“KQB” arxivi açılacaq? - “Nazir dedi ki, Əbülfəz Elçibəyin əleyhinə işləyən agentlərin adı açıqlanacaq" - Keçmiş MTN əməkdaşı
Latviya Respublikası dekabrın 20-də keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) arxivlərini açıb. Arxiv materialları mətbuatda dərc edilib. Arxivlərin açıqlanması ilə bir çox maraqlı faktlar gün işığına çıxıb. Belə ki, sənədlərin içində 1939-cu il təvəllüdlü Aleksandr Kudryaşov adlı bir şəxsin adına şəxsi iş var. Məlum olub ki, həmin Aleksandr Kudryaşov Riqa və Bütün Latviyanın mitropoliti Keşiş Aleksandrdır.