Azərbaycan və Ermənistan dünyanın ən güclü ordularının reytinqində

ordu--1.jpg

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yeri tutub.

Araz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib.

Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 93-ci pillədə qərarlaşıb.

Əfqan Abdullayev: Rektorluq dövrümdə insanların öz sözlərini sərbəst şəkildə demələrinə şərait yaratdım — MÜSAHİBƏ

efqanabdullayev.png

“Ölkə.Az” saytının suallarını 18 dilin tədrisi ilə məşğul olan Azərbaycan Dillər Universitetinin Tədris İşləri üzrə Prorektoru Əfqan Abdullayev cavablandırdı.

ABŞ-da "Harvi" qasırğası 30 nəfərin ölümünə səbəb olub

91ff156b 000c 4ba7 8980 2e08169e725f

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası 30 nəfərin ölümünə səbəb olub.

Araz.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəza xidmətləri hazırda dağıntıları, aşan ağacları və avtomobilləri yığışdırmağa davam edirlər.

Qədim Azərbaycan yurdu

irevan.jpg

İrəvan xanlığını 418 il idarə edən 50 nəfər hakimin hamısı azərbaycanlı olub

Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənən Cəfərabad kəndində olan bir türbə həmin dövrün yadigarıdır.
İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparıb şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan erməni tarixçisi Yervand Şahəziz bu qənaətə gəlib ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəllidir. Məhəmməd Xudabəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl tikilib, yeni arxlar çəkilib. 1678-ci ildə tikilən, sovet hakimiyyəti illərində bərpa olunan, indi S.Şaumyanın adını daşıyan bu gölə yerli əhali yenə də Toxmaq gölü deyir.

Qurban Qurbanov: “Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - MÜSAHİBƏ

Qurban_Q.jpg

Ona iş yerində hoca deyirlər. Hər halda mən şef, bəy, müəllim kimi müraciətlər eşitmədim. “Hocaya deyək, sonra. Hoca bir azdan məşqə başlayacaq. Hocam gəlsin...”

Müsahibə üçün danışdığımız vaxtda görüşmək alınmadı. Bir az oturub gözlədik, bir az gəzişib. Qurban Qurbanov qapıdan tək çıxdı. Və iki-üç addım qalmış, ciddi-zabitəli ifadəsinin yerini təbəssüm tutdu. Kim deyir, Qurban gülmür? Kim deyir, Qurban ağlamır? Uzaq şimal ölkəsində qələbə fiti çalınar-çalınmaz, ağladığını görmədinizmi?

39 -dən səhifə 46

Əlaqəli xəbərlər