“Qaçqınkom” sədri işdən çıxarılmalı, qanunsuz əməllərinə görə həbs olunmalıdır – Tələb

hafiz-cixis.jpg


 "Hər zaman demişəm ki, bu "qocalar evi”nə yığışan adamlar dövlətə, prezidentə xəyanət edən adamlardır. "Qaçqınkom” sədri Əli Həsənov da onların başında gəlir”.

Bu fikirləri araz.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, Əli Həsənov vaxtiylə Heydər Əliyevə xəyanət eləmişdi. Amma sonradan yüksək vəzifəyə gəlib çıxdı, indi də İlham Əliyevə xəyanət edir:

"Görün, işin harasıdır ki, bu adam deyir ki, erməni xalqı ilə düşmən deyilik. Ölkə prezidenti deyir ki, ermənilər düşməndir, bizim torpaqlarımızı işğal ediblər, Qarabağ da, İrəvan da bizim tarixi torpağımızdır. Amma Əli Həsənov deyir ki, biz erməni xalqı ilə düşmən deyilik. Bəli, hamı bilir ki, Əli Həsənov düşmən deyil. Ona görə ki, qohumluqları var. Amma bir şeyi unudur ki, o, bu açıqlaması ilə bütün Azərbaycan xalqını, Qərbi Azərbaycandan didərgin düşənləri, bir milyon köçkünü təhqir edir”.

Partiya sədri deyib ki, qaçqın və məcburi köçkünlərə Əli Həsənova qarşı çıxmalıdırlar. Onun sözlərinə görə, bu mövqeyimə görə cavab verməlidir:

"Bu adama qarşı ciddi etiraz olmalıdır. QAT sədri Akif Nağı niyə səsini çıxarmır? Şou yaratmaq lazım deyil, ortaya mövqe qoyub Əli Həsənovun cavabını vermək lazımdır. Onsuz da Əli Həsənovun ömrünə az qalıb. Prezident seçkilərində qalib gəlsəm, onu işdən kənarlaşdıracam. Fəaliyyətini araşdıracam, qaçqınlara ayrılan pulları, binalaraın tikintisinə xərclənən milyonları mənimsədiyinə görə məsuliyyətə cəlb etdirəcəm. Əli Həsənov on millərlə şəhiddən, qazidən, əsir düşən qız-gəlinlərimizdən utansın. Ermənilər necə bizim düşmənimiz olmaya bilər? Köçkünlərə üzümü tutub deyirəm ki, bu adam sizing pullarınızı yeyib, indi də erməniləri özünə dost bilir. Hesab edirəm ki, hamı Əli Həsənova qarşı çıxmalıdır. Bizə hörmət etmirsə. Heç olmasa, prezidentə hörmət eləsin. Bütün bunları nəzərə alaraq deyirəm ki, "Qaçqınkom” sədri seçkidən sonra işdən çıxarılmalı, qanunsuz əməllərinə görə həbs olunmalıdır”.

Mia.az

“Tələbələr təhsil haqqından azad edilsin… – QƏNİRƏ PAŞAYEVA

18159250_1882623302008358_1757465311_o.jpg


 Ölkədə 620 min əlilliyi olan insan var və bu, ölkə əhalisinin 6 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. “Məşğulluq” qanununda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmir. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər.
Araz.az xəbər verir ki,  sözləri millət vəkili Qənirə Paşayeva MM-in bugünki iclasında “Əlillərin hüquqları” qanun layihəsinin birinci oxunuşda müzakirələri zamanı deyib. O bildirib ki, əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün işlər görülməlidir:
“Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hesab edirəm ki, yeni qanun layihəsində də əlillərin iş, əmək hüquqları məsələsinə xüsusi önəm verilməlidir və bu istqamətdə qanunların həyata keçirilməsi mexanizmləri gücləndirilməlidir. Müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram”.
Q.Paşayeva yeni qanun layihəsində əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib:
“Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Ümumiyyətlə isə əlil gənclərin ali və ya peşə təhsili alması yönündə stimullaşdırıcı addımlar atılması vacibdir. Eyni zamanda, əlillərin məlumat almaq hüquqları ilə bağlı məsələlərə də xüsusi diqqət olunmalıdır. Eşitmə imkanları olmayan əlillərimizin televiziyalarımızda məlumat, xəbər almaq imkanları yox dərəcəsindədir. Bu məsələdə ciddi dönüş olmalıdır. Eyni zamanda, nəqliyyat vasitələrində – metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir.
Yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki, müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək”.

