Bakı-Qazax yolunda qəza: Yük maşını minik avtomobili ilə toqquşdu

Bakı-Qazax avtomobil yolunda pendir daşıyan yük maşını minik avtomobili ilə toqquşub.
ARAZ.az Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında, Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.



Dövlət nömrə nişanı 09-AC-344 olan “Hundai” markalı yük maşını sürətlə hərəkətdə olan zaman “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Nəticədə içərisində 3 sərnişin olan “Mercedes” zərbənin gücündən yoldan çıxaraq aşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 3 sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli xəbərlər