İndi dünyanı sehrləyib, bir çox peşələr üçün sanki hava və suyu əvəz edir

İn­di dün­ya­nı sehr­lə­yib, bir çox pe­şə­lər üçün san­ki ha­va və su­yu əvəz edir
Bə­zi­lə­ri­ni uzaq ol­ma­ğa, bə­zi­lə­ri­ni sa­at­lar­la ona qa­pan­ma­ğa məc­bur edən in­ter­net ne­cə, han­sı məq­səd­lə ya­ra­dı­lıb, bu gün han­sı mis­si­ya­nı hə­ya­ta ke­çi­rir, gə­lə­cək­də ne­cə ola­caq?

SSRİ atom bom­ba­sı at­sa?!...
Azər­bay­can Mil­li İn­ter­net Fo­ru­mu­nun pre­zi­den­ti Os­man Gün­düz de­yir ki, qə­ri­bə də ol­sa, in­ter­ne­tin ya­ran­ma­sı­nı sti­mul­laş­dı­ran So­yuq Mü­ha­ri­bə olub. ABŞ baş­da ol­maq­la Qərb dün­ya­sı SSRİ-nin atom bom­ba­sı ilə zər­bə en­dir­mə­si təh­lü­kə­sin­dən çə­ki­nib­lər. ABŞ-da fi­kir­ləş­mə­yə baş­la­yıb­lar ki, ne­cə et­sin­lər ki, SSRİ bir ye­rə atom zər­bə­si en­dir­di­yi hal­da bü­tün öl­kə üz­rə əla­qə, in­for­ma­si­ya ötü­rül­mə­si it­mə­sin. Çün­ki zər­bə za­ma­nı ka­bel­lə qu­ru­lan əla­qə­nin kə­sil­mə­si ris­ki bö­yük­dür. İde­ya bu olub ki, in­for­ma­si­ya kom­pü­ter şə­bə­kə­lə­ri va­si­tə­si ilə ötü­rü­lür­sə, or­ta­dan bir kom­pü­ter gö­tü­rül­dük­də, hö­rüm­çək to­ru ki­mi qon­şu­su­na keç­sin və bu, ar­dı­cıl­lıq­la da­vam et­sin. ABŞ Mü­da­fiə Na­zir­li­yi­nin (Pen­ta­qon) si­fa­ri­şi elm mər­kəz­lə­ri be­lə bir la­yi­hə üzə­rin­də iş­lə­mə­yə baş­la­yıb­lar. 1962-ci il­də Mas­sa­çu­sets Tex­no­lo­gi­ya İns­ti­tu­tu­nun əmək­da­şı S. Lik­lay­der uzaq mə­sa­fə­dən kom­pü­ter əla­qə­si­nin ya­ra­dıl­ma­sı ide­ya­sı­nı, 1961-ci il­də isə L. Kleyk­rok pa­ket kom­mu­ta­si­ya nə­zə­riy­yə­si­ni irə­li sü­rür. 1965-ci il­də L. Ro­bert və T. Mer­vil Mas­sa­çu­sets və Ka­li­for­ni­ya­da yer­lə­şən iki TX-2 və Q-32 mar­ka­lı kom­pü­ter­lər ara­sın­da adi te­le­fon ra­bi­tə­sin­dən is­ti­fa­də edə­rək əla­qə ya­ra­dır­lar. Yə­ni mə­lum olur ki, bir kom­pü­ter­dən di­gə­ri­nə in­for­ma­si­ya­nı ötür­mək olar. Bu təc­rü­bə kom­pü­ter şə­bə­kə­si­nin ya­ra­dıl­ma­sın­da te­le­fon ra­bi­tə­sin­dən is­ti­fa­də­nin qey­ri-ef­fek­tiv­li­yi­ni və pa­ket kom­mu­ta­si­ya nə­zə­riy­yə­si­nin üs­tün­lü­yü­nü aş­ka­ra çı­xa­rır. Məhz 1967-ci il­də ABŞ Mü­da­fiə Na­zir­li­yi­nin Pers­pek­tiv Araş­dır­ma­lar İda­rə­si­nə də­vət alan L. Ro­berts müa­sir İn­ter­ne­tin sə­lə­fi he­sab edi­lən ilk kom­pü­ter şə­bə­kə­si­nin pla­nı­nı ha­zır­la­yır. Bu, "AR­PA­Net" la­yi­hə­si ad­la­nır. Os­man Gün­düz bil­di­rir ki, bu şə­bə­kə­nin kəş­fi bir ne­çə il Pen­ta­qo­nun ix­ti­ya­rın­da olur. Mə­lum olur ki, şə­bə­kə­nin bir ye­ri qı­rı­lır­sa, in­for­ma­si­ya o qı­rı­lan ye­rə ça­tan­da so­la, sa­ğa dö­nür, fır­la­na­raq öz yo­lu­na qa­yı­dır, son ün­va­na ça­tır. Yə­ni in­for­ma­si­ya ge­ri qa­yıt­mır, yo­xa çıx­mır­dı. Bu­nun­la da hö­rüm­çək to­ru­na bən­zə­yən qlo­bal şə­bə­kə­nin bü­növ­rə­si qo­yu­lur.

