Tikintidə yeni qaydalar tətbiq edilir - VİDEO

5a8af48dad96a_sosial-ev-azeuro-1.jpg


Bundan sonra inşa ediləcək bütün binalar və infrastruktur obyektlərində əlillərin rahat hərəkəti üçün lazımi şərait yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu, Milli Məclisdə 1-ci oxunuşdan keçən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsində deyilir ki, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları onların rahat və təhlükəsiz hərəkəti üçün obyektlərin sifarişçisi tərəfindən uyğunlaşdırılmalıdır. Bu uyğunlaşdırmanın bütün infrastruktur obyektlərində də nəzərə alınması tələb kimi qoyulub.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev dəyişikliyi yüksək qiymətləndirib.

Əmlak eksperti Emil Cəfərov isə bildirir ki, əlillərin tələbləri nəzərə alınaraq inşa edilən binalar Bakıda demək olar ki, yox səviyyəsindədir.

Mütəxəssis bildirir ki, qanunda bu dəyişikliyin edilməsi əlilliyi olan şəxslərin ən müasir standartlar səviyyəsində cəmiyyətə inteqrasiyasını təmin edəcək.

Onu da qeyd edək ki, qanun layihəsində mədəniyyət və idman obyektlərinin də əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

 

Prezidentdən Ramiz Mehdiyevlə bağlı SƏRƏNCAM

Ramiz-Mehdiyev.jpg


 Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Araz.az  xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər.
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri
Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.
Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında”  2001-ci il 1 oktyabr tarixli 586 nömrəli Fərman ləğv edilib. AZƏRTAC

A24.az

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

600@0-17.jpg


 Müdafiə Nazirliyində vacib görüşdən önəmli anons.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Araz.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z. Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.

General-polkovnik Z. Həsənov cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər.

T. Klaar isə öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.  /İstiPress/

İcra başçısının "kəşfi" beyləqanlıları qəzəbləndirib

1518094562_763.jpg


 Olimpiya idman kompleksini şəhər stadionunun içinə salıb

Ölkə Prezidenti cənab İlham Əliyein təşəbbüsü ilə regionların inkişaf etdirilməsi üzrə dövlət proqramları böyük uğurla həyata keçirilir. Artıq belə yüksək səviyyəli proqramların ölkəmizdə mütəmadi xarakter alması şəhərlərlə kəndlərimizin arasındakı fərqləri də aradan qaldırıb.

Kəndlərimizin abad yollarla, içməli su mənbələri, telekomunikasiya qovşaqları ilə, operativ fəaliyyət göstərən tibb müəssisələri, məktəb, kitabxana və klublarla təmin olunması, burada yeni iş yerlərinin açılması kənd əhalisinin şəhərələrə axınının qarşısını xeyli alıb. Respublikamızın əksər regionlarında, hətta ən ucqar bölgələrində yerləşən qəsəbə, rayon, şəhər mərkəzlrində adamların istirahətləri üçün parklar, stadionlar salınıb. Lakin təəssüf hissi ilə qeyd edək ki, ölkəmizdə böyük vüsət almış belə gözəl mühiti öz yersiz və düşünülməmiş hərəkətləri ilə çirkləndirən rəhbər kadrlar da az deyil.

Bunula əlaqədar olaraq redaksiyamıza ayrı-ayrı rayonlardan şikayət məktubları daxil olur. Məsələn, Beyləqanın Baş memarı vəzifəsini faktiki icra edən, rayonun icra başçısı Vaqif Abdullayev mövcud parkları, stadionu eybəcər hala sala-sala gedir. Xeyli geniş əraziyə malik olan və uzun illər rayonun idarə və müəssisələri tərəfindən yaşıllığa qərq olunan Heydar Əliyev adına istirahət parkı, Vaqif Abdullayev icra başçısı gələndən bəri təyinatını dəyişdi.

İlk olaraq Parkın bir tərəfi bazara satıldı, sonra Heydar Əliyev adına Mərkəzin arxasına Polis idarəsini, bu ikisinin arasına da Uşaq baxçasını pərçimləyib. Nəticədə istirahət parkında dincəlməyə, əylənməyə faktiki olaraq yer qalmayıb. İndi isə Olimpiya idman kompleksinin tikintisi üçün şəhərin hər iki giriş-çıxış hissələrində boş ərazilər ola-ola bu şəhərdə adamların sağlamlığı üçün yeganə məkan olan stadionu “sünnət etməyi” göz altına alıb. Hətta bu məqsədlə 28 yanvar 2018- ci ildə torpağın ayrılması və tikintinin başlaması üçün sərəncam da imzalayıb.

Xahiş edirik ki, bu məsələni ictimailəşdirin, onsuz da bu məxluqun qabağına heç bir Beyləqanlı çıxıb “dur, yanlış hərəkətdir” deyən deyil, olmayacaq da… Bu xisləti əvvəllər on ildən çox icra başçısı vəzifəsini icra etmiş və hələ də Beyləqanda görünməkdən “utanan” Xasay Əhmədov qoyub. Vaqif Abdullayev də onun prototipidir, sadəcə, sifət cizgiləri bir az fərqlidir…

Hər ikisi bu müqəddəs torpağa qənim gəldi. Amma bir zamanlar gələcək ki, bu rayonda Xasay kimi, Vaqif kimi məxluqlar həm də uzun müddətə rəhbərlik edib, kimlərsə də onlara yaxşı söyüş götürə-götürə “xidmət” edib, qulbeçəlik edib, yəqin ki, öz adlarının da sevə-sevə “qürurla” baş daşlarına yazdıracaqlar…

Beyləqanlılar bütün hallarda Vaqif Abdullayevin icra başçılığına normal rəhbərə yaraşan hərəkət kimi baxmasalar da, onu bu vəzifəyə təyin edən ölkə Prezidentinə böyük inam bəsləyirlər. Onlar əmindirlər ki, Vaqif Abdullayevin Olipiya kompleksini şəhər stadionunun ərazisinə salmaq ideyasının həyata keçmısinə cənab Prezident imkan verməyəcək. Milletinsesi.info

Binəqədidə sakinlər etiraza qalxdı: məhkəmə hakimi hadisə yerində gəldi

1518863877_777.jpeg


 Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi bina 20, 21, 22 və 26-da yaşayan sakinlər etiraz aksiyası keçiriblər. Sakinlər deyir ki, 2013-cü ildə ölkə başçısının göstərişi ilə yüksək səviyyədə təmir olunmuş, yaşıllıqları ilə göz oxşayan, bir hektar əraziyə malik park minlərlə ailənin istirahət yeridir. Lakin son günlər parkın ərazisinin özəlləşdirilməsi ilə bağlı mübahisələr yaranıb.

Bakı İnşaat MMC-nin rəhbəri Zakir Quliyev sakinlərlə görüşərək bu ərazinin artıq ona məxsus olduğunu və parkın ləğv edilərək yerində yaşayış binası tikiləcəyini bildirib. O əlində məhkəmə qərarının olduğunu iddia edərək ərazinin ona məxsus olduğunu bildirib. Bu isə sakinlərin etirazına səbəb olub. Onlar sona qədər mübarizə aparacaqlarını və parkın ərazisini iş adamına güzəştə getməyəcəklərini bildiriblər.

Məsələ ilə bağlı musavat.com-un müxbiri hadisə yerində olub. 50-dən çox sakin binanın həyətində toplaşaraq bu qanunsuzluğa son qoyulmasını tələb edib. Qarşı tərəfin nümayəndələrinin də orada olması mübahisənin daha da qızışmasına səbəb olub. Sakinlər böyük bir mikrorayonun əsas parkının hansısa şirkətə satılmasını absurd adlandırıb, iş adamını seçkiöncəsi müddətdə təxribat yaratmaqda ittiham ediblər.

Məhkəmədə işə baxan 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Elçin Məmmədov sakinlərlə söhbətində bildirdi ki, hər iki tərəf prosesə cəlb olunaraq dinlənəcək və daha sonra parkın taleyi ilə bağlı qərar veriləcək.
musavat.com 

11 -dən səhifə 45

Əlaqəli xəbərlər