Milli-mənəvi sərvətlərimizi qorumalıyıq


(S.Cəlaloğlunun S.Vurğuna qarşı yürütdüyü ittihamlara cavab)

İnternet vasitəsilə S.Cəlaloğlunun S.Vurğun ünvanına söylədiyi əsassız iradlarla tanış oldum. Çox təəssüflənsəm də, fiziki imkanım olmadığına görə (göz əməliyyatı ərəfəsində idim) susmalı oldum; həm də fikirləşdim ki, adamdır, bəlkə S.Vurğun yaradılıcığına tam bələdçiliyi yoxdur, bəlkə "mənim babam olmuş 26-lar" misrası onu tam hövsələdən çıxarıb, bəlkə də... Həmçinin fikirləşdim ki, bu da bir atım barıt idi, atdı, yəqin ki, bununla da qurtardı. Lakin belə olmadı, S.Cəlaloğlu bu gün də Səməd Vurğun bostanına daş atmaqda davam edir. Belə ki, 02 fevral 2015-ci il tarixdə ANS telekanalının "Şəxsiyyət vəsiqəsi" verilişinin S.Vurğun yaradıcılığına həsr olunmuş nömrəsində S.Cəlaloğlu yenidən eyni ittihamlarla çıxış etdi. Verilişdə iştirak edən digər iştirakçıların, o cümlədən aparıcı H.Herisçinin də (verilişi S.Vurğuna həsr etdiyinə görə ona təşəkkür və minnətdarlığımı bildirirəm) çıxışları qənaətbəxş olsa da, məni tam razı salmadı...

Azərbaycan Mətbuat Şurasının “Kaspi” qəzetinin 135 illik yubiley təbriki

Azərbaycanın ictimai fikir tarixində əsası dahi mütəfəkkir və alim Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın rolu son dərəcə böyükdür. Milli nəşrlərimiz XIX əsrin sonu - XX əsrin əvvəllərində dövrün görkəmli ziyalılarını öz ətrafında birləşdirərək dövlət müstəqilliyimizin ideoloji bazası rolunu oynamışlar. Bu şərəfli işi həyata keçirən mətbuat orqanlarımızdan biri də bu gün 135 illik yubileyini qeyd edən “Kaspi” qəzetidir.

42 -dən səhifə 46

Əlaqəli xəbərlər