İn­for­ma­si­ya ötür­mək­dən baş­la­yan, bü­tün so­si­al-iq­ti­sa­di
sfe­ra­da xid­mət­lə­ri əha­tə edən mö­cü­zə
So­yuq Mü­ha­ri­bə təh­lü­kə­si bir az azal­dıq­dan son­ra təh­sil sek­to­ru bir­ləş­dir­mə­yə baş­la­nı­lır və in­ter­net sü­rət­lə ya­yı­lır. 1969-cu ilin yan­var ayı­nın 2-də "AR­PA­Net" ad­la­nan şə­bə­kə va­si­tə­si­lə Los-An­ce­les, San­ta-Bar­ba­ra və Yu­ta şta­tı­nın uni­ver­si­tet­lə­ri və Sten­ford El­mi-Təd­qi­qat İns­ti­tu­tu ara­sın­da in­for­ma­si­ya mü­ba­di­lə­si tə­min edi­lir. 1972-ci il­də isə İn­ter­ne­tin ik xid­mət nö­vü elekt­ron poçt (e-ma­il) fəa­liy­yə­tə baş­la­dı. Da­ha son­ra öl­kə­lər ara­sın­da əla­qə­lər qu­rul­ma­ğa baş­la­yır. Pro­ses be­lə baş­la­yır ki, 1972-ci il­də B. Kan müa­sir müa­sir İn­ter­ne­tin nə­zə­ri əsa­sı­nı təş­kil edən "açıq şə­bə­kə tex­no­lo­gi­ya­sı" ide­ya­sı­nı irə­li sü­rür. Bu ide­ya­nı re­al­laş­dır­maq məq­sə­di­lə ye­ni pro­to­ko­lun ha­zır­lan­ma­sı işi­nə baş­la­nı­lır və "İn­ter­ne­tin Ata­sı" sa­yı­lan B. Ste­fin rəh­bər­li­yi al­tın­da TCPİP pro­to­ko­lu ya­ra­dı­lır. Bu pro­to­ko­lun ya­ra­dıl­ma­sı EN­TER­NET ar­xi­tek­tu­ra­lı lo­kal şə­bə­kə­nin ya­ra­dıl­ma­sı­nı və AR­PA­Net şə­bə­kə­si ilə müx­tə­lif ar­xi­tek­tu­ra­lı bir sı­ra (məs. PRNET, SAT­NET) şə­bə­kə­lə­rin bir­ləş­di­ril­mə­si­ni müm­kün edir. Bu şə­bə­kə ilə 1979-cu il­də USE­NET, 1981-ci il­də BİT­NET, son­ra­lar "Com­pu­Ser­ve", "Ame­ri­ca­On­li­ne" və NFSNET şə­bə­kə­lə­ri ara­sın­da əla­qə ya­ra­dı­lır. 1990-cı il­dən o, İn­ter­net ad­lan­ma­ğa baş­la­yır. İlk də­fə İn­gil­tə­rə və İs­ve­çin kom­pü­ter şə­bə­kə­si İn­ter­ne­tə qo­şu­lub. Ey­ni za­man­da İn­ter­net­lə di­gər öl­kə­lə­rin kom­pü­ter şə­bə­kə­lə­ri ara­sın­da əla­qə tə­min edi­lir və o, Bey­nəl­xalq Şə­bə­kə­lər Şə­bə­kə­si­nə çev­ri­lir. İn­ter­net in­ki­şaf et­dik­cə be­lə bir su­al or­ta­ya çıx­dı: ne­cə et­mək olar ki, bu şə­bə­kə va­si­tə­si­lə kom­pü­ter­lər­də olan çox­lu say­da sə­nəd­lər­dən ha­mı ey­ni vaxt­da is­ti­fa­də edə bil­sin?

