Əizi Ələkbərli: “Qərbi Azərbaycan qaçqınlarının işğaldan azad olunmuş ərazilərdə məskunlaşması strateji cəhətdən də böyük əhəmiyyətə malikdir”
“1988-ci ildə Qərbi Azərbaycan qaçqınlarının Qarabağa köçürülməməyi böyük səhv idi. Heç olmasa indi o vaxtki səhvi düzəltmək lazimdir”
Modern.az saytının əməkdaşı Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ilə həmsöhbət olub. İcma sədri Qərbi azərbaycanlı qaçqınların işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı cəmiyyətdə dolaşan fikirlərə münasibət bildirib.
- Son günlər Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinə qərbi azərbaycanlıların köçürülməsi ilə bağlı dəqiqliyi məlum olmayan informasiyalar yayılıb. Bu informasiyalar nə dərəcədə doğrudur? Bununla bağlı fikriniz necədir?