Reportyor.az

Binəqədi icra başçısının qanunsuz tikintisi: yaşıllığı kim məhv edib?

c2dbc5c243b7b38409e1b37889680f52_XL.jpg


Binəqədi rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 17 ünvanında aparılan tikintinin Biləcəri qəsəbə nümayəndəliyinə aidiyyəti yoxdur. Amma biz o tikintiyə nəzarət edirik. 

Araz.az xəbər verir ki, bu sözləri Realliqinfo.org - a Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi İbad İbrahimov Binəqədi rayonu ərazisində sakinlərin illərdir saldığı yaşıllıqların məhv edilməsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə sakinlərin məhkəmə çəkişməsinə səbəb olan tikinti barədə danışarkən deyib.

İ.İbrahimov ərazidə aparılan tikinti işlərinə onların nəzarət etdiyini təsdiqləyərək, heç bir qanunsuz iş görmədiklərini bildirib:

“Sözügedən ərazidə Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin bütün parametrlərinə uyğun tikinti işləri aparılır və bu danılmazdır. Əlavə də məlumat verirəm ki, hazırda aparılan tikinti işləri tamamlanmaq üzrədir”.

İşlərə işlərinə nəzarət edən Biləcəri qəsəbə nümayəndəsi bildirib ki, tikilinin lazım olan bütün sənədləri var:

“Heç bir qurum, icra, bələdiyyə haradasa rəsmi icazə olmadan tikinti başlada bilməz. Orada nə qədər ağac olub, o ağaclar kəsilib və ya kökündən çıxarılıb, vətəndaşlar bundan şikayətçidir kimi hallar barədə mən məlumatsızam. Mən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə Biləcəri qəsəbə nümayəndəsiyəm. Bəli, müavinim Orxan tez-tez ərazidə olur. Sakinlər elə zədd edir ki, tikintini də həmin şəxs aparır. Orxan sadəcə aparılan tikintiyə nəzarət üçün ərazidə olur. Biz orada heç bir qanunsuz iş görmürük ki, bununla bağlı da yalan məlumat verim. Tikintinin aparıldığını da, əraziyə mənim və müavinim Orxanın nəzarət etdiyini də təqsdiqləirəm”.

İ.İbrahimovun sözlərinə görə, ərazidə tikinti başlatmaq, tikintini sökmək, dayandırmaq və ya həmin tikintiyə icazə vermək səlahiyyəti yoxdur:

“Mənim aparılan həmin tikintiyə ilə heç bir aidiyyətim yoxdur. Biz sadəcə həmin tikinti işlərinə nəzarət edirik. Ərazidə qeyri-yaşayış obyekti tikilib. Tikintinin kim tərəfindən aparıldığı, kimlərin tikdirdiyi barədə isə heç bir məlumatım yoxdur”.

Binəqədi rayonu, Asəf Zeynallı küçəsi ev 22 A və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binalarınn qarşısında sakinlərin illərdir əkdiyi 30-dan çox ağac kəsilərək yerində tikinti aparılır. Sakinlərin Realliqinfo.org-a verdiyi məlumata görə, tikinti Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.
Məsələ ilə əlaqədar sakinlər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər.
Realliqinfo.org 

 

Taleh Qaraşovun Lənkəran RİH-də vəzifə verdiyi saxta diplomlu məmurlar kimlərdir? – TƏFƏRRÜAT

1518423736_taleh-qarasov.jpg


 Lənkəran rayon icra hakimiyyətində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Hələlik onların bir qismini dərc edirik, saytımıza daxil olmuş digər informasiyalar isə dəqiqləşdirildikdən sonra diqqətinizə təqdim olunacaq. Beləliklə…

Realliqinfo.org bildirir ki, Savash.org-a sızan məlumatlarda saxta diplomlu şəxslərin işlə təmin olunmasından tutmuş digər ağlagəlməz maxinasiyalara qədər bir çox ittihamlar yer alıb. Onların bəziləri ilə tanış olaq. Məsələn, daxil olan məlumatda iddia olunur ki, hazırda Lənkəran rayon icra hakimiyyətində işləyən bir neçə işçinin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. İddialara görə, diplomları şübhəli olan həmin şəxslər küllü miqdarda rüşvət hesabına işlə təmin olunmağa nail olublar. İndi isə konkret faktlara keçək.

Belə ki, rayonun Şovu kənd keçmiş icra nümayəndəsinin mühasibiı Beynəlxalq Universiteti bitirmişdi və diplomu Təhsil Nazirliyi tərəfindən tanınmırdı. Buna baxmayaraq, həmin şəxs ilyarım sözügedən vəzifədə çalışıb. İcra nümayəndəsi işdən azad olunduqdan sopnra isə təsadüf nəticəsində həmin faktın da üstü açıldı və saxta diplomlu mühasib işdən azad olundu.

Redaksiyamıza daxil olan məlumatda həmçinin bildirilir ki, Ceyhun Şirvanov Lənkəran şəhər icra hakimiyyətində qanunsuz işə götürülüb və burada iki il çalışıb. Adıçəkilən şəxsin qalmaqallı Azərbaycan Beynəlxalq Universitetini (ABU) bitirdiyi, diplomu tanınmadığı üçün heç bir yerdə işə götürülmədiyi qeyd olunur. Bütün bunlara baxmayaraq, Lənkəran RİH başçısı Taleh Qaraşovun maddi maraqlarının təmin olunması şərtilə işlə təmin olunmağı bacarıb.

Bu qəbildən olan vəzifə sahiblərdən birinin də Fərid Bayramov olduğu bildirilir. O, 2015-ci ildə işlə təmin edilib. Bu şəxs 2017-ci ildə Ukraynada şübhəli diploma sahib olub və bu günə kimi diplomu tanınmayıb. 

Mənbənin sözlərinə görə, Lənkəran RİH-də bu kimi "qara işləri” əsasən iki şəxs həyata keçirir: İcra başçısının müavini Rəsilə Əliyeva və başçının köməkçisi Elnur Hüseynov. Daxil olan informasiyada maraq doğuran məqamlardan biri də Rəsilə Əliyevanın və Elnur Hüseynovun bahalı avtomobilləri hansı vəsaitlə əldə etmələridir. Belə ki, xanım müavininin şəxsi avtomobilinin dəyəri 100 min manat civarında qiymətləndirilir.

Rəsmən 330 manat əmək haqqı alan Elnur Huseynovun isə 50 min manatlıq bahalı avtomobil sahibi olduğu deyilir. Ford markalı həmin avtomobilin alınmasında müxtəlif vəzifələrə təyinat alan şəxslərin rolunun hansı dərəcədə olması haqda isə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
Realliqinfo.org 

Şagird müəllimi qucağına götürüb… Məktəbdə yeni biabırçı VİDEO

sess.jpg


 Orta məktəblərdən birində baş vermiş hadisə qalmaqala səbəb olub.

Litseydə dərs vaxtı şagirdlər müəllimlə zarafat etməyə başlayıb. Şagirdlərdən biri ayağa qalxaraq müəllimin paltarını ələ salıb, Ