DYP-də Zeynalovun post,Nuriyevin “cənnət otağı” biznesi

1508306672_r1pl6vjmbhc0.jpg


Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) rəhbəri Vahid Nuriyev Daxili İşlər Nazirliyi sisteminin kökünü baltalamaqla məşğuldurlar.

Nazir Ramil Usubovun qurduğu modern, şəffaf və operativ idarəçilik sistemini demontaj etməkdə olan R.Zeynalovla V.Nuriyev təzədən ölkənin yol polis fəaliyyətini bayağı, ələbaxımlı, soyğunçu şəklinə salaraq, polis imicinin reputasiyasını dağıdan alverçi obrazını qaytarmağa başlayıblar.

 
Polis reputasiyası dağıdılır. Bununla bağlı savash.org-a daxil olan məlumatlar göstərir ki, R.Usubovun beynəlxalq standartlara və müasir texnologiyaya uyğun qurduğu yeni polis sistemi Zeynalovla Nuriyevin sayəsində dağıdılır. Bunu məqsədli şəkildə etmədiklərini söyləmək olar.
 
Sadəcə, merkantil maraqlar, qeyri-rəsmi gəlir mənbələri, dondurulmuş yazılmamış qanunların işlək vəziyyətə gətirilməsi, böyük pulların dövriyyədə olması elə bir baş gicəlləndiricilik yaradıb ki, Zeynalovla Nuriyev Usubovun cızdığı dairəni tapdalamağa məcbur olublar. Nəticə isə çılpaqlığı ilə göz qabağındadır: yol polisi yenə radarsilən, pulgötürən, “şirinlik” sevən, ərəbzəngilik edən, yük maşınlarını saxlayıb soyan bir hüquq-mühafizə orqanına çevrilib. Sanki Usubovun nazirliyində bir destruktiv müxalif cəbhə açılıb və gizli şəkildə yol polis sistemini ayaqlar altına atıb gözdən salmağa çalışır.

Hər postun öz qiymyollarda əti – gəl, ay müştəri

Məsələn, yük maşınlarından rüşvət yığılmasını qeyd etmək olar. R.Zeynalovun qurduğu “post”ların hər birinin öz tarifləri var. Savash.org-a daxil olan məlumata görə, əgər yük maşını sürücüsü Qaradağ postundan keçirsə 15 manat ödəməli olur, üzü Hacıqabula gedəndə Nəvahi postunda 10 manat verir, getdikcə azalan məbləğ Kürdəmirdə stop deyir – 5 manat. Ancaq sürücülərə işgəncə olmasın deyə bu işi kökündən görən maklerlər fəaliyyət göstərir. Onlar yol polis postlarında mülki geyimdə olan dəllalardır. “Vahid pəncərə sisteminin” mülki geyimli dəllaları polisin əli pula dəyməsin deyə hər yük maşını şoferindən ayda 200 manat alır – yaxşı yol!

Nazir təğyiri-libas olub 403-cü otağa gəlsə…

Vahid Nuriyev isə R.Zeynalov kimi yollardan pul yığa bilməsə də, onun gəliri ayağına gəlir. MMX rəhbəri sakitcə kabinetində əyləşib, əli pul görmür, heç bir təhlükə yoxdur, hansısa rüşvət sövdələşməsində iştirak etmir, di gəl sistem işləkdir. Söhbət sürücülərin çox gözəl tanıdığı qaragünlü 403-cü otaqdan gedir. Bu otağın qarşısında çox yox, cəmi 1 saat müşahidə aparın: əlində maşın nömrəsi gələn kim, telefonla tanış axtaran kim, növbə üstündə qırğına çıxan kim – hamı bir nəfər kimi Nuriyevin 403-cü “cənnət” otağının nurunu görmək arzusundadır.

Necə deyərlər, bu sirat körpüsündən, yəni 403-cü otaqdan keçməyənlərin şəhərdə günü qaradır. Yəni, əsl reportajlıq məkandır. Bir gün cənab nazir R.Usubov təğyiri-libas olub bu kabinetə gəlsə öz gözləri ilənələrin baş verdiyinə şahid olacaq. Bəs nələr, baş verir sual oluna bilər.

Elektron oyuncaq

Sürücülər deyirlər ki, 403-cü otaqda hər gün dövlət büdcəsindən yüz minlərlə manat pul yayındırılır. “Yazıya pozu yoxdur” deyiblər, amma bu atalar sözü də 403-cü otaqda öz kəsərini itirir. Çünki, MMX-nın 403-cü otağı məhz yazılanları pozmaq üçün fəaliyyət göstərir. Savash.org mediada yer alan məlumatlara əsasən bildirir ki, Mərkəzi Məlumat Xidməti qeyri-qanuni pul toplamaları üçün xüsusi mexanizm hazırlayıb. Belə ki, radara düşən sürücüyə elektron protokol tərtib olunaraq yaşadığı ünvanına göndərilir. Amma, əksər hallarda cəriməni ödəmək istəyən sürücülər süni maneələrlə üzləşirlər. Belə ki, banka gedib cəriməni ödəmək istəyən sürücüyə bildirilir ki, cərimə sistemə vurulmayıb. Cərimə sistemə vurlmayıbsa deməli ödəyə bilməzsən, baxmayaraq ki, əlində ünvanına gəlmiş elektron protokol var.

403-ə gediş yolu

Başqa bir variantda isə sürücülər az qala bir ili tamam olan, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır. Araşdırma nəticəsində məlum olur ki, sürücünün MMX-dan xəbəri yoxdur və ona heç bir məktub xəbərdarlıq göndərilməyib. Sürücülər inspektordan protokolun çap edilməsini tələb etsələr də buna nail ola bilmirlər. Sürücülər özləri DYP-nin saytına girib yoxlayandada orada heç bir cərimə görmürlər.
Arxayın olan sürücü birdə DYP inspektoru onu saxlayıb cərimə meydançasına aparanda bilir ki, onun cəriməsi var və cəriməni ödəmədiyi üçün cəzalandırılıb.
Belə olan halda isə əlacsız qalan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə və oradada 403-cü otağa üz tutmağa məcbur olurlar. Buranın isə isə öz qanunları var, Azərbaycan qanunları keçərsizdir. Odur ki, toplanan pulların da Azərbaycan dövlətinə, onun xəzinəsinə heç bir aidiyyatı yoxdur.

“Xüsusi” klientlər

Vətəndaşlar 403-cü otağın qarşısında toplaşaraq növbələırini gözlədikləri zaman ortada gəzən 2-3 nəfər əməkdaşlar gözə dəyir. Onlarda növbədən qıraqda dayanmış “xüsusi” klientləri və birdə onlara “privat” müraciət edənlərə qulluq edirlər. İçəridə isə səni fakt qarşısında qoyaraq pul kisənin yüngüllüəşdirilməsinə kömək edən, DYP- işçisi və onun operator köməkçiləri var. Əslində aydındır ki, DYP daxilində qurulmuş bu sistem cərimə pullarının bank vasitəsilə ödənilməsinə yaradılan maneələrin bir məqsədi var – sürücülərdən toplanan böyük məbləğdə pulların şəxsi ciblərə getməsini təmin etmək. Şəxsi ciblərin isə Zeynalovla Nuriyevin olduğu iddia edilir.

Bu otağa girənin əli niyə cibində olur?

Sözügedən məkandan sürücülərən Savash.org-a bildirdiyinə görə, MMX radar çəkirsə, dərhal sistemə vurulur və sürücüyə elektron protokol göndərilir. Qanunvericiliyə görə, sürücü həmin protokoldan narazı deyilsə, bu sənəd əsasında istənilən banka gedib cəriməni ödəyə bilər. Amma Baş Dövlət Yol Polisi İdarəsinin 403-cü otağındakı şıdırğı alver başadüşülən deyil. Məsələn, o otağa girib-çıxan hər kəs pul verdiyini deyir. Maraqlıdır, axı bu otaq bank deyil və alınan pullara görə də heç kimə qəbz verilmir. Özü də, ən az pul verən 500 manatdan dəm vurur.

 
Digər bir mühim məsələ ondan ibarətdir ki, radara düşən sürücüyə elektron protokol tərtib olunub ünvanına göndərilir. Amma son vaxtlar bu cür protokollarla banka gedib ödəniş etmək istəyənlər problemlə üzləşirlər.
 
Çünki cərimə sistemə vurulmayıb. Və sürücülər də məcbur olub cəriməni ödəmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə üz tuturlar. Burada isə «xəzinə» rolunu oynayan 403-cü otaqda pul verib gedirlər. Və bununla da məsələ həll olunur.
 