Məhz bu prob­le­min həl­li 1989-1990-cı il­lər­də "www" sis­te­mi­nin ya­ran­ma­sı­na sə­bəb olur. Tim Bör­ner Li hi­per mətn­li sə­nəd­lər tex­no­lo­gi­ya­sı­nı ya­ra­dır. O da İn­ter­ne­tin ata­la­rın­dan sa­yı­lır. Be­lə­lik­lə, İn­ter­net­dən tək in­for­ma­si­ya ötü­rül­mə­si üçün is­ti­fa­də edil­mir, müx­tə­lif sayt­lar ya­ra­nır. Şir­kət­lə­rin sayt­la­rı ya­ra­nır, elekt­ron ti­ca­rə­tin əsa­sı qo­yu­lur, hö­ku­mət­lər in­ter­net­dən is­ti­fa­də edir­lər. Be­lə­lik­lə də elekt­ron hö­ku­mət mə­sə­lə­si ak­tu­al­la­şır. Qı­sa­sı, in­for­ma­si­ya ötü­rül­mə­sin­dən baş­la­yan yol bü­tün so­si­al-iq­ti­sa­di sfe­ra­nı əha­tə edir. Hö­ku­mət, təh­sil, sə­hiy­yə, mə­də­niy­yət elekt­ron­la­şır. Çün­ki hö­ku­mət gö­rür ki, İn­ter­net­dən ef­fek­tiv is­ti­fa­də edə­rək və­tən­daş­la nor­mal mü­na­si­bət qur­maq olar. Be­lə­də həm xərc aza­la­caq, həm də ef­fek­tiv­lik ar­ta­caq. Sü­rət­lə il­kin dövr­də in­ter­ne­tin qar­şı­sı­na qo­yu­lan məq­səd və və­zi­fə sü­rət­lə də­yi­şir. Gör­dü­lər ki, İn­ter­net üzə­rin­dən təh­sil də ver­mək olar, çün­ki təh­sil də xid­mət­dir. Elekt­ron təh­sil or­ta­ya çı­xır. Mə­lum olur ki, İn­ter­net üzə­rin­dən bank əmə­liy­ya­tı apar­maq müm­kün­dür. Elekt­ron bank an­la­yı­şı ya­ra­nır. Son­ra­lar İn­ter­net o qə­dər in­ki­şaf edir ki, cə­miy­yə­tin bü­tün sa­hə­lə­ri İn­ter­ne­tin üzə­ri­nə ke­çir.

İs­teh­sa­lı və xid­mət­lə­ri əsir alır

Azər­bay­can Mil­li İn­ter­net Fo­ru­mu­nun pre­zi­den­ti vur­ğu­la­yır ki, bu gün bü­tün pe­şə­lər do­la­yı­sı ilə əs­lin­də İn­ter­net­lə bağ­lı­dır. Bir çox pe­şə­lər də var ki, məhz İn­ter­ne­tin üzə­rin­də­dir. Bu sı­ra­da şə­bə­kə ad­mi­nist­ra­to­ru, veb-re­dak­tor, İn­ter­net mo­de­ra­to­ru, veb-mas­ter, in­ter­net jur­na­lis­ti­ka­sı və di­gər­lə­ri­nin adı­nı çək­mək olar. Ma­ğa­za sa­hi­bi İn­ter­net­də ma­ğa­za­sı­nı açır­sa, do­la­yı in­ter­net­dən ası­lı olur. İn­ter­net üzə­rin­dən təh­sil ver­mək üçün də bu mə­kan­da vir­tu­al təh­sil mü­əs­si­sə­si qur­maq la­zım­dır. Yə­ni do­la­yı­sı ilə İn­ter­net­dən ası­lı olan çox­lu say­da pe­şə­lər var.

