“Zakir Qaralov bizə konkret dedi ki..." - 3 sahibkar prezidentdən kömək istəyir

2018-02-26-10-14-01sumqayit-sahibkarlar.jpg


 Araz.az xəbər veri ki, Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva  Mia.az-a şikayət məktubu göndəriblər.

 
Onlar bildirirlər ki, 2013-cü ildə "Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə, həm də cavabdeh tərəf olan "Karvan" ın rəhbərliyi tərəfindən təsdiqlənsə də, onlara dəyən zərər ödənilmir.
 
Onlar şikayətlərində  qeyd edirlər ki, göstərilən konkret  məbləğ - ümumilikdə onlara dəyən 325 min manat rəsmən təsdiqlənib. Bununla  "Karvan” Ticarət Mərkəzinin rəhbəri də etiraf edib razılaşsa da ,bu pulu  ödəməli olduğu halda  5 ildir ödəmir.
 
Sahibkarlar xatırladır ki, Sumqayıtda yerləşən "Karvan" Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş  vermiş  yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb:
 
"Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanmışdır.  O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
 
 Qeyd edək ki, üç mərtəbəli, ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət mərkəzində yanğın saat 19:20 radələrində , sahibkarlar dükanlarını bağlayıb gedəndən sonra baş verib. Yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib.
 
Sahibkarlara dəyən 15 milyon manata qədər  zərər məhkəmə  ekspertizası tərəfindən təsdiqlənib.
 O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov  (2016-cı ildə  dünyasını dəyişib) bildirib ki, dəyən zərərə görə "Azsığorta" şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.
 
Yanğından  böyük miqdarda ziyan çəkən 368  sahibkar məhkəməyə müraciət etsə də sonradan 3 sahibkardan başqa hamısı onlara dəyən ziyan tanınsa da, şikayətlərini geri götürüb, cavabdehləri  bağışlayıblr ki, bu özü də müəmmalı və qəribədir”.
 
"Karvan" ın 1-ci mərtəbəsində 2006-cı ildən pal-paltar ticarəti ilə məşğul olan,yanğın zamanı  170 min manat ziyana düşən Şiralı Əsgərov bildirir ki, isti-isti ,ilk vaxtlarda yanğından  çox az qism sahibkara, təxminən 15 nəfərə, hansılar ki, böyük məğləğdə ziyana düşüb və əsas da, çox güman ki, ”yuxarıda” adamları olduğuna görə   müəyyən məbləğ ödənilib: "Amma əksəriyyətinə, o cümlədən, mənə, 15 kvadratmetrlik mağazasında 55 min manatlıq malı yanan, ayaqqabı ticarəti ilə məşğul olmuş   Füzuli Quliyevə və 15 ildir "Karvan”da qab-qacaq satışı ilə  məşğul olan, yanğın zamanı 100 min manat ziyana düşən Dilavər Abdullayevaya  "Karvan" Ticarət Mərkəzinin rəhbəri  bir qəpik də pul verməyib".
 
"Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə "Karvan"ın  icraçı direktoru vəzifəsinə  keçən  Kamil Əhədovun  özünün də bizə dediyi kimi həmin ziyanı ödəməyə pulu yoxdur. Halbuki biz  neçə illərdir  müqavilə əsasında fəaliyyət göstərmişik, "Karvan"ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz  də var.
Amma  hüquqi şəxs kimi  "Karvan" Ticarət Mərkəzinin rəhbəri  sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa  da, kimlərəsə arxalanaraq  indi onlara dəyən zərəri ödəmək istəmir, bəhanə gətirir ki, pulum yoxdur. Halbuki  bildiyimizə  görə, hər ay  "Karvan” dan 2 milyon pul yığılır və pulun olmaması bu baxımdan inandırıcı deyil”, - deyə, məhkəmə proseslərində icarədar Əsgərova Töhfənin nümayəndəsi, onun  həyat yoldaşı Şiralı Əsgərov bildirir.
 
Şiralı Əsgərov  deyir ki, hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi: "İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu  arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular.Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin  o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.
 
Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. İ.Bayramovun sonradan dediyinə görə, bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq  4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?".
 
Zərərçəkmişlər Ali Məhkəmənin  hakimi İnqilab Nəsirovdan şikayətçidirlər. 
 
Belə ki, məhkum  İ.Bayramov  həbsxanadan  2016-cı il noyabrın 10-da Ali Məhkəməyə  müraciət  edərək  xahiş edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin  20 may 2016-cı il tarixli qərarından (bu qərarla o, 5 il  6 ay azadlıqdan məhrum edilib) işin yeni məhkəmə baxışına  qaytarılmasına dair qəbul edilsin:
 
"Ali Məhkəmənin  hakimi İnqilab  Maşallah oğlu Nəsirovun sədrliyi ilə16 fevral ,2017-ci il tarixində keçirilən  məhkəmə kollegiyası da kassasya şikayətini  "qismən”təmin edərək  daha  işin yeni məhkəmə baxışına  qaytarılması haqda yox, gülməli  və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda  qərar verib, onu demək olar ki, azadlığa buraxıb. Halbuki məhkum heç bunu xahiş  edib istəməyib. Həqiqətən analoqu olmayan bir qərardır”.
 
Zərərçəkmişlər bildiriblər ki, bazarda mağazaları yanan digər şəxslərə yardım edilib: "Onların bir qisminə bazarda yer də verildi və yenidən işlərinə davam etdilər. Bizə isə dəyən zərərin heç 1 manatı da ödənilmədi. 2013-cü ildən bəri 3 nəfərik ki, bütün instansiyaları keçsək də şikayətimiz təmin olunmur. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edildi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə  borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik”.
 
 II qrup əlil olan Dilavər Abdullayeva   bildirir ki,o xəstə-xəstə bu yaşında çoxsaylı məhkəmələrə  gedərək öz haqqını tələb etməyə məcburdur, çünki "Karvan”da  yanğın onu müflis edib, maddi vəziyyəti ağırlaşıb. Yanan malların pulunu vermək üçün o, evini girov qoyub bankdan pul götürmək məcburiyyətində qalıb və indi banka da pulunu 2 aydır verə bilmədiyinə görə bank onun evini əlindən almaq istəyir, ödəniş üçün vaxt qoyub:
 
"Əgər mənə dəyən yenə az olsaydı, mən bəlkə də  pulumu tələb etməkdən vaz keçərdim, amma mənə 100 min manat ziyan dəyib və ayrı-ayrı şəxslərə borcum var ki, mən onları ödəyə bilmirəm. "Karvan"ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı. Amma bu puldan bizə heç nə verilmədi.
 
Şəxsən mənim evimə icradan gəlib  dedilər ki, qoy sığorta pulunu alsınlar sizin pulunuz  veriləcək, amma iki dəfə o pulu aldılar, mənim isə  pulumu vermədilər.
 
Sumqayıtın dörd deputatı var , seçici olaraq təzə inşa olunan  YAP binasına da getmişəm,deputatımız  Tahir Mirkişiliyə də  problemimizi demişik amma bizim problem həllini tapmayıb,elə hamısı deyir çalışarıq, araşdırarıq, məsələyə baxılacaq , vəd verilir, müəyyən müraciətlər də olunur, amma 5 ildir ortada heç nə yoxdur. Bu 5 ildə 1 qəpik də pul verməyiblər”.
 
Şikayətçilər yazır ki, 2017-ci il yanvarın 30-u Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edərkən, onlarla da görüşüb: "Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir. Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Baş prokuror şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın, yəni  ödənilsin. Biz Sumqayıt icra hakimiyyətinə gedəndə məlum oldu ki, bu müraciət də , Qənirə Paşayevanın da, Ziyafət Əsgərovun da Zakir Fərəcova müraciəti  icra hakimiyyətindəki qovluqdadır, amma  əfsuslar olsun ki, bu günədək icra olunmayıb...”.
 
Sonda şikayətçilər onlara dəyən zərəin ödənilməsi üçün ölkə rəhbərliyindən kömək istəyiblər.
 
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
Mia.az

Şikayətçilər narahatlıqlarını göstəriblər: Baş nazirə ünvanlanmış məktubda bunun səbəbləri açıqlanıb

artur_rasizade_01.jpg


 Azərbaycan Respublikasının Baş naziri cənab Artur Tahir oğlu Rasi-zadəyə

Sapunkov Viktor Vladimiroviç və qeyriləri vətandaşların tərəfindən

Ünvan: AZ1022, Bakı şəhəri Nəsimi rayon, Abbas Səhhət küç.,

ev 55. m 2, Telefon: 050 488-87-27E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

MÜRACİƏT

Hörmətli canab nazir,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarda şəhərin ümumi görüntüsünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və onların yenidən müasir tələblərə cavab verən yaşayış və qeyri-yaşayış obyektlərinin tikinti aidiyyatı üzrə müvafiq İcra Hakimiyyətlərinə həvalə edilmişdir.

Həmçinin sözügedən Nazirlər Kabinetinin qərarının 1.1 bəndində: "mülkü, mәnzil, şәhәrsalma vә tikinti qanunvericiliklәrinin tәlәblәrinә әmәl etmәklә, şәhәrin ümumi görünüşünә xәlәl gәtirәn, qәzalı vәziyyәtdә vә mövcud şәhәrsalma normalarına cavab vermәyәn, aidiyyatı üzrə müvafiq rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial vә digәr tәyinatlı qeyri - yaşayış obyektlәrinin sökülmәsini vә yenidәn qurulmasını, әrazi vә әrazi hissәlәrinin yenidәn qurulması üçün tәlәb olunan әrazi planlaşdırılma sәnәdlәrinin hazırlanmasını (tikinti layihәlәrinin işlәnmәsindәn әvvәl) vә Azәrbaycan Respublikasının Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsi ilә razılaşdırılmaqla tәsdiqini, habelә yeni tikilәcәk yaşayış binalarının vә qeyri-yaşayış obyektlәrinin layihәlәrinә razılığın, tikintiyә vә tikinti obyektinin istismarına icazәnin verilmәsini, hәmçinin bu mәqsәdlә dövlәt mülkiyyәtindә olan torpaqların daimi istifadәyә vә icarәyә verilmәsini;"

1.2 bəndində: "mәnzil fondunun yenilәnmәsi, sakinlәrin mәnzil-mәişәt şәraitinin yaxşılaşdırılması mәqsәdi ilә tikinti şirkәtlәri tәrәfindәn öz vәsaitlәri vә ya cәlb edilәcәk kredit vәsaitlәri hesabına inşa olunacaq çoxmәnzilli yaşayış binaları üçün qәzalı vәziyyәtdә olan sökülәcәk tikililәrin әrazilәrindәn istifadә edilmәsinә, hüquqi vә fiziki şәxslәrin mülkiyyәtindә vә ya istifadәsindә olan torpaq sahәlәrinin mülki qanunvericiliyә uyğun olaraq onların razılığı ilә dәyәri ödәnilmәklә әldә edilmәsinә vә ya hәmin torpaq sahәlәrinin әvәzlәşdirilmәsinә şәraitin yaradılmasını";

1.3 bəndində: "qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yenitikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını;" qeyd olunmuşdur.

Məlum məsələdir ki, yerli İcra Hakimiyyətləri həmin söküntü işlərinin aparılmasını və onların yerində müasir tələblərə cavab verən binaların tikintisini müvafiq sərəncamla tikinti şirkətlərinə həvalə edirlər. Mülkiyyətçini əvvəlcədən xəbərdar etməmiş mülkiyyətçinin əmlakı qəzalı vəziyyətində olan əmlak kimi müayənləşdirilir, eyni zamanda şifahi olaraq mülkiyyətçiyə israrla sübut etmək istəyirlər ki, sözü gedən Qərardarın 1,1 və 1.2 bəndlərinə əsasən mülkiyyətçinin daşınmaz əmlakının Dövlət reyestrində qeydiyyatda olmasına baxmayaraq əmlakının altında olan torpağ sahəsi dövlətinin mülkiyyətindədir və bu torpağın dəyəri ödənilmir. Verilmiş sərəncamlarda mülkiyyətçinin əmlakının əvəzində veriləcək əmlaka dövlət tərəfindən heç bir zəmanət verilmir.

Yaranmış bu anlaşılmamazlıq mülkiyyətçı və Bakı şəhəri yerli İcra Hakimiyyəti arasında fikir ayrılığı yaradır və məhkəmədə ciddi mübahisə predmetininə səbəb olur və mülkiyyətçıləri məhkəmədə idda qaldırmağa məcbur edir.

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Torpağ Məcəlləsinə, Daşinmaz əmlakın dövlət reyestri haqqında AR Qanuna, AR Konstitusiyasina əsasən "Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur".

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarının 1-ci hissəsinin 1-ci və 2-ci bəndlərinin şərh edilməsini habelə Bakı şəhəri Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasınınSəbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının siyahısını təstiq olunmuş surətini müraciət edənlərə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təqdim edilməsinixahiş edirik.

022700008053.jpg

Hörmətlə,

Bakı şəhərinin Nəsimi rayonun sakinləri:

Ağalarov Bakir Qafar oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 57

Ağalarov Bəhruz Bakir oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 57

Ağalarova Səringül Qafar qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 53

Cəbrailova Gülşənbə Bilal qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 57

Əhmədov Dilqəm Yaqub oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 53

Ələkbərov Mansur Abbas oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 53

Əliyev Ələddin Astan oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 51

 

Əzimova Marina Yaqub qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 55

Gəncəliyev Xəqani Nizam oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 51

Gəncəliyeva Süsən Qadiməli qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 51

 

Hüseynov İslam Lətif oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 51

İsmailova Sevqili Mustafa qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 55

İsmayılov Faiq Həmid oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 55

İsgəndərov Bayram Əbdul oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 53

Kazimova Ofelya İsa qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 53

Malumova Albuxara Ağabala qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 55

Məhərrəmov Həsən Hüseyn oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 51

Müseyibova Mətanət Kalvayı qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 53

Quliyev Vasif Qədiməli oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 49

 

Quliyeva Roza Allahverdi qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 49

Quliyeva Solmaz Allahverdi qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 53

Qulyev Vahid Qədiməli oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 49

Sadıxova Zəkiyyə Hacıbaba qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 47

 

Sapunkov Viktor Vladimiroviç

Ünvan: AZ1022, Bakı şəhəri, Abbas Səhhət küç. ev 55

Abdulrəhmanova Mətənət Lətif qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 58

Adigözalov Babək Məhhəmməd oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 52

Balakişiyeva Zümrüd Məşi qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 58

 

Əkbərov Sənan Məmmədrəşad oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 56

İsmayılov Fəxrəddin Qulu oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 60

Kərimov Eynur Xanlar oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 58

Musayev Səlim Musa oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 58

 

Mustafayeva Kəmalə Məmmədqulu qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 56

Nəsirov Azim Nəsrulla oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 56

Osmanova Xalsa Xan qızı

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 60

 

Süleymanov Mirzəli Əlfəsyaf oğlu

Ünvan: AZ1022, Bakı şəhəri, Nəsib Bəy Yusifbəyli 58

Bakı şəhərinin Səbail rayonun sakinləri:

Mir-Bağırova Violetta Anatolyevna

Ünvan: AZ1003, Bakı şəhəri, Qurban Abbasov küç. 27, m.25

Şərif-zade Ülviya İlham qızı

Ünvan: AZ1003, Bakı şəhəri, Qurban Abbasov küç. 27, m.35

Şadkovskaya Yelena Aleksandrovna

Ünvan: AZ1003, Bakı şəhəri, Qurban Abbasov küç. 27, m.31

Tyuşin Maksim Vladimiroviç

Ünvan: AZ1023, Bakı şəhəri, Arif İsmailov küç. dalan 2, ev 26, m.4

Luqanskiy Dmitriy Valentinoviç

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 6

Seyidova Svetlana Sovetovna

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 32

Səlimov Ruslan Əliyeviç

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 24

İsmayılov Kamal Ələkbər oğlu

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 3

İsmayılov Həmid Əbulfəs oğlu

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 15

Məjidova Nərminə Vladislavovna

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 23

Dadaşov Zaur Bahadur oğlu

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 13

Mirzəzadə Ofeliya Yahya qızı

Ünvan: AZ1023, Bakı şəhəri, Xanlar küçəsi, ev 10, m. 10

contact.az

"Vur və Qaç": XTQ üçün MLRS107 mobil kompleksləri – Hərbi ekspert (ANALİZ)

107mm_light_MLRS_ADEX_2014_International_Defence_Industry_Exhibition_Baku_Azerbaijan_11_to_13_september_2014_002_3039440368.jpg


 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi müasir silah sistemlərindən biri də MLRS 107 (Multiple Launch Rocket System - Yaylım Atəşli Reaktiv Sistem) mobil kompleksidir. Yerli mütəxəssislərin hazırladığı silah sisteminin bazasını yüngül taktiki ərazi maşınları təşkil edir.

Xüsusi təyinatlı qüvvələrin fəaliyyətlərini aktiv şəkildə dəstəkləmək üçün iki hissədən ibarət 107 mm YARS, yüngül taktiki maşınların arxa hissəsinə quraşdırılır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi MLRS107 mobil kompleksini ilk dəfə 2014-cü ildə Bakıda keçirilən "ADEX-2014" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirib.

Kompleks XLT markalı, 6x6 təkər formulasına sahib "Ford" modelinin bazasında qurulub. 6,7L həcmli V-8 slindirli, 400 at gücünə malik arasoyutmalı turbinə malik mühərrik 6 pilləli sürətə malik avtomatik ötürücü ilə tandemdə çalışır. Mühərrik güc və ərazi keçicilik göstəricilərinə görə sinfinin ən yaxşılarından hesab olunur. Pikapın hər tərəfinə tək qapı quraşdırılıb. Sürücü və komandir vasitənin önündə əyləşərək kompleksi oradan idarə edirlər.


Pikapın arxa tərəfində iki ədəd 12-lüləli YARS-ın atıcı qurğuları quraşdırılıb. 63-107 HPJ optik qurğusundan istifadə olunur. Atəş məsafəsi sursatdan asılı olaraq, 8000-11000 metr arası dəyişir. Qurğu sursatsız 870 kq, yüklü halda isə 1300 kq çəkiyə malikdir. Döyüş dəstinə daxil olan 24 ədəd reaktiv sursatların hər biri 18 kq-dir. Atəş tempi saniyədə iki raketə barabərdir. Nəqliyyat vasitəsinin standart avadanlıqlarına naviqasiya sistemi, GPS və avtonom naviqasiya sistemi daxildir. Atəşin idarəetməsi kabindən və ya məsafədən həyata keçirilə bilər. Qurğu saniyədə 6° sürətlə dönə bilir. Qurğular 0 ilə + 60º şaquli, 110º sola və 90º sağa olmaqla üfüqi istiqamətlərdə hərəkət etməyə qadirdir.

Kompleksin dəyəri ilə bağlı dəqiq məlumatlar açıqlanmır. Lakin baza olunaraq istifadə edilən 6,7L həcmli V-8 slindrli mühərrikə və 6x6 təkər formulasına sahib "Ford" modelinin zirehsiz variantının dəyəri təxminən 100000 ABŞ dolları ətrafındadır. 

Sistem yüklənən raket tipini avtomatik olaraq tanıyır. Sistemdə istifadə olunan 107 mm raketlər izolyasiya edilən kompozit bölmədə saxlanılır və çox qısa zamanda atıcı qurğuya yerləşdirilir. Ətraf mühitə dəyən ziyan standartlardan kənara çıxmır. Bu sitemlərin digər variantları da mövcuddur. Müştəri istəklərinə görə, kompleks digər yük və minik avtomobil platformaları ilə bərabər təkərlər üzərinə yerləşdirilərək qoşquda daşınan versiyada hazırlana bilər.

MLRS107 kompleksləri vəzifələrin bölüşdürülməsi, hədəflərinin taktiki təyinatı, ballistik hesablama, hədəf istiqamətində yönləndirmə kimi vacib vəzifə və funksiyaları yerinə yetirmək üçün zəruri olan mexaniki, elektrik və elektron alt sistemlərlə təchiz edilib. 


MLRS komplekslərinin texniki qulluğu, sökülməsi, daşınması və quraşdırılması kifayət qədər sadədir. Digər təfəfdən daha kiçik ölçülü ərazi maşınlarına quraşdırılması, bu kompleksi dağlarda kiçik tərkibdən ibarət xüsusi təyinatlı və kəşfiyyat qruplarına yaxın və yaylım atəş dəstəyi vermək üçün ideal bir vasitəyə çevirir.

MLRS 107 kompleksinin üstünlükləri
"Vur və Qaç" qabiliyyəti

Naviqasiya və avtomatik idarəetmə sistemləri sayəsində 24 raketi 12 saniyə ərzində düşmən hədəflərinə tərəf buraxan MLRS107 dərhal yerini dəyişməklə "Vur və Qaç" taktikasını uğurla tətbiq edə bilir. Atəş mövqeyinə yetişdikdən 5 dəqiqə sonra kompleks yaylım atəşi aça bilir. Son raketin atılmasından 5 dəqiqə sonra isə atəş mövqeyini tam tərk edərək düşmənin cavab atəşindən yayınır və yeni atəş mövqeyində təkrar döyüşə hazırlaşır.

Geniş imkanlara sahib platform

MLRS sahib olduğu 6,7L həcmli, 400 at gücünə və 6x6 təkər formulasına sahib "Ford" platforması sayəsində istənilən dağlıq və yolsuzluq şəraitində etibarlı və yüksək imkanlara sahibdir. Əlavə qoşqu daşıma qabiliyyətinə malikdir. Güclü mühərrik şosse yolda yüksək sürətlə hərəkət etməyə şərait yaradır.

Rahat loqistika

Sökülərək digər baza üzərinə quraşdırıla bilən kiçik ölçülü 107 mm YARS müstəqil olaraq qoşquda dartılaraq aparılmaqla bərabər, eyni zamanda ehtiyat sursatları ilə birlikdə helikoterin həm içində, həm də asqısında daşına və ya paraşütlə endirilə bilər. İdarə olunmasında portativ kompüterdən istifadə edilir. 

Sürətli idarəetmə

Asan və tez doldurulur. GPS, İNS və avtomatok idarəetmə sistemi ilə inteqrasiya olunub. Kompleks, istənilən hava şəraitində, gecə və gündüz 11 km-ə qədər məsəfəyə reaktiv yaylım atəşi açmağa qadirdir. 

"Minus" atışları

MLRS107 raketlərinin daha bir üstün qabiliyyəti "minus" atışları həyata keçirə bilməsidir. Yəni dağlıq ərazilərdə kompleksin mövqeyindən daha aşağı yüksəkliklərdə yerləşən hədəflər atəşə tutula bilir.


Yüksək dəqiqlik

MLRS raketləri yüksək texnologiyalardan istifadə edilməsi sayəsində mükəmməl dəqiqlik və minimal hədəfdən yayınma əmsallarına malikdir. Atəş zamanı istifadə edilən hidravlik dəstək dayaqları minimal hədəfdən yayınma əmsalına, o isə öz növbəsində nöqtə hədəflərinə qarşı atışlar həyata keçirməyə imkan verir.

İstənilən vaxtda və şəraitdə atəş

MLRS107 raketinin yuxarıda göstərilən çox yüksək dəqiqlik və minimal yayınma əmsalının xüsusiyyətindən və elektron-optik nişangahlarından istifadə edərək gecə və gündüz şərtlərində görünən hədəflərə düz tüşlama ilə atəş aça bilər. Kompleksin komandiri kabinənin içindəki 63-107 HPJ optik qurğusundan istifadə edərək, müvafiq məsafələrə 107 mm-lik raketlərlərdən atəş aça bilər.

Minumun şəxsi heyətlə idarəetmə

Avtomatik rejimdə çalışan silahlara nəzarət, naviqasiya və hədəfə tuşlama sistemləri sayəsində, yalnız iki nəfərdən - komandir və sürücüdən ibarət ekipaj üzvü bütün vəzifələrin öhdəsindən gələ bilirlər

Universal silah və izsiz raket

Müxtəlif tipli raketlərdən istifadə edilə bilər. Raketdə istifadə edilən yanacağın xüsusi metodlarla tüstüsünün azaldılması atəş mövqeyini təyin etməkdə düşmənə müəyyən çətinliklər yaradır.

 Ordu.az

Leriklilər icra başçısından və deputatdan Prezidentə şikayət etdilər

1358940036_lerik-e1486043937535.jpg


 Lerikin Şivlə və Biləvər kəndlərinin sakinləri yenidən ölkə başçısına müraciət ediblər.

 Onlar yolsuzluqdan əziyyət çəkdiklərini, 3 km yolun hələ də təmir edilmədiyini bildiriblər: "Cənab prezident, problemlə bağlı bir neçə dəfə sizə müraciət etmişik. Mətbuatda da müraciətlərimiz dərc olunub. Sizə və aidiyyəti qurumlara 50-dən çox məktub, teleqram göndərmişik. Amma heç birinə reaksiya verilməyib. Görünür, məktublarımızın sizə çatmasını əngəlləyən şəxslər var. Həmin şəxslər rayon rəhbərliyinin xahişi ilə o məktubların sizə çatmasının qarşısını alırlar”.
 
Şivlə-Biləvər kəndləri həm İkinci dünya müharibəsində, həm də Qarabağ döyüşlərində aktiv iştirak edib, çoxsaylı şəhid və itkin verib. Lakin bu kəndlər hər zaman biganəlik və laqeyd münasibətlə üzləşdiklərini deyiblər:
 
"Cənab prezident, yenidən seçkiöncəsi sizə müraciət edirik. Artıq müraciətimizi rəsmi qaydada poçtla da göndərmişik. Sizin sərəncamınızla kəndimizi yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Şivlə və Biləvər yanaşı yerləşən kəndlərdir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Xahiş edirik ki, müraciətimizi nəzərə alıb bu üç 3 km-lik yolun təmir olunması üçün sərəncam verəsiniz. Onsuz da rayon rəhbərliyi bizə baxmır. Hər yerdə Sizə müraciətimizi bir qrup şəxsin müraciəti kimi təqdim etməklə diqqəti problemdən yayındırmağa çalışırlar”.
 
Sakinlər prezidentə müraciətində rayonun deputatından və icra başçısından da narazılıq ediblər: "Bu adam – (söhbət deputat İqbal Məmmədovdan gedir. red) deputat seçildiyi bu 4 il ərzində bir dəfə kəndə gəlib bizi dinləməyib. Nədir bunu işi-gücü? Vəzifəsinin məsuliyyətini dərk edirmi? Eləmir, onun üçün seçici anlayışı yoxdur. İcra başçısı da baxmır heç bir xahişə. Ona görə də bu problem həll oluna qədər sizdən dəstək istəyəcəyik”.
 
Sakinlər yaxın vaxtlarda yolun çəkiləcəyinə ümidli oldularını da ifadə ediblər.
 
Qeyd edək ki, Lerikin Şivlə və Biləvər sakinləri bir neçə dəfə prezidentə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Bir Milli Qəhrəmanın da bu kənddən olduğunu deyən sakinlər bildiriblər ki, rayon rəhbərliyi tərəfindən həmişə ögey münasibət görüblər. Prezidentə şikayət edən kənd sakinləri deyirlər ki, əsas yola yaxın olan bütün qonşu kəndlərin yollarına qrabil tökülsə də, Şivlə-Biləvərin 3 km-lik yolu rayonda məmurların arasında gedən daxili intriqaya görə baxımsız qalıb. Sakinlər yenə də özləri pul yığaraq, yolu təmir etməyə başlayıblar, amma vəsaitləri çatmayıb.
 
(Mənbə: Tendensiya.com)

TƏLƏBƏLƏRƏ ŞAD XƏBƏR: "Ali məktəb tələbələri üçün prezident təqaüdü artırılıb"

1515141321_iljj.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Araz.az-ıın xəbərinə görə, Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

9 -dən səhifə 46

Əlaqəli xəbərlər