İcra başçısının "kəşfi" beyləqanlıları qəzəbləndirib

1518094562_763.jpg


 Olimpiya idman kompleksini şəhər stadionunun içinə salıb

Ölkə Prezidenti cənab İlham Əliyein təşəbbüsü ilə regionların inkişaf etdirilməsi üzrə dövlət proqramları böyük uğurla həyata keçirilir. Artıq belə yüksək səviyyəli proqramların ölkəmizdə mütəmadi xarakter alması şəhərlərlə kəndlərimizin arasındakı fərqləri də aradan qaldırıb.

Kəndlərimizin abad yollarla, içməli su mənbələri, telekomunikasiya qovşaqları ilə, operativ fəaliyyət göstərən tibb müəssisələri, məktəb, kitabxana və klublarla təmin olunması, burada yeni iş yerlərinin açılması kənd əhalisinin şəhərələrə axınının qarşısını xeyli alıb. Respublikamızın əksər regionlarında, hətta ən ucqar bölgələrində yerləşən qəsəbə, rayon, şəhər mərkəzlrində adamların istirahətləri üçün parklar, stadionlar salınıb. Lakin təəssüf hissi ilə qeyd edək ki, ölkəmizdə böyük vüsət almış belə gözəl mühiti öz yersiz və düşünülməmiş hərəkətləri ilə çirkləndirən rəhbər kadrlar da az deyil.

Bunula əlaqədar olaraq redaksiyamıza ayrı-ayrı rayonlardan şikayət məktubları daxil olur. Məsələn, Beyləqanın Baş memarı vəzifəsini faktiki icra edən, rayonun icra başçısı Vaqif Abdullayev mövcud parkları, stadionu eybəcər hala sala-sala gedir. Xeyli geniş əraziyə malik olan və uzun illər rayonun idarə və müəssisələri tərəfindən yaşıllığa qərq olunan Heydar Əliyev adına istirahət parkı, Vaqif Abdullayev icra başçısı gələndən bəri təyinatını dəyişdi.

İlk olaraq Parkın bir tərəfi bazara satıldı, sonra Heydar Əliyev adına Mərkəzin arxasına Polis idarəsini, bu ikisinin arasına da Uşaq baxçasını pərçimləyib. Nəticədə istirahət parkında dincəlməyə, əylənməyə faktiki olaraq yer qalmayıb. İndi isə Olimpiya idman kompleksinin tikintisi üçün şəhərin hər iki giriş-çıxış hissələrində boş ərazilər ola-ola bu şəhərdə adamların sağlamlığı üçün yeganə məkan olan stadionu “sünnət etməyi” göz altına alıb. Hətta bu məqsədlə 28 yanvar 2018- ci ildə torpağın ayrılması və tikintinin başlaması üçün sərəncam da imzalayıb.

Xahiş edirik ki, bu məsələni ictimailəşdirin, onsuz da bu məxluqun qabağına heç bir Beyləqanlı çıxıb “dur, yanlış hərəkətdir” deyən deyil, olmayacaq da… Bu xisləti əvvəllər on ildən çox icra başçısı vəzifəsini icra etmiş və hələ də Beyləqanda görünməkdən “utanan” Xasay Əhmədov qoyub. Vaqif Abdullayev də onun prototipidir, sadəcə, sifət cizgiləri bir az fərqlidir…

Hər ikisi bu müqəddəs torpağa qənim gəldi. Amma bir zamanlar gələcək ki, bu rayonda Xasay kimi, Vaqif kimi məxluqlar həm də uzun müddətə rəhbərlik edib, kimlərsə də onlara yaxşı söyüş götürə-götürə “xidmət” edib, qulbeçəlik edib, yəqin ki, öz adlarının da sevə-sevə “qürurla” baş daşlarına yazdıracaqlar…

Beyləqanlılar bütün hallarda Vaqif Abdullayevin icra başçılığına normal rəhbərə yaraşan hərəkət kimi baxmasalar da, onu bu vəzifəyə təyin edən ölkə Prezidentinə böyük inam bəsləyirlər. Onlar əmindirlər ki, Vaqif Abdullayevin Olipiya kompleksini şəhər stadionunun ərazisinə salmaq ideyasının həyata keçmısinə cənab Prezident imkan verməyəcək. Milletinsesi.info

Əlaqəli xəbərlər