Os­man Gün­dü­zün söz­lə­ri­nə gö­rə, bü­tün is­teh­sal və xid­mət pro­se­si İn­ter­ne­tin üzə­ri­nə, mo­bil tex­no­lo­gi­ya­la­ra in­teq­ra­si­ya olu­nur. Mə­sə­lən, te­le­vi­zi­ya, İn­ter­net və mo­bil tex­no­lo­gi­ya­la­rın in­teq­ra­si­ya­sı is­ti­qa­mə­tin­də pro­ses­lər sü­rət­lə in­ki­şaf edir. Yə­ni is­teh­sal­la, xid­mət­lə məş­ğul olan­lar öz­lə­ri­nin fəa­liy­yət­lə­ri­ni bu üç tex­no­lo­gi­ya­nın in­teq­ra­si­ya­sı­nın üzə­rin­də qu­rur­lar. Tu­taq ki, so­yu­du­cu is­teh­sal edən şir­kət ar­tıq müa­sir mo­del­lə­ri elə bu­ra­xır ki, onu alan şəxs iş ye­rin­dən evin­də­ki so­yu­du­cu­nu ida­rə edir. Ya­xud qaz pe­çi elə is­teh­sal olu­nur ki, iş ye­rin­dən sa­hi­bi tə­rə­fin­dən ida­rə olu­nur.

Azər­bay­can Mil­li İn­ter­net Fo­ru­mu­nun pre­zi­den­ti qeyd edir ki, əgər kim­sə öz kar­ye­ra­sın­da, işin­də İn­ter­net­dən is­ti­fa­də edir­sə, bu, al­qış­lan­ma­lı­dır, müa­sir dövr­də rə­qa­bət­yö­nüm­lü dün­ya­da uğu­run yo­lu da bun­dan ke­çir. O cür tex­no­lo­gi­ya­la­rı mə­nim­sə­mə­yən şəxs təh­si­lin­də, kar­ye­ra­sın­da, işin­də uğur qa­za­na bil­məz. İn­ter­net­dən ası­lı­lıq isə fərq­li mə­sə­lə­dir. Ası­lı­lıq odur ki, sə­hə­ri­ni, ax­şa­mı­nı İn­ter­net­də açır­san, boş-boş iş­lər­lə məş­ğul­san, ax­maq şey­lə­rə ba­xır­san. Bu cür boş şey­lə­rə o də­rə­cə­də alu­də olur­san ki, İn­ter­net­dən öz məq­sə­din üçün ef­fek­tiv, sə­mə­rə­li is­ti­fa­də et­mir­sən. Bir növ İn­ter­net­dən nar­ko­tik va­si­tə­dən, si­qa­ret­dən ol­du­ğu ki­mi xəs­tə­lik sə­viy­yə­sin­də zə­rər­li ası­lı­lıq ya­ra­nır. İn­ter­net ol­ma­yan­da be­lə şəxs­lər öz­lə­ri­ni anor­mal hiss edir­lər. Ona gö­rə də Os­man Gün­düz he­sab edir ki, dün­ya­da, o cüm­lə­dən Azər­bay­can­da xü­su­sən uşaq­la­rın İn­ter­ne­tin zə­rər­li tə­sir­lə­rin­dən qo­run­ma­sı üçün iş apa­rıl­ma­sı­na eh­ti­yac var.

Kə­sər­li, təh­lü­kə­li si­lah da olur
İn­ter­net kə­sər­li, təh­lü­kə­li si­la­ha da çev­ri­lə bi­lir. Təh­sil, elm, mə­də­niy­yət, biz­nes, döv­lət İn­ter­ne­tin üzə­rin­də "otu­rur­sa", re­al dün­ya­da olan təh­lü­kə vir­tu­al dün­ya­da da var. Tu­taq ki, re­al bank üçün oğur­luq təh­lü­kə­si var­sa, vir­tu­al bank üçün də təh­lü­kə var. Re­al dün­ya­da ol­du­ğu ki­mi vir­tu­al dün­ya­da da təh­lü­kə­lər möv­cud­dur. An­caq re­al dün­ya­da təh­lü­kə­lə­rin qar­şı­sı­nı al­maq yol­la­rı var­sa, vir­tu­al dün­ya­da da təh­lü­kə­lə­ri ön­lə­mək yo­lu var. Bu­nun üçün in­for­ma­si­ya təh­lü­kə­siz­li­yi qay­da­la­rı­na əməl olun­ma­lı­dır. Bu gün döv­lət­lə­rin mil­li təh­lü­kə­siz­li­yi­nin əsas tər­kib his­sə­si in­for­ma­si­ya təh­lü­kə­siz­li­yi­dir. Mə­sə­lən, Gür­cüs­tan-Ru­si­ya mü­ha­ri­bə­si baş­la­yan­dan 1 gün qa­baq Gür­cüs­tan­da gür­cü­lə­rin sayt­la­rı da­ğı­dı­lıb. Gür­cüs­tan pre­zi­den­ti­nin, par­la­men­ti­nin də say­tı iş­lə­mə­yib. Mü­ha­ri­bə baş­la­yan­da mə­lu­mat­la­rı gür­cü­lər Azər­bay­can sayt­la­rı va­si­tə­si ilə dün­ya­ya ya­yıb­lar. De­mə­li, Gür­cüs­tan döv­lə­ti­nin təh­lü­kə­siz­lik kon­sep­si­ya­sı yox imiş və mü­ha­ri­bə­yə ha­zır de­yil­lər­miş. Ona gö­rə də Azər­bay­can da sa­bah­kı mü­ha­ri­bə­yə ha­zır­lı­ğı­nı məhz in­for­ma­si­ya mü­hi­tin­dən baş­la­ma­lı­dır: "Sa­bah bir şey ol­sa, və­tən­daş­la­rı­mı­zın o sayt­lar çı­xı­şı nə də­rə­cə­də müm­kün ola­caq? Azər­bay­can qlo­bal şə­bə­kə­yə ne­çə nöq­tə­dən da­xil olur? Əgər bun­lar nə­zə­rə alın­ma­lı­dır. Döv­lə­tin təy­ya­rə­si qo­run­du­ğu ki­mi say­tı da qo­run­ma­lı­dır. Təh­lü­kə­siz­lik qay­da­la­rı qo­run­ma­lı, li­sen­zi­ya­lı proq­ram­lar­dan is­ti­fa­də edil­mə­li­dir. Rə­qa­bət­yö­nüm­lü mü­hit ya­ra­dıl­ma­lı­dır ki, şir­kət­lər bu­ra­da nor­mal fəa­liy­yət gös­tə­rə bil­sin­lər".

Os­man Gün­düz onu da əla­və et­di ki, bu gün dün­ya­da pro­ses İn­ter­ne­tin tam pul­suz ol­ma­sı is­ti­qa­mə­tin­də ge­dir. Sa­də­cə, şir­kət­lər İn­ter­net üzə­rin­dən xid­mət ver­mək­lə pul qa­za­na­caq­lar: "Bu gün in­ter­net sat­ma­ğa gö­rə biz­nes dün­ya­da yox ol­maq üz­rə­dir, Azər­bay­can­da və bir ne­çə öl­kə­də qa­lıb. İn­ki­şaf et­miş öl­kə­lər­də İn­ter­net sat­maq yox, in­ter­net üzə­rin­dən xid­mət sa­tıb, pul qa­zan­maq prin­si­pi əsas gö­tü­rü­lür".

Onu da qeyd edək ki, Azər­bay­ca­na İn­ter­net 1991-ci il­də an­caq ema­il ki­mi gə­lir. Yə­ni in­ter­ne­tin üzə­rin­dən an­caq mək­tub­laş­ma apar­maq müm­kün olub. 1994-cü il­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sın­da in­di­ki klas­sik İn­ter­net­dən is­ti­fa­də olun­ma­ğa baş­la­yır. 1996-cı il­də Azər­bay­can­da kom­mer­si­ya yö­nüm­lü İn­ter­net xid­mət­lə­ri sa­tı­lır. İlk sa­at­lar öl­kə­miz­də 1 sa­at İn­ter­ne­tin qiy­mə­ti 12-15 dol­lar olub. ..

Bəs bu gün fəa­liy­yə­ti bü­tün­lük­lə in­ter­net­dən ası­lı olan pe­şə­lər­də ça­lı­şan­lar üçün vir­tu­al dün­ya nə de­mək­dir?

İn­sa­na ra­hat­lıq gə­ti­rir, an­caq fakt qar­şı­sın­da qo­yur
"Me­dia­fo­rum" say­tı­nın baş re­dak­to­ru Azər Qa­ra­çən­li de­yir ki, bu gün İn­ter­net ol­maz­sa, te­le­vi­zi­ya, ra­dio, ya­xud qə­zet­də ça­lış­ma­sın­dan ası­lı ol­ma­ya­raq, jur­na­list­lə­rin az qa­la işı­ğı sön­müş, su­yu kə­sil­miş və­ziy­yə­tə dü­şər­lər. İn­ter­net say­tın­da İn­ter­ne­tin ol­ma­ma­sı isə elə bü­tün­lük­lə işı­ğın, su­yun kə­sil­mə­si ki­mi bir şey­dir. O, İn­ter­ne­tin in­san ki­mi də hə­ya­tı­mı­za əhə­miy­yət­li də­rə­cə­də da­xil ol­du­ğu­nu söy­lə­yir. Çün­ki in­san hə­ya­tı ye­ni­li­yə uy­ğun­la­şır. İn­ter­net isə in­san­la­rın hə­ya­tı­na ilk növ­bə­də ar­xa­yın­lıq, ra­hat­lıq gə­ti­rir. An­caq baş re­dak­tor ye­ni­lik­lə­rin, o cüm­lə­dən İn­ter­ne­tin mən­fi tə­si­ri­ni də qeyd edir: "Mə­sə­lən, mo­bil te­le­fon ol­ma­ya­na qə­dər qaç­maq, göz­dən it­mək asan idi, in­di çə­tin­dir. Mo­bil te­le­fo­nu gö­tür­mə­sən, de­yə­cək­lər ki, gö­tür­mür. Te­le­fo­nu sön­dür­sən də baş­qa zəng­lər­dən məh­rum ola bi­lər­sən. İn­ter­net də o cür­dür. Bir mə­sə­lə­dən xə­bər­dar ol­ma­dı­ğı­nı nü­ma­yiş et­dir­mək is­tə­sən də, elekt­ron poç­tu­na gön­də­ri­lən mək­tub ar­tıq sə­ni fakt qar­şı­sın­da qo­yur ki, be­lə mək­tub­dan xə­bər­dar­san. Ya­xud ano­nim şə­kil­də xoş ol­ma­yan mək­tub­lar, mə­lu­mat­lar gön­də­rə bi­lər­lər. Bu da in­san hə­ya­tı üçün na­ra­hat­çı­lıq­lar ya­ra­dır, onun mən­bə­yi­ni mü­əy­yən­ləş­dir­mək çə­tin­dir. Am­ma mə­nə elə gə­lir ki, İn­ter­net in­san­lar üçün adi­lə­şən­dən son­ra u cür qey­ri-etik mə­qam­lar ara­dan qal­xır. Tu­taq ki, in­ter­net ilk vaxt­lar ümu­miy­yət­lə, Azər­bay­can­da tər­bi­yə­siz bir sa­hə ki­mi qə­bul olu­nur­du. Çün­ki is­tə­ni­lən şəx­sin ora­da por­noq­ra­fik gö­rün­tü­yə bax­ma­sı­nın müm­kün ol­du­ğu bi­li­nir­di. Ona gö­rə də bə­zi ai­lə­lər­də fi­kir­lə­şir­di­lər ki, gö­rə­sən kom­pü­te­ri İn­ter­ne­tə qoş­maq düz­gün­dür­mü? Am­ma bu adi­ləş­dik­cə hə­min pis­lik­lə­ri et­mək in­sa­nın ağ­lı­na gəl­mir, sui-is­ti­fa­də meyl­lə­ri aza­lır. Gör­mə­miş­cə­si­nə ya­naş­maq ara­dan qal­xır. İn­ter­net köh­nəl­dik­cə im­kan­la­rın­dan pis­lik üçün az is­ti­fa­də edə­cə­yik".

