Bakıda hava kəskin soyuyacaq, qar yağacaq - ƏHALİYƏ XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 05-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti barədə məlumat yayıb. Lent.az-ın məlumatına görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın baş qumarbazı 334 min avro uddu

Azərbaycanda kazinoların fəaliyyətinə qoyulmuş rəsmi qadağa qumar həvəskarlarına qumar masası arxasında varidatlar uduzmağa mane olmur. Bu yaxınlarda virtualaz.org Tbilisinin “Şanqri La” kazinosunda bir neçə saat ərzində 270 min dollar uduzmuş keçmiş deputat Fərhad Qəribov barədə yazmışdı.

Deputatdan qazın və işğın qiymətilə bağlı hökumətə ÇAĞIRIŞ

“Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər”.
Bunu millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından, əhali arasında ciddi narahatçılıqa yaranıb.

Naxçıvan Gömrüyü narkotranzitin qarşısını aldı

Etibarlı mənbədən araz.az-a daxil olan məlumata görə, Naxçıvan MR-in Dövlət Gömrük Komitəsinin apardığı uğurlu əməliyyat nəticəsində 1.500.000 ədəd narkotik tərkibli dərmanın gömrük məntəqəsindən keçirilməsinin qarşısı alınıb.
Naxçıvan MR-in Hava Nəqliyyatında Gömrük İdarəsinə gətirilən 700 kq narkotik tərkibli dərmanların bir hissəsi Naxçıvana, qalanı isə,  narkotranzit yolla Sədərək Gömrük İdarəsi vasitəsilə Türkiyəyə  aparılacağı planlaşdırılırmış.

43 -dən səhifə 46

Əlaqəli xəbərlər