Həll olunmayan məsələ isə odur ki, bəzi sürücülər ünvana gələn MMX radar protokolu ilə banka ödəniş etmək üçün aylarla gözləyir, həftədə bir dəfə banka gedir, amma məlum olur ki, cərimə sistemə vurulmayıb.
 
Sürücü isə qanuna əsaslanıb, ödənişi banka etməyi düşünür. Və bir neçə aydan sonra məlum olur ki, DYP cəriməni sistemə vurmaya-vurmaya vətəndaşa faiz də hesablayıb. Bütün bu şikayətlər və narazılıqlar, iddia və ittihamlar təbii ki, göydən düşməyib. Redaksiyalara ünvanlanan şikayətlərdə, sosial şəbəkələrdə maşını olan sürücülərin yazdıqları faktlar əsasında meydana çıxır. Ancaq heç bir vaxt da bu ittihamlara müvafiq qurumlar münasibət bildirmir, Zeynalovla Nuriyev susurlar. Belə olan halda ittihamlar güclənir. Halbuki, yol polisinin imicinə zərbə vuran belə hallar xoşagələn deyil. R.Usubovun fəaliyyətinə, gördüyü işlərə kömək əlini uzatmaq yerinə, kölgə salmaq, heç də rütbəli şəxslərə yaraşmır. Çünki nazir onları təyin edərkən şəffaf xidmət etməyi göstəriş verib. Onlara isə bu cür ittihamlar var və susurlar.

Biz isə bir media olaraq bütün tərəflərin mövqeyini çap etməyə hazırıq. ismaric.az

“Qaçqınkom” sədri işdən çıxarılmalı, qanunsuz əməllərinə görə həbs olunmalıdır – Tələb

hafiz-cixis.jpg


 "Hər zaman demişəm ki, bu "qocalar evi”nə yığışan adamlar dövlətə, prezidentə xəyanət edən adamlardır. "Qaçqınkom” sədri Əli Həsənov da onların başında gəlir”.

Bu fikirləri araz.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, Əli Həsənov vaxtiylə Heydər Əliyevə xəyanət eləmişdi. Amma sonradan yüksək vəzifəyə gəlib çıxdı, indi də İlham Əliyevə xəyanət edir:

"Görün, işin harasıdır ki, bu adam deyir ki, erməni xalqı ilə düşmən deyilik. Ölkə prezidenti deyir ki, ermənilər düşməndir, bizim torpaqlarımızı işğal ediblər, Qarabağ da, İrəvan da bizim tarixi torpağımızdır. Amma Əli Həsənov deyir ki, biz erməni xalqı ilə düşmən deyilik. Bəli, hamı bilir ki, Əli Həsənov düşmən deyil. Ona görə ki, qohumluqları var. Amma bir şeyi unudur ki, o, bu açıqlaması ilə bütün Azərbaycan xalqını, Qərbi Azərbaycandan didərgin düşənləri, bir milyon köçkünü təhqir edir”.

Partiya sədri deyib ki, qaçqın və məcburi köçkünlərə Əli Həsənova qarşı çıxmalıdırlar. Onun sözlərinə görə, bu mövqeyimə görə cavab verməlidir:

"Bu adama qarşı ciddi etiraz olmalıdır. QAT sədri Akif Nağı niyə səsini çıxarmır? Şou yaratmaq lazım deyil, ortaya mövqe qoyub Əli Həsənovun cavabını vermək lazımdır. Onsuz da Əli Həsənovun ömrünə az qalıb. Prezident seçkilərində qalib gəlsəm, onu işdən kənarlaşdıracam. Fəaliyyətini araşdıracam, qaçqınlara ayrılan pulları, binalaraın tikintisinə xərclənən milyonları mənimsədiyinə görə məsuliyyətə cəlb etdirəcəm. Əli Həsənov on millərlə şəhiddən, qazidən, əsir düşən qız-gəlinlərimizdən utansın. Ermənilər necə bizim düşmənimiz olmaya bilər? Köçkünlərə üzümü tutub deyirəm ki, bu adam sizing pullarınızı yeyib, indi də erməniləri özünə dost bilir. Hesab edirəm ki, hamı Əli Həsənova qarşı çıxmalıdır. Bizə hörmət etmirsə. Heç olmasa, prezidentə hörmət eləsin. Bütün bunları nəzərə alaraq deyirəm ki, "Qaçqınkom” sədri seçkidən sonra işdən çıxarılmalı, qanunsuz əməllərinə görə həbs olunmalıdır”.

Mia.az

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

18159250_1882623302008358_1757465311_o.jpg


 Ölkədə 620 min əlilliyi olan insan var və bu, ölkə əhalisinin 6 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. “Məşğulluq” qanununda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmir. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər.
Araz.az xəbər verir ki,  sözləri millət vəkili Qənirə Paşayeva MM-in bugünki iclasında “Əlillərin hüquqları” qanun layihəsinin birinci oxunuşda müzakirələri zamanı deyib. O bildirib ki, əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün işlər görülməlidir:
“Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hesab edirəm ki, yeni qanun layihəsində də əlillərin iş, əmək hüquqları məsələsinə xüsusi önəm verilməlidir və bu istqamətdə qanunların həyata keçirilməsi mexanizmləri gücləndirilməlidir. Müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram”.
Q.Paşayeva yeni qanun layihəsində əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib:
“Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Ümumiyyətlə isə əlil gənclərin ali və ya peşə təhsili alması yönündə stimullaşdırıcı addımlar atılması vacibdir. Eyni zamanda, əlillərin məlumat almaq hüquqları ilə bağlı məsələlərə də xüsusi diqqət olunmalıdır. Eşitmə imkanları olmayan əlillərimizin televiziyalarımızda məlumat, xəbər almaq imkanları yox dərəcəsindədir. Bu məsələdə ciddi dönüş olmalıdır. Eyni zamanda, nəqliyyat vasitələrində – metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir.
Yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki, müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək”.

Reportyor.az

Binəqədi icra başçısının qanunsuz tikintisi: yaşıllığı kim məhv edib?

c2dbc5c243b7b38409e1b37889680f52_XL.jpg


Binəqədi rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 17 ünvanında aparılan tikintinin Biləcəri qəsəbə nümayəndəliyinə aidiyyəti yoxdur. Amma biz o tikintiyə nəzarət edirik. 

Araz.az xəbər verir ki, bu sözləri Realliqinfo.org - a Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi İbad İbrahimov Binəqədi rayonu ərazisində sakinlərin illərdir saldığı yaşıllıqların məhv edilməsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə sakinlərin məhkəmə çəkişməsinə səbəb olan tikinti barədə danışarkən deyib.

İ.İbrahimov ərazidə aparılan tikinti işlərinə onların nəzarət etdiyini təsdiqləyərək, heç bir qanunsuz iş görmədiklərini bildirib:

“Sözügedən ərazidə Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin bütün parametrlərinə uyğun tikinti işləri aparılır və bu danılmazdır. Əlavə də məlumat verirəm ki, hazırda aparılan tikinti işləri tamamlanmaq üzrədir”.

İşlərə işlərinə nəzarət edən Biləcəri qəsəbə nümayəndəsi bildirib ki, tikilinin lazım olan bütün sənədləri var:

“Heç bir qurum, icra, bələdiyyə haradasa rəsmi icazə olmadan tikinti başlada bilməz. Orada nə qədər ağac olub, o ağaclar kəsilib və ya kökündən çıxarılıb, vətəndaşlar bundan şikayətçidir kimi hallar barədə mən məlumatsızam. Mən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə Biləcəri qəsəbə nümayəndəsiyəm. Bəli, müavinim Orxan tez-tez ərazidə olur. Sakinlər elə zədd edir ki, tikintini də həmin şəxs aparır. Orxan sadəcə aparılan tikintiyə nəzarət üçün ərazidə olur. Biz orada heç bir qanunsuz iş görmürük ki, bununla bağlı da yalan məlumat verim. Tikintinin aparıldığını da, əraziyə mənim və müavinim Orxanın nəzarət etdiyini də təqsdiqləirəm”.

İ.İbrahimovun sözlərinə görə, ərazidə tikinti başlatmaq, tikintini sökmək, dayandırmaq və ya həmin tikintiyə icazə vermək səlahiyyəti yoxdur:

“Mənim aparılan həmin tikintiyə ilə heç bir aidiyyətim yoxdur. Biz sadəcə həmin tikinti işlərinə nəzarət edirik. Ərazidə qeyri-yaşayış obyekti tikilib. Tikintinin kim tərəfindən aparıldığı, kimlərin tikdirdiyi barədə isə heç bir məlumatım yoxdur”.

Binəqədi rayonu, Asəf Zeynallı küçəsi ev 22 A və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binalarınn qarşısında sakinlərin illərdir əkdiyi 30-dan çox ağac kəsilərək yerində tikinti aparılır. Sakinlərin Realliqinfo.org-a verdiyi məlumata görə, tikinti Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.
Məsələ ilə əlaqədar sakinlər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər.
Realliqinfo.org 

 

Taleh Qaraşovun Lənkəran RİH-də vəzifə verdiyi saxta diplomlu məmurlar kimlərdir? – TƏFƏRRÜAT

1518423736_taleh-qarasov.jpg


 Lənkəran rayon icra hakimiyyətində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Hələlik onların bir qismini dərc edirik, saytımıza daxil olmuş digər informasiyalar isə dəqiqləşdirildikdən sonra diqqətinizə təqdim olunacaq. Beləliklə…

Realliqinfo.org bildirir ki, Savash.org-a sızan məlumatlarda saxta diplomlu şəxslərin işlə təmin olunmasından tutmuş digər ağlagəlməz maxinasiyalara qədər bir çox ittihamlar yer alıb. Onların bəziləri ilə tanış olaq. Məsələn, daxil olan məlumatda iddia olunur ki, hazırda Lənkəran rayon icra hakimiyyətində işləyən bir neçə işçinin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. İddialara görə, diplomları şübhəli olan həmin şəxslər küllü miqdarda rüşvət hesabına işlə təmin olunmağa nail olublar. İndi isə konkret faktlara keçək.

Belə ki, rayonun Şovu kənd keçmiş icra nümayəndəsinin mühasibiı Beynəlxalq Universiteti bitirmişdi və diplomu Təhsil Nazirliyi tərəfindən tanınmırdı. Buna baxmayaraq, həmin şəxs ilyarım sözügedən vəzifədə çalışıb. İcra nümayəndəsi işdən azad olunduqdan sopnra isə təsadüf nəticəsində həmin faktın da üstü açıldı və saxta diplomlu mühasib işdən azad olundu.

Redaksiyamıza daxil olan məlumatda həmçinin bildirilir ki, Ceyhun Şirvanov Lənkəran şəhər icra hakimiyyətində qanunsuz işə götürülüb və burada iki il çalışıb. Adıçəkilən şəxsin qalmaqallı Azərbaycan Beynəlxalq Universitetini (ABU) bitirdiyi, diplomu tanınmadığı üçün heç bir yerdə işə götürülmədiyi qeyd olunur. Bütün bunlara baxmayaraq, Lənkəran RİH başçısı Taleh Qaraşovun maddi maraqlarının təmin olunması şərtilə işlə təmin olunmağı bacarıb.

Bu qəbildən olan vəzifə sahiblərdən birinin də Fərid Bayramov olduğu bildirilir. O, 2015-ci ildə işlə təmin edilib. Bu şəxs 2017-ci ildə Ukraynada şübhəli diploma sahib olub və bu günə kimi diplomu tanınmayıb. 

Mənbənin sözlərinə görə, Lənkəran RİH-də bu kimi "qara işləri” əsasən iki şəxs həyata keçirir: İcra başçısının müavini Rəsilə Əliyeva və başçının köməkçisi Elnur Hüseynov. Daxil olan informasiyada maraq doğuran məqamlardan biri də Rəsilə Əliyevanın və Elnur Hüseynovun bahalı avtomobilləri hansı vəsaitlə əldə etmələridir. Belə ki, xanım müavininin şəxsi avtomobilinin dəyəri 100 min manat civarında qiymətləndirilir.

Rəsmən 330 manat əmək haqqı alan Elnur Huseynovun isə 50 min manatlıq bahalı avtomobil sahibi olduğu deyilir. Ford markalı həmin avtomobilin alınmasında müxtəlif vəzifələrə təyinat alan şəxslərin rolunun hansı dərəcədə olması haqda isə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
Realliqinfo.org 

12 -dən səhifə 45

Əlaqəli xəbərlər