı başladı və bizim işimiz bir az asanlaşdı: artıq heç bir deputat binanı tərk edə bilməzdi. Həyəcan, qəzəb və qorxu içində olan deputatlar  emosional çıxışlar edirdi. Hakimiyyətə yaxın olanlar çalışırdılar ki, birincisi, sessiya baş tutmasın, ikincisi, baş tutarsa ümumi söhbətlərlə, dişsiz qərarlarla sessiyanı yola versinlər.

Bir sıra səmimi mövqe tutan deputatların, ziyalıların dəstəyi və zalda olan fədakar cəbhə fəallarının dirənişi  ilə biz həmin şəraitdə mümkün maksimum nəticə əldə etdik. Sessiya baş tutdu və inqilabi qərarlar qəbul etdi: qəbul edilmiş qətnamədə 20 yanvar hadisələri (Bakıya ordu yeridilməsi və dinc əhalinin öldürülməsi) konstitusiyanın kobud şəkildə  pozulması və SSRİ rəhbərliyinin cinayəti kimi qiymətləndirildi. Ordunun Bakıdan çıxarılmayacağı və fövqəladə vəziyyətin ləğv edilməyəcəyi halda Azərbayan Respublikasının SSRİ-dən çıxma prosedurlarına başlayacağı bəyan edildi.

Dəli keşiş, seksual manyak, çarı idarə edən adam: Kimdir Rasputin?

1516530490_untitled-1.jpg

Araz.az qaynarinfoya əsasən xəbər verir ki, mistik qüvvəyə sahib olduğu iddia edilən, özü tərəfindən müqəddəs adlandırılan, Romanovlar ailəsinə yaxınlığı ilə tanınan Qriqori Yefimoviç Rasputin Rusiya İmperiyasının son dövrlərində əhəmiyyətli rol oynamış tarixi şəxsiyyətdir.
 
Qriqori Yefimoviç Rasputin 21 yanvar 1869-cu ildə Sibirin Pokrovskoye qəsəbəsində kəndli ailəsində doğulub. Atası Yefim və anası Anna Parşukovanın 7 uşağı körpəlik dövründə vəfat edib. Rasputinin daha sonra Fyeodosiya adlı bacısı dünyaya gəlib. Mənbələr bildirir ki, o bacısı ilə yaxın olub və bacısı uşaqlarının xaç atası idi. Tarixçilər Qriqori Rasputinin uşaqlıq və gənclik dövrü barədə geniş məlumatın olmadığını bildirirlər. Təxminlərə əsasən, o, rəsmi olaraq təhsil almayıb və yetkin çağlarında belə təhsilsiz olub. Bəzi yerli arxiv sənədlərində Rasputin adı ilk gənclik dövrlərində müxtəlif oğurluq, cinayət hadisələrində çəkilir, o hətta yerli camaatı narahat edən biri kimi təsvir edilir. 
 
1886-cı ildə Rasputin Abalaka gedir və orada Praskovya Dubrovina adlı qadınla tanış olur. 1897-ci ildə evlənən cütlük daha sonra Rasputin Pokrovskoyeni tərk edəndən sonra ayrı düşür, lakin Dubrovina ömrünün sonuna kimi Rasputinə sədaqət göstərir. Onların 7 övladı dünyaya gəlsə də, yalnız 3-ü, Dimirti, Mariya  Varvara sağ qalır. 
 
1892-ci ildə vaxtının böyük hissəsini monastrda keçirən Rasputin keşiş olmasa da, "Dəli keşiş" adını qazanır. 
 
1900-cü illərin əvvəllərində Rasputinin xarizması və fəaliyyəti Sibir ərazisinə yayılır. 1902-1904-cü illərdə Kazan şəhərinə səfər edən Qriqori insanların psixoloji problemlərini həll etməyə başlayır. Onun bəzi qadın tərəfdarları ilə seksual münasibəti iddialar arasındadır. 
 
Qriqori Rasputinin nüfuzu Provaslav din xadimləri, dövlət şəxslərinə gedib çatır və çar ailəsi ilə tanış olur. 
 
Çar II Nikolay 1906-cı ildə dövlət şəxslərindən birinə yazır: "Bir neçə gün əvvəl Tobolsk vilayətindən bir kəndlini qəbul etdim. Mənə Müqəddəs Simyon Merkuşinskinin ikonasını gətirdi. O, mənə və Aleksandra Fyedorovnaya (Çar II Nikolayın həyat yoldaşı) böyük təsir göstərdi, 5 dəqiqə əvəzinə 1 saatdan çox söhbət etdik".
 
Zamanla çar ailəsi Rasputinlə bir çox məsələlərdə məsləhətləşməyə başlayır. O, çarı vəzifəsini icra edərkən özünəinamlı davranmağa sövq edir. Aleksandra Fyedorovnaya narahatlıqlarının öhdəsindən gəlməyə, oğulları Alekseyin isə hemofoliliya xəstəliyinin yüngülləşməsinə kömək edir. Qriqori Rasputinin I Dünya müharibəsindən etibarən dövlət işlərinə müdaxiləsi iddialar arasındadır. 
Qriqori Rasputin barədə tarixdə bir çox iddialar mövcuddur:
 
MİSTİK QÜVVƏYƏ SAHİB İDİ
 
Onun uşaqlıq dövründən bəri mistik qüvvəyə sahib olduğuna inanılırdı. Kilsəyə yaxınlığı ilə tanınan "Dəli keşiş" gələcəkdə bu ünvanı və qazandığı nüfuzundan istifadə edərək çar ailəsinə belə yaxınlaşa bildi. Xüsusilə Alekseyin müalicəsinə etdiyi köməklər onun nüfuzunun daha da artmasına ciddi təsir edib.
 
SEKSUAL MANYAK İDİ
 
Bəzi tarixçilər Qriqori Rasputinin seksual manyak olduğunu və Aleksandra Fyedorovna ilə seksual yaxınlığını vurğulayırlar. Müalicə məqsədilə yanına gələn və tərəfdarı olan qadınlarla olan münasibəti də önə atılan fikirlər arasındadır. Digər iddiaya əsasən, bu fikirlər ölümündən sonra düşmənləri tərəfindən uydurulmuş şayiələrdir.
 
RUSİYA İMPERİYASINI İDARƏ EDİRDİ
 
O, Rusiya İmperiyasının gizli idarəçisi idi. Çar sarayında daimi fəaliyyəti, Fyedorovnanın Rasputinə bağlılığı Rasputinin Rusiyanın dövlət işlərində iştirakı iddialarını daha da gücləndirən səbəblərdəndir. Bildirilir ki, Rasputinin məsləhəti ilə Çar II Nikolay 1915-ci ildə ordu üzərində şəxsi idarəsini təmin etdi və bu, məğlubiyyətlərin əsas səbəbkarı statusunu qazanmasına gətirib çıxartdı. Nəticə etibarilə, sarayda nüfuzu güclənən Aleksandra Fyedorovnanın hakimiyyəti gücləndi.
ONU ÖLDÜRMƏK QEYRİ-MÜMKÜN İDİ
 
Rasputinin davranış və təsirləri Rusiya siyasəti və cəmiyyətində yaşanmış mənfi hadisələrlə əlaqələndirilir. 1914-cü ilin iyun ayında Rasputin yanına kömək üçün gələn qadın tərəfindən bıçaqlanır. Qadınları yoldan çıxartmaqda ittiham edilərək sui-qəsdə məruz qalan Qriqori çoxlu qan itirməsinə, ölümə yaxın olmasına baxmayaraq, tamamilə sağala bilir. 1916-cı ilin 30 dekabr tarixində Feliks Yusupovun rəhbərliyi ilə bir qrup zadəgan Rasputinə qarşı sui-qəsd planı qururlar. Çar II Nikolayın nüfuzunu bərpa etməyə, Aleksandradan asılılığını azaltmağa, Dumanın prosesdəki rolunu artırmağa çalışan Yussupov sui-qəsd barədə 1928-ci ildə çap olunmuş xatirələrində yazır. Yeməyə dəvət edilən din xadiminə yaxşı qonaqlıq verilir və yeməyinə zəhər qatılır. Görüşün sonunda zəhər Rasputinə təsir göstərmir və o, normal davranmağa başlayır. Daha sonra Yusupov tərəfindən dəfələrlə güllələnən Rasputin nəfəs almağa davam edir və onu çaya atandan sonra ölür. Lakin Qriqorinin ölümündən sonra tibbi müayinəsində bədənində heç bir zəhər tapılmayıb və başına aldığı güllədən sonra dünyasını dəyişdiyi qeyd edilib.

ÖLÜMÜ MİFƏ ÇEVRİLDİ
 
Əfsanəyə görə, zəhərlənəndən, güllələnəndən və çaya atılandan sonra bir qrup şəxs onun bədənini çay sahilində görüb və o, hələ də nəfəs alırmış. Lakin keşişin cansız bədənini Malaya Nevka çayından çıxartmaq bir neçə gün çəkib, çünki çay soyuq hava səbəbilə donmuşdu. Çar II Nikolay 1917-ci ildə fevral inqilabından sonra taxtdan əl çəkdi və Romanovlar sülaləsinin hakimiyyətinə son verildi. Lakin Rasputin barədə şayiələr davam etməkdə idi. 
 
Bu günə qədər Qriqori Rasputin barədə bir çox filmlər çəkilib:
 
1917-ci ildə ekranlaşdırılan "The Fall of the Romanoffs - Romanovlar ailəsinin süqutu" filmi onun ölümündən sonra çəkilmiş ilk filmdir. İrland rejissor Herbert Brenon tərəfindən ekranlaşdırılan film Hollivudda işıq üzü görüb və "Dəli keşiş"in, Rusiya çarının sui-qəsdini təsvir edir.
 
1932-ci ildə ekrana çıxan və Rasputin barədə növbəti ABŞ istehsalı olan "Rasputin and the Empress - Rasputin və kraliça" filminin rejissorları Riçard Boleslavski və Çarlz Brabindir. Ekran əsərində Rasputin və Aleksandra Fyedorovnanın yaxın münasibəti, keşişin ölümü təsvir edilib.
 
Don Şarpın rejissorluq etdiyi "Rasputin - The Mad Monk - Rasputin-Dəli keşiş (1966)" filminin əsas devizi "Qadınların kişisi - Qadınların sonu"dur. Dəli keşişin sarayda dəbdəbəli həyatı, qadınlarla münasibəti, insanları təsir dairəsinə salması, idarə etməsi göstərilib.
 
Elem Klimov tərəfindən ekranlaşdırılan "Agony - Əzab (1981)"kinosu Rasputinin orijinal sinematik təsviri hesab olunur. Çar II Nikolayın dövlət işlərilə məşğul olmaması, gücün Rasputinin əlində cəmləşməsi kimi məsələlər filmdə öz əksini tapıb.
 
"Anastasia - Anastasiya (1977)" animasiya filmində Rasputinin çar ailəsinin başına gətirdiyi müsibətlər, II Nikolayın qızı Anastasiya Romanovanın xilası, daha sonra mistik gücə sahib Rasputinə qalib gəlməsi ekranlaşdırılıb.
 
"Raspoutine - Rasputin (2011)" filmi fransız rejissor Jose Dayanın işidir. Məşhur fransız aktyor Cerar Depardyenin Rasputin obrazını canlandırdığı ekran əsəri o dövrdə baş verən hadisələrə işıq salır.
 
Almaniyanın dünya şöhrətli "Boney M" qrupunun "Rasputin"mahnısı Qriqori Rasputinə həsr edilib. İngilis dilində ifa edilən bioqrafik mahnıda insanların Rasputindən qorxması, lakin onun Rusiya İmperiyasındakı nüfuzu, şahzadə ilə şəxsi münasibəti qeyd olunur və "Dəli keşiş" seksual münasibətlərinə görə "Rusiyanın ən böyük sevgi maşını" adlandırılır.

 

“Bu nəslin Elçibəyə qərəzi 50-60 il əvvələ gedir...”

oqtay_qasimov.jpg

Nemət Pənahlı və Zərdüşt Əlizadənin son dediklərindən xəbərsizəm. Bu baxımdan onlara cavab verməyim doğru olmaz. Əslində, daha yaxşı olardı ki, bu mövzuda vaxtilə Azərbaycan Xalq Cəbhəsində (AXC) təmsil olunmuş, İdarə Heyətində iştirak etmiş liberal və radikal qanadın nümayəndələri danışsınlar.

Araz.az xəbər verir ki, bunu Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov son zamanlar Nemət Pənahlı və Zərdüşt Əlizadənin AXC sədri, əks-prezident Əbülfəz Elçibəy haqqında fikirlərini qiymətləndirərkən deyib.

Oqtay Qasımov qeyd edib ki, o özü şəxsən AXC-nin yaradılmasını nəzərdə tutan, 1989-cu il dekabrın 5-də Elmlər Akademiyasında keçirilən konfransda iştirak edib:

“O zaman 4 nəfərdən ibarət təşkilat komitəsi yaradıldı. Komitədə iki liberal, iki radikal tərəfin nümayəndəsi təmsil olundu. Əbülfəz bəy də sədr seçildi. Qərar belə oldu ki, bir ay müddətində konfrans hazırlansın. 1990-cı ilin yanvarın 6-9 arası konfrans keçiriləndə biz gənc tələbə olaraq Zəngilanın müdafiəsinə getmişdik”.

Oqtay Qasımov AXC-nin guya KQB ssenarisi əsasında yaradıldığı haqda iddiaları cəfəngiyyat sayıb:

“Kimin nə deməsindən asılı olmayaraq, hər şey ortadadır. Nemət Pənahlı və ya Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə münasibəti bəllidir və bu münasibət qərəzdən ibarətdir. Üstəlik, bu şəxsi müstəvidə olan münasibətdir. Açığı, bu adamlara söz tapıb deyə də bilmirsən ki, yerinə düşə.

Əbülfəz Elçibəy dünyasını dəyişib. Bunlar da düşünürlər ki, nə desələr, onlara cavab verən olmayacaq. İkincisi, məsələlərin üzərindən 28 il keçib. Eyni şeyləri hər il deməyin mənası da qalmır. Hesab edirəm ki, bu məsələlər haqqında AXC İdarə Heyətinin üzvü olan şəxslər daha tutarlı cavab verə, məsələyə aydınlıq gətirə, münasibət açıqlaya bilərlər”.

Oqtay Qasımov xatırladıb ki, AXC-yə KQB-nin təsiri, orada öz agentlərinin yerləşdirməsi, bu qurumu idarə etməyə cəhdlər göstərməsinə dair söhbətləri nədənsə 1990-cı ildə demirdilər:

“Bu söhbətlər Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra qızışdı. Azərbaycan türkünün əxlaqında vəfat edən şəxsin arxasınca danışmaq məsələsi yoxdur. Bu adamlar artıq əxlaq qaydalarını da pozurlarsa, ənənəyə hörmətsiz yanaşırlarsa, nə deyəsən?

İkincisi, KQB ilə bağlı iddialar daima səsləndirilir. İşin maraqlı tərəfi odur ki, bu iddianı səsləndirənlərin əlində nə sənəd, nə də sübut var. Sadəcə, ümumi danışıqlardan ibarət fikirlər söyləyirlər.

Üçünüsü, Nemət Pənahlı, Zərdüşt Əlizadə və digərləri haqqında da ciddi iddialar səsləndirilib. Nəhayət, Zərdüşt Əlizadənin AXC-dən getməsinin səbəblərindən biri də o idi ki, o və tərəfdaşları AXC-nin oktyabrda keçirilən sessiyası zamanı bir çox ittihamlarla üzləşmişdilər. Konkret olaraq onları Mərkəzi Komitənin üzvləri və Bakı Partiya Komutəsinin birinci katibi ilə əlaqələndirmişdilər.

Maraqlıdır ki, bu məsələləri o adamlar qaldırırlar ki, onların özləri zamanında çox şübhəli mövqedə olublar.

Bir daha qeyd edirəm ki, Əbülfəz bəyə belə münasibət kin və qərəzdən doğur. Nemət Pənahlı haqqında danışmağı heç arzu etmirəm. Adam nə danışdığını bilmir. Bu adam bir zamanlar deyirdi ki, mənim cismani atam Əhəd, mənəvi liderim Əbülfəz Elçibəydir. İndi adam başqa cür danışırsa, artıq bu, sözün bitdiyi yerdir.

Zərdüşt Əlizadəyə gəldikdə, bütün ölkə bilir ki, bu nəslin Əbülfəz Elçibəyə münasibəti necədir... Bu münasibət 1988-ci ildən qaynaqlanmır. Əksinə, 40-50 il əvvələ gedib çıxır. Əlizadələr ailəsinin Elçibəy problemi var”.

Qeyd edək ki, Nemət Pənahlı Teleqraf.com-a müsahibəsi zamanı Əbülfəz Elçibəy haqqında tənqidlər səsləndirib, onun rəhbərlik etdiyi AXC-ni KQB-nin yaratdığını deyib.

Zərdüşt Əlizadə isə açıqlamasında bildirib ki, 20 yanvar hadisələrindən bir neçə gün əvvəl AXC-dən istefa verərkən qan, təhlükə və məğlubiyyət gördüyünü deyib. Onun sözlərinə görə, Əbülfəz Elçibəy isə buna cavabda qan tökülməsinin qaçılmaz olduğunu söyləyib.

30 -dən səhifə 30