Azərbaycanda eyni həbsxanada cəza çəkən ata-oğulun ACI TALEYİ - VİDEO
ARB TV-nin "Rezonans" verilişində bu dəfə ata və oğulun həbsxana xatirələri təqdim olunub.
Adil Əliyev (cəzası 13 il): "Ticarətlə məşğul idim. İrana gedib-gəlirdim. Narkotiklə tutulmuşam. Bir oğlum var o da mənim kimi oldu. 3 ay idi evlənmişdi. Nəvəm də var. Həyatları korlandı. Həm nəvə həsrətindəyəm, həm də ailəmin. Mənim başımda ağ tük yox idi. Oğlum bura gələndən sonra saçım ağardı. Çox pis təsir edir. Qızlarımın toyunu görə bilmədim. Tezliklə buradan çıxacağam. Artıq əlimin sənəti var. Nəvəmə imkan vermərəm ki, yolumla getsin. Bura elə yerdir ki, burada həyatı anlayırsan. Daha bir də bura düşməyəcəm".