Azərbaycanda kriminal-detektiv janrında yeni film çəkilir-FOTO

26907436_1923778537652172_7483983342653513538_n.jpg

Azərbaycanda “Yalquzaq” adlı yeni kriminal-detektiv janrında bədii filmin çəkilişinə start verilib.

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq çəkilən kino gənclər arasında sağlam həyat tərzinin təbliği, milli-mənəvi dəyərlərimizi aşılmaq və yaradıcı-intellektual gənclərin aşkarlanması və dəstəklənməsi məqsədi daşıyır.

Araz.az xəbər verir ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “MY Prodoction”un birgə əməyi olan film ölkədə Teymur Nəcəfin rejisiorluğu və senarisi əsasında çəkilir.

Paytaxtda cərəyan edən hadisələrin sonu ölkənin mənafəeyinin qorunmasına yönəlib. Film narkotik satışı, insan alveri, silah alveri və antik əşyaların qanunsuz satışı ilə məşğul olan kriminal qrupdan bəhs edir. Bu qanunsuzluğun qarşısını alan dövlətin güc strukturları operativ şəkildə öz bədii əksini tapır.

Qeyd edək ki, Asim Vəliyev bu filmdən əvvəl “Qış tətili” uşaq macəra filmində çəkilib.Film “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin və “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə çəkilib. Filmin çəkilişləri Bakıda, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda və Xaçmaz rayonunun Nabran qəsəbəsində aparılıb. “Qış tətili” filminin baş qəhrəmanları əsasən 8-12 yaşlı uşaq və yeniyetmələrdən ibarət olub. Qala gecəsində çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov uşaq macəra filminin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib, yeni ekran əsərinin balacalar tərəfindən maraqla qarşılanacağına əminliklərini bildiriblər.

26219277_1910982052265154_2831284850433712821_n.jpg

1517485540_1.jpg

26904388_1778049252491300_4410651032781426248_n.jpg

 

 

 

 

 

Əlaqəli xəbərlər