Cəlilabad rayon telekomunikasiya qovşağında nə baş verir? sakit olmayan Sakit adlı rəisi

1517046344_celilabad.jpg

Cəlilabad rayon telekomunikasiya qovşağında baş verənlər insanda ancaq təəssüf doğurur.

Araz.az xəbər verir ki, bu sözləri bir qrup rayon sakini deyib. Sakinlərin dediklərinə inansaq,Rayon Telekomunikasiya qovşağına rəhbərlik edən Sakit Şirəliyev vəzifəyə gətiriləndən sonra heç də sakit dayanmır, əksinə ŞİRə dönür . Rayon sakinlərinin dediyinə görə rəis vəzzifə borcundan irəli gələn görəvini yerinə yetirməli olduğu halda, qanuna zidd hərəkətləri ilə də yadda qalır.

Müstəqil.Az-a sızdırılan xəbərlərdə Sakit müəllimin bəzən idarəyə müraciət edən sakinlərlə də kobud olmasından bəhs olunur. Belə ki, o Telekomunikasiya qovşağının əhali üçün nəzərdə tutulan işlərinin həm də nədən ibarət olduğunu unudur.

Adının çəkilməsini istəməyən Telekomunikasiya idarəsinin məsul şəxslərindən birinin verdiyi məlumata görə, yanvar ayının 23-də rayonun Sabir abad kənd sakini, Abdul (ad şərtidir) evindəki telefon xəttinin yaxşılaşdırılması üçün qovşağın rəisinə müraciət etsə də, rəhbər tərəfindən kobudluqla qarşılanmış, təhqir olunaraq otaqdan qovulmuşdur. Mənbənin verdiyi məlumatda deyilir ki, kənd sakininə lazım olan 70 metr uzunluğunda xətt əslində pulsuz verilməli olsa da bu Sakit müəllim tərəfindən sakit olmayan tərzdə rədd edilmişdir. Mənbə onu da bildirir ki, əhaliyə pulsuz verilməli olan naqil, qeyri-qanuni olaraq metri 30 qəpikdən satılır.

Müstəqil.Az-a sızdırılan məlumatda o da deyilir ki, Sakit Şirəliyevin rəhbərliyi dövründə idarənin işçiləri tərəfindən bir-birinə olunan hörmət və isti münasibətlər də sozalıb, qarşıdurmalar hökm sürür.

eyni zamanda Sakit müəllimin iş vaxtı günün çoxunu rayonda fəaliyyət göstərən “Cənub” restoranında olduğu da deyilir. Restorandakı daimi oturduğu kabinetini isə tabeçiliyində olan işçilər rəisin Telekomunikasiyadakı kabinetinin filialı kimi təqdim edirlər.

P.S Qarşı tərəfin də mövqeyini yayınlamağa hazır olduğumuzu bildiririk. Musteqil.az

Hörmətli Prezident, bu qədər özbaşınalıq olarmı? - Xəyaləddin Məmmədova İTTİHAM

1517147085_1517145423_press-az1.jpg

Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara xəbərdarlıq edib, onların özbaşınalığa son qoymasını, qudurğanlıq və harınlıq etməməsini, sadə olmalarını tövsiyə edib. Lakin təəssüflər olsun ki, cəmiyyət hələ də məmur özbaşınalıqlarından yaxa qurtara bilmir. Prezidentin sərt reaksiyasından sonra bu azmış kimi bəzi məmurlar etdiklərinin üstünə bir az da "qoyurlar". Qaynarxett.az-in aşagıda dərc etdiyi şıkayət məktubu isə jurnalistlərin məmur tərəfindən aşagılanmasından bəhs etdiyi ücün daha cox diqqət cəkir. "Qulaqburması" satirik jurnalının müxbiri Lətafət Qasımova Qaynarxett.az -a yazır:

