OSMANLI DÖVLƏTİNİN UZUN MÜDDƏT DAĞILMAMASININ BAŞQA BİR SƏBƏBİ
İstanbulun türklər tərəfindən alınması, fəth olunması müsəlman, türk aləmi üçün nə kimi avantajlar sağladığı haqqında gen bol yazılar yazılıb fikirlər söylənilməkdə. İstanbulun türklər tərəfindın əldə edilmə vəsiləsi, həm də uzun zamandır başlatdıqları ancaq uğur qazana bilmədikləri xristian dünyasının şərqə, müsəlman aləminə doğru başladacaqları taaruzları, hücumları, soyqırımları, savaşları əngəllədi, məharətlə qarşısını aldı. Hətta durdurdu deyə bilərik. Əgər o dönəmdə İstanbul fəth edilməsəydi, müsəlmanlar Fatehin siyasəti və öndərliyində İstanbula gedib çıxmasaydılar, indiki dünyanın xəritəsində dəhşətli dərəcədə nizama xidmət edən, ədalətə söykənən çox şeylərdən əsər-əlamət qalmazdı. Üstəlik bu günə gəlib çıxmış bir çox ortacağ islam əsərlərindən, nümunələrindən, tarixindən heç bir iz qalmayacaqdı. Türklər tərəfindən İstanbulun alınması, xristiyan dünyasının Şərqə açılımını və bunun müqabilində bir çox qarşısıalınmayacaq olumsuzluqları gözəl şəkildə əngəllədi.