İn­ter­net­siz hə­ya­tı­mı tə­səv­vür et­mə­yən, an­caq bir vaxt
in­san­sız ada­da ya­şa­maq is­tə­yən­lər də var
"Sil­ver­Key" şir­kə­ti­nin di­rek­to­ru Fə­rid İs­ma­yıl­za­də nə­zə­rə çat­dır­dı ki, de­viz­lə­ri də "Elekt­ron hə­yat­dır!": "Biz onu tə­səv­vür edir, qu­rur və ya­şa­yı­rıq. Bu, bi­zim hə­ya tər­zi­miz­dir". Fə­rid İs­ma­yıl­za­də ABŞ-da İn­ter­net­lə bağ­lı sa­hə­də təh­sil alıb. O vur­ğu­la­yır ki, is­tə­ni­lən qu­rum fəa­liy­yə­ti­ni İn­ter­net üzə­rin­dən hə­ya­ta ke­çi­rə bi­lər. Əgər re­al bank­da he­sab açı­lır­sa, ödə­mə­lər, kö­çür­mə­lər hə­ya­ta ke­çi­ri­lir­sə, bü­tün bun­la­rın ha­mı­sı­nı İn­ter­net üzə­rin­dən et­mək olar. Ya­xud re­al hə­yat­da ma­ğa­za­dan mal alı­nır­sa, ey­ni şe­yi İn­ter­net­də də hə­ya­ta ke­çir­mək müm­kün­dür. Hö­ku­mə­tə şi­ka­yə­tin, ar­zun var­sa, mə­lu­mat, ara­yış al­maq is­tə­yir­sən­sə, yol po­li­si­nin cə­ri­mə­si­ni ödə­mə­li­sən­sə, bun­la­rın ha­mı­sı­nı İn­ter­net üzə­rin­dən hə­ya­ta ke­çir­mək olar. "Sil­ver­Key" şir­kə­ti­nin də işi şir­kət­lə­rə, qu­rum­la­ra, döv­lət or­qan­la­rı­na İn­ter­net üzə­rin­dən fəa­liy­yət gös­tər­mə­lə­ri­nə im­kan ya­rat­maq­la bağ­lı­dır. "Sil­ver­Key" on­la­ra məs­lə­hət ve­rir, la­zı­mi proq­ram tə­mi­na­tı­nı ha­zır­la­yır. Bun­dan əla­və, Azər­bay­can­da ilk də­fə İn­ter­net ödə­mə­lə­ri təş­kil edən ilk şir­kət də "Sil­ver­Key"dir. "Sil­ver­Key" şir­kə­ti sa­yə­sin­də bu gün on min­lər­lə in­san şir­kət­lə­rin, döv­lət qu­rum­la­rı­nın sayt­la­rın­da İn­ter­net üzə­rin­dən ödə­mə­lər hə­ya­ta ke­çi­rir, xid­mət­lər və məh­sul­lar əl­də edir­lər: "Pe­şəm sırf İn­ter­net­lə bağ­lı­dır. Öz şəx­si hə­ya­tı­ma gə­lin­cə, Azər­bay­can­da o qə­dər tət­biq et­mi­rəm, am­ma ABŞ-da ya­şa­yan­da de­mək olar ki, İn­ter­net hə­ya­tı ya­şa­yır­dım. Bü­tün alış-ve­ri­şi, ödə­mə­lə­ri, bank fəa­liy­yə­ti­ni İn­ter­net üzə­rin­dən hə­ya­ta ke­çi­rir­dim. Nə üçün­sə ha­ra­sa get­di­yim, nə­yə­sə vaxt sərf et­di­yim ya­dı­ma gəl­mir. Tu­rizm­lə bağ­lı təy­ya­rə­yə, o cüm­lə­dən ki­no­ya, te­at­ra bi­let al­mı­şam. Açı­ğı, Azər­bay­can­la tam İn­ter­net hə­ya­tı ya­şa­maq hə­lə müm­kün de­yil. Çün­ki öl­kə­də İn­ter­net tə­zə-tə­zə ya­ra­nır, qu­ru­lur, bir az vaxt apa­ra­caq. An­caq Azər­bay­can­da da bu ola­caq".

Fə­rid İs­ma­yıl­za­də ilk vaxt­lar İn­ter­ne­tin iş­siz­lik ya­ra­da­ca­ğı yö­nün­də cə­miy­yət­də qor­xu ilə qar­şı­lan­ma­sı­na da diq­qət çə­kir və bu tə­səv­vü­rü yan­lış sa­yır: "İn­ter­net bir çox iş­lə­rə əla­və vaxt sər­fin­dən in­san­la­rı azad edir. Di­gər tə­rəf­dən, İn­ter­ne­tin ən çox in­ki­şaf et­di­yi öl­kə­lər iş­siz­li­yin ən az ol­du­ğu öl­kə­lər­dir və bu, fakt­dır. İn­ter­net tex­no­lo­gi­ya­la­rı­nın tət­bi­qi iş­siz­lik ya­rat­say­dı, ən çox iş­siz­lik ABŞ-da, Av­ro­pa­da olar­dı. An­caq bu öl­kə­lər­də iş­siz­lik 3-4 fai­zi ke­çən­də na­ra­hat olur­lar, in­ki­şaf et­mək­də olan, İn­ter­ne­tin zə­if in­ki­şaf et­di­yi öl­kə­lər­də isə iş­siz­li­yin sə­viy­yə­si qat-qat çox­dur".

Bu­nun­la be­lə, Fə­rid İs­ma­yıl­za­də İn­ter­ne­tin bə­zi mən­fi cə­hət­lə­ri­nin ol­du­ğu­nu da qə­bul edir: İn­ter­ne­tə çox alu­də­sən­sə və in­ter­ne­ti yax­şı bil­mir­sən­sə, ta­ma­mi­lə İn­ter­net­dən ası­lı qa­la bi­lər­sən. İn­ter­net­dən in­san fəa­liy­yə­ti də iz­lə­ni­lə bi­lər. İn­ter­net­də ta­nış­lıq, ka­zi­no və s. də var. İn­ter­net­də bun­lar­la məş­ğul olan­lar var. La­kin be­lə fəa­liy­yət tək vir­tu­al de­yil, re­al hə­yat­da da var. Ona gö­rə də bu zə­rər­li vər­diş­lə­ri sırf in­ter­net­lə bağ­la­maq da çə­tin­dir. Mən ha­zır­da İn­ter­net­siz hə­ya­tı­mı tə­səv­vür edə bil­mə­rəm. An­caq bir ar­zum var ki, bir vaxt hər şe­yi bir kə­na­ra qo­yub, in­san­sız bir ada­da ya­şa­yım. İn­san bə­zən yo­ru­lur, is­tə­yir ki, hər şey­dən uzaq ol­sun. La­kin bu ar­zu­mun in­di yox, 30-40 il­dən son­ra hə­ya­ta keç­mə­si­ni is­tə­yi­rəm...".

Yə­qin ki, əla­və şər­hə eh­ti­yac yox­dur və ya­zı­nın əv­və­lin­də fi­kir­lə­ri­ni qeyd et­di­yim Ra­sim Ba­la­ye­vi ba­şa düş­mək olar.
Ra­miz Mi­ka­yı­loğ­lu

Əlaqəli xəbərlər