Bondun avtomobili hərraca çıxarıldı

Aktyor Şon Konnerinin Ceyms Bond haqqında filmdə istifadə etdiyi avtomobil ABŞ-da hərraca çıxarılıb. 1964-cü il modeli olan bu "Aston Martin" çox ekstravaqant komplektləşməsi ilə seçilir.

Avtomobil müxtəlif dövlətlərə aid nömrə nişanları olan baraban, güllə keçirməyən şüşə, telefon, faks aparatı, katapult və hətta pulemyotla təchiz edilib. Avtomobilin 5 milyon dollardan baha satılacağı ehtimal edilir. Cəmi 45 000 km qət etmiş avtomobilin texniki vəziyyəti əladır.

Əlaqəli xəbərlər