Tikintidə yeni qaydalar tətbiq edilir - VİDEO

5a8af48dad96a_sosial-ev-azeuro-1.jpg


Bundan sonra inşa ediləcək bütün binalar və infrastruktur obyektlərində əlillərin rahat hərəkəti üçün lazımi şərait yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu, Milli Məclisdə 1-ci oxunuşdan keçən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsində deyilir ki, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları onların rahat və təhlükəsiz hərəkəti üçün obyektlərin sifarişçisi tərəfindən uyğunlaşdırılmalıdır. Bu uyğunlaşdırmanın bütün infrastruktur obyektlərində də nəzərə alınması tələb kimi qoyulub.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev dəyişikliyi yüksək qiymətləndirib.

Əmlak eksperti Emil Cəfərov isə bildirir ki, əlillərin tələbləri nəzərə alınaraq inşa edilən binalar Bakıda demək olar ki, yox səviyyəsindədir.

Mütəxəssis bildirir ki, qanunda bu dəyişikliyin edilməsi əlilliyi olan şəxslərin ən müasir standartlar səviyyəsində cəmiyyətə inteqrasiyasını təmin edəcək.

Onu da qeyd edək ki, qanun layihəsində mədəniyyət və idman obyektlərinin də əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

 

Əlaqəli xəbərlər