"Hörmətli redaksiya, mən "Qulaqburması" satirik yurnalının əməkdaşıyam. Bu günlərdə yolum Abşeron rayonunun Məhəmmədi kəndinə düşmüşdü. Sakinlər kəndin el arasinda “şirniyyatin arxasi” deyilən məhəlləsində yolların cox bərbad vəiyyətdə oldugu barədə şikayət etdilər. Bu kücədə onlarla ev var, yüzlərlə insan yaşayır. Hər gun bu kücədən işə, məktəbə gedib-gələnlər var, deyə bu dərdli kücənin dərdini lazımi qurumlara catdırmagı xahiş etdilər. Bələdiyyə sədrinə şikayət etmisinizmi deyə sakinlərdən soruşanda daş atıb başlarını tutdular ki, kimdir onların şikayətinə baxan, dəfələrlə demişik, lakin bələdiyyə sədri Məmmədov Xəyaləddin vəsait yoxdur deyir. Biz yüzlərlə insanin adından xahiş edirik, dərdimizi ictimailəşdirin, bəlkə yuxarı təşkilatlardan xəbər tutub bu palçıqlı yollardan canımızı qutardılar. Mən bələdiyyə sədri Xəyaləddin müəllimə telefon acıb onunla görüşmək istədiyimi bildirdim. Sabah gəlin dedi. 

Səhərisi gün onun qəbuluna getdim. Təki getməyəydim, elə bil məni gözləyirmiş, mənə hec oturmaga yer göstərmədən telefonda kimisə yıgıb yüksək tonla agzına gələni deməyə başladı. Söyüşün, təhqirin biri bir qəpik! Mən belə anladım ki, hansısa bir xanım jurnalist onu məhkəməyə verib, o da arxasınca söyüb-söylənir. Sonra o ümumən yurnalistlər barədə də agzına gələnləri "döşədi". Mən birtəhər dözüb gözlədim ki, qoy danışıb qurtarsın. Nə isə... o, telefon danışıgını bitirdi və amiranə şəkildə, sən hansından(?!) gəlmisən deyə soruşdu. Mən kim oldugumu, gəlişimin səbəbini dedim. Sonra yurnalistlər barədə elə iyrənc fikirlər söyləməsini, bu şəkildə təhqir etməsini məmura yaraşmaz hərəkət odugunu bildirdim. Dedim ki, Prezidentimiz deyir ki, jurnalistlər mənim köməkcilərimdir, sizsə... Bir də axı mən qadınam, həm də bura kücə deyil ki, siz elə söyüşlər işlədirsiniz. Qayıtdı ki, o fikirlər sizin kimi jurnalistlərə aid deyil. Ona "mən indi Abşeronda bütün bələdiyyə sədrlərinin ünvanına elə təhqiramiz fikirlər söyləsəm siə toxunmazmı? "dedim və jurnalı stolunun üstündən götürüb otaqdan cıxdım...

Hörmətli Prezident, bu qədər harınlıq, qudurganlıq olarmı? Böyük bir kəndi, onun probləmlərini belə adamların ümüdünə buraxmaq nə dərəcədə dögrudur?! "
Jurnalist xanım məktubunun sonunda Qaynarxett.az saytından xaiş edir ki, onun şikayətini ictimailəşdirək və sosial şəbəkələrdə paylaşaq ki, bu kimi düşüncəli məmurlara "dərs" olsun.bakunews.az

"Pis vəziyyət yaranıb, ölkə rəhbərliyinə MÜRACİƏT ETMƏK LAZIM GƏLƏCƏK"-tanınmış jurnalist

1516997362_uzeyir_249.jpg

"Mən dəfələrlə demişəm ki, MTRŞ adlı bir qurum baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Ay özəl kanalllardır, nə bilim filənkəsin kanalıdır, variantları keçmir və keçməməlidir."

Araz.az xəbər verir ki, bu fikirlər tanınmış hərbi jurnalist və ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova məxsusdur. O, haqlı olaraq, televiziya məkanında baş verən neqativ hallara, yarıtmaz və yersiz proqramlara qarşı fikirlərini aşağıdakı kimi ifadə edib: 

"Əziz dostlar! Hörmətli həmkarlar!
Çox pis vəziyyət yaranıb. Baxıram, deyəsən ölkə rəhbərliyinə açıq məktubla müraciət etmək lazım gələcək. Bu nə biabırçılıqdır, ay insanlar? Bizim televiziya kanalarında rəhbərlikdə oturanlar heç olmasa baş verənləri anılıyırlarmı? Ay kişilər, ay yoldaşlar, siz bunu bilərəkdən edirsinizsə, vallah siz çox böyük səhv edirsiniz. Yox əgər bilməyərəkdən buna gedirsinizsə, vallah ayıbdır, sizi milyonlarla insan heç də yaxşı olmayan sözlərlə xatırlıyırlar. Siz heç olmasa təqvimlərə bir baxın ki, bu gün, yaxud sabah hansı gündür və hansı verlişləri bu tarixə uyğun proqrama salmaq lazımdır. 
Mən dəfələrlə demişəm ki, MTRŞ adlı bir qurum baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Ay özəl kanalllardır, nə bilim filənkəsin kanalıdır, variantları keçmir və keçməməlidir.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən məlum hadisələrlə əlaqədar normal insanlar gözlüyürdülər ki, bu tarixə uyğun olan tərbiyyəvi əhəmiyyətli verlişlər veriləcək. Axı biz bu tarixin canlı şahidləriyik. Yaxşı, 20 Yanvarı ümümxalq hüzn günü kimi yaxşı-pis yola verdik. Səhərin gözü açılmamış, yanvarın 21-də televiziyalar bir vur çatlasın, bir konsertlər sərgilədilər ki, adamı sadəcə xəcalət təri basırdı.
Bu gün Daşaltı faciəsinin ildönümüdür. O faciədə mərd və igid oğullarımız həyatlarını qurban verdilər. Bəzilərinin isə nə ölüsündən, nə də dirisindən bu günə kimi hələ də xəbər yoxdur. Amma baxın, bizim televiziya kanallarının əksəriyyəti elə bil palatka toyundan verlişlər efirə verirlər. Bu ARB kanalında son vaxtlar Sayqa adlı bir çox uğursuz, çox bayağı bir xanım aparıcı sanki insanların əsəbləri ilə oynayır. Doğrusu mən bilmirəm bu kanala məsuliyyət daşıyan hörmətli yoldaş nə düşünür, amma inanın ki, aparıcı qadının bu cür yeri gəldi-gəlmədi əcaib gülüşləri, hərəkətləri insanların əsəblərinə və heysiyyatına toxunur. Mənə deyə bilərlər ki, kanalı çevirim, o cür bayağı verlişlərə baxmayım. And olsun Allaha ki, baxmıram. Nə vaxt kanalı çevirirsən, orada baş verənlər sadəcə normal insanın əsəblərinə toxunur. Digər televiziya kanallarımız da ARB-dən geri qalmır. Bu kanalda hörmət etdiyim və öz işini yaxşı bilən xeyli dostlarımız da çalışırlar. Onlar yazdıqlarımdan inciməsinlər. Belə olmaz. 
Hesab edirəm ki, Prezident Adminstrasiyasının müvafiq şöbəsi də TƏCİLİ MTRŞ ilə TV kanalların rəhbərlərini bir araya gətirməli və bəzi ciddi nəticələr çıxarılmalıdır. İnanın ki, insanlar çox böyük narazılıq edirlər. Məgər ölkənin həyatında marifləndirici və təbliğatı xarakterli verlişlər hazırlamaq olmaz ki, hamı ondan bəhrələnsin? Müharibə vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxu düşmən tapdağı altında olan ölkənin televiziya məkanı bu cür olmamalıdır. Bəlkə də mən səhv edirəm, amma hesab edirəm ki, bu çox böyük yanlışlıqdır. İnanın ki, bəyənmədiyimiz Orta Asiya respublikalarının televiziya məkanlarında bu cür bayağılıq və aşağı səviyyəlik yoxdur. Televiziya çox güclü ideoloji silahdır. Ondan doğru və düzgün istifadə etmək lazımdır. Hesab edirəm ki, qeyd etdiklərimi hansısa qərəz kimi deyil, reallığa etiraz edən minlərlə, bəlkə də yüz minlərlə vətəndaşımızın müraciəti kimi qəbul olunacaq. 
Allah Azərbaycanımızı qorusun!"

Manevr.az

“Ailəmizə məxsus mülk sabiq deputat tərəfindən zəbt olunub” – ŞİKAYƏT

 

beyleqan-esas.jpg

“Sizdən artıq dərəcədə xahiş edirəm ki, Beyləqanın eks deputatı Ayaz Orucovun ailəmizə qarşı törətdiyi bu mənimsəmə əməlinin ictimaiyyətə çatdırılmasında əlinizdən gələn köməkliyi əsirgəmiyəsiniz”.

Ruhid Əliyev şikayət məktubunda bildirib ki, Beyləqan şəhərinin mərkəzində, AİLƏSİNƏ MƏXSUS, mərhum atasından miras qalmış mülk, Beyləqan rayonunun eks deputatı Ayaz Orucov tərəfindən qanunsuz olaraq zəbt olunub. Şikayətçi əlində ərazinin ailəsinə məxsus olmasını təsdiq edən sənədlərin olduğunu bildirib.

R.Əliyev şikayətində qeyd edib ki, Ayaz Orucov deputat olarkən rəhbərlik etdiyi Hidromaş şirkətinin vasitəsiylə, Rayon İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən 1 hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orda özü üçün imarət tikdirib. R.Əliyev ailəsinə qarşı olan bu haqsızlığın 2014-cü ildə baş verdiyini və bu günə qədər də həllini tapmadığını deyib:

“Ayaz Orucovun musiqi məktəbi tikdirmək bənahəsi ilə dövlətdən oğurladığı torpaq bizim mülkümüzə yaxın olduğu üçün orada tikdirdiyi qəsrin həyətini genişləndirmək üçün ailəmizə məxsus olan torpağı da zorla əlimizdən alaraq qəsrinin həyətinə qatıb. O vaxdan yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra aparatlarına şikayətlə müraciət etsək də, hələ də Ayaz Orucovun bu qanunsuz hərəkəti nəticəsiz qalıb. Vəzifəli doslarının sayəsində ona “gözün üstə qaşın var” deyən olmayıb.  Ölkə rəhbərinə dəfələrlə yazdığımız şikayətlər ünvanına çatmadığından nəticəsiz qalıb.
Xahiş edirəm Ayaz Orucovun ailəmizə qarşı törətdiyi bu əməlinin ictimaiyyətə çatdırılmasında əlinizdən gələn köməkliyi əsirgəmiyəsiniz”. Versus.Az

Birinci vitse-prezidentdən əhaliyə ŞAD XƏBƏR

1517142830_1510417860_21740201_1416475371739922_5088678925390568364_n.jpg

Araz.az xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə gündəmdə. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi 10 ildən çoxdur əsas diqqətini məhz sosial problemlərin həllinə yönəldib.

Hələ fevralın 27-də "Rossiya 24" kanalına müsahibəsində Birinci vitse-prezident qeyd etmişdi ki, onun istəyi sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir:

"Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram".

Şübhəsiz ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi birinci xanıma sosial sahədəki problemlərin həllinin sürətləndirilməsi üçün daha geniş imkanlar verir.

Məlum olduğu kimi, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinə böyük diqqət və qayğı göstərir. Ölkədə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı qəbul edilib. Bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Ölkə ərazisindəki bütün çadır düşərgələri ləğv olunub, orada məskunlaşan məcburi köçkün ailələri də yeni salınmış qəsəbələrə köçürülüb. Təkcə Bakı şəhəri və Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib.

Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı isə 4,5 dəfə artırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. Ötən il hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur.

Görülmüş bütün işlərin və sərf olunmuş vəsaitlərin 90 faizi dövlət başçısı İlham Əliyevin son 13 ildəki prezidentlik fəaliyyəti dövründə icra edilib. Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub.

Lakin bu sahədə müəyyən problemlər hələ də qalır. Azərbaycanın Birinci vitse-prezidenti müşavirədə bildirdi ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır:

"Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır. Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir".

Hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Ölkə üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakıda müvəqqəti məskunlaşıb. Paytaxtda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Həmçinin, istismar müddətini başa vurduğundan tam yararsız, qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə və ya 35 min nəfər məcburi köçkün yaşayır. Eləcə də respublika üzrə 4000 ailə və ya 18 min məcburi köçkün uzun illər yerli sakinlərə məxsus mənzillərdə yaşayır.

Bundan başqa, son 13 ildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 380 min əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunsa da, hələ 161 min nəfərin daimi işlə təmin edilməsinə ehtiyac var.

Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı problemin konkret həlli yollarını göstərdi, müvafiq tapşırıqlarını verdi:

"Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir. Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır. ...Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq".

Qaçqınların və məcburi köçkünlərin işlə təminatı məsələsinə da toxunan Mehriban Əliyeva 400 minə yaxın məcburi köçkünün işlə təmin olunmasına baxmayaraq, bu sahədə yenə də problemlərin olduğunu vurğuladı. Birinci vitse-prezident rayon icra hakimiyyətlərinə bu barədə düşünməyi, kiçik biznes və ya kiçik müəssisələr barədə təkliflər hazırlamağı da tapşırdı, iş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etməyin zəruriliyini bildirdi.

Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, Azərbaycanda sosial problemlərin həlli daha da sürətləndiriləcək və yaxın gələcəkdə konkret nəticələrin şahidi olacağıq.

mənbə: milli.az

21 -dən səhifə 46

Əlaqəli xəbərlər