Zəngəzur 98 il əvvəl Azərbaycandan qoparılaraq Ermənistana pay verildi
1920-ci il noyabrın 30-da Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qərarı ilə Azərbaycan xalqının iradəsi, rəyi nəzərə alınmadan, bolşevik Rusiyasının xaçpərəst, ermənipərəst planlarına uyğun olaraq, Zəngəzur qəzasının yuxarı hissəsi Azərbaycandan qoparılıb rəsmən Sovet Ermənistanına verildi. Qərarın “q” bəndinə əsasən, Zəngəzur qəzasının yarıdan çoxu - 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsi: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri bölgələri Ermənistana birləşdirildi. Nəticədə Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa torpaq sərhəddi də aradan qaldırıldı.
Dekabrın 1-də Rusiya, Azərbaycan, Ermənistan mətbuatı bu qərarla bağlı məlumat və bəyanatlar yaydı.