Tahir Abbaslı: "Əxlaq və mənəviyyətımızın erroziyasının səbəbləri və onun aradan qaldırılması yolları"..

Tahir Abbasli

2003 cü il BMM-də İslam Demokrat Partiyasının təşəbbüsü ilə keçirilən Dəyirmi Masada "Bizim Azərbaycan" blokunun Siyasi Şurasının üzvü olan partiya sədirləri, ziyalılar, politolaqlar və Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məruzəm.

Uzun illər xalqımız heç bir əsaslı elmi və milli dəyərlərə söykənməyən marksizm deyilən bir nəzəriyyənin preysinqi altında olmuşdur, Bu psevda nəzəriyə heç də təsadüfü deyil ki, dünya xalqları bu nəzəriyyəni inkar edirlər. Yəni sinfi mübarizəni elan etməklə cəmiyyət və milləti parçalayıb qardaşı-qardaşa düşmən etmişdir. İstehsal vasitələri üzərində ictimai mülkiyyət hüququnu danıb onu içtimailəşdirməklə cəmiyyətdə yalançı sosial ədalət ortalığa qoyub fərdin rolunu inkar edib yəni zehni iti ilə zehni küt insan bərabərləşdirilir və pay bölgüsündə onların haqları pozulur. Milli mənada qarşıya Dünyəvi kosmopolit bir məxluqatın yetişdirilməsi olub, və heç şübhəsiz ki bu kimi psevda nəzəriyyələr xalqımızı çaşdırıb onu dostunun və düşmənin kim olduğunu unutdurub həmin boşluğu proletar beynəlmilərçilərliyi kimi fikirlərlə beyinlərini pudralamışdır. Allahı danıb, dini inkar edib bir ateizm adlı antidin nəzəriyyəsini ortaya qoymaqla xalqımızı və millətimizi kökündən qopartmaqla onu da kosmopolitləşdirmək siysəti güdülürdü.
Bu gün də xalqımız artıq müstəqilliyimiz elan edildiyi müddətdən uzun illər keçdiyinə baxmayaraq hələ də sırf milli və insani dəyərlərə söykənən və idealogiya yarada bilməmişik. Elə bu səbəblərə görə də cəmiyyətimizdəki neqativ hallar baş alıb getməkdədir .
Mənə elə gəlir ki biz bu məsələni dərindən dərk etmək və milli, islami, demokratik liberal dəyərlərə sbykənən yeni idealoji konsepsiyanın işlənməsi zorundayıq. Təməl baza kimi qutsal kitabımız Qurani-Kərim və kitabi Dədə Qorqud olmaqla yetişmək olar.
İslami gözdən salmaq üçün onu mövhümatçı təməlçi, terrorçu, Səddam Hüseyn, Ben Ladençi, vahabi, yas mərasimlərini yola verən arxayıq kəm savad molla və bu kimi cəmiyyətdə olan naqislikləri şişirtməklə həqiqi islama zərrə qədər də onun mahiyyətinə xələl gətirə bilməmişdir.
Təhsildə və təlimdə olan boşluqlar vardır. Gör nə qədər təhsilə biganədirlər ki, bu günə qədər təhsil haqqında qanun qəbul olunmayıbdır. Bu o deməkdir ki, Qərb və Beynəlxalq təşkilatlar islahat adıyla təhsili sınaq və eksperementlər labaratoriyasına çevrilmişdir.
Misal; Yaponiya modelini nümunə gətirmək olar.
2-ci cahan savaşında Yaponiya darmadağın edildi və BMT-nin qərarı ilə ordu yaratmaq hüququ qadağan edildi. Buna baxmayaraq Yapon təfəkkürü intelektual elmi biliyi, milli əxlaq və mədəniyyəti dərin zəkası hesabına qısa zamanda müharibənin, atom bombasının vurduğu zərbələr , dağıntılar və iqtisadi geriliyi aradan qaldırdılar. Eyni zamanda Məhəlli bələdiyyə polisi adı altında mükəmməl nizamlı ordu yaradıb xalqını depresiyadan çıxardaraq yüksək iqdisadi inkişaf əldə etdilər. Dünyaya bir yapon möcüzəsi nümayiş etdirdi və bütün bunların kökündə bunların da kökündə konfutsi nəzəriyyəsi əxlaqı və mənəviyyatı durur.
Digər misal 1947-ci il Pakistanın Hindistandan ayrılaraq ingilis müstəmləkəçiliyindən azad olması.
Biz bunları qeyd etməklə heç də tarixdə Azərbaycan xalqının rolunu bəsidləşdirib kiçildmək məqsədini güdmürük. Hamıya yaxşı məlumdur ki, Herodotun tarixindən qədim Azərbaycanlıların Massagetlər dövrundə pad şahı ölmüş Tomriz xanım dünyada görünməmiş bir qəhrəmanlıq nümayiş etdirmişdir. 29-il Tyan-Şan dağlarından Aralıq dənizinə qədər bir ərazidə hökmüranlıq etmiş İran Şahı Kuraşu necə məğlubiyyətə uğratmışdır. Bu kimi misalları göstərməkdə məqsəd orta və ali məktəblərdə oxuyan övladlarımıza tariximizi olduğu kimi doğru dürüst çatdırmaqla onun əxlaq və mədəniyyətini milli dəyərlərə söykənmiş şəkildə formalaşdırmaqdan ibarətdir. Qarabağa və Təbrizə gedən yollar məhz bu yollardan keçir.
Haşiyə; İran Şahı Kuraşuya Azərbaycanı məğlub etmək üçün ona vəziri bir neçə işləri görməyi məsləhət verib.
1.Küllü milləti çalıb oynayan elə, elə eləki kifa aləti çalsınlar.
2.Qadınlar və kişilər hündür daban ayaqqabı geyinsinlər.
3.Millətin hamısını xırda alverlə məşğul et.
Bu gün də həmin məsləhətlər həyata keçirilir... davamı...

Əlaqəli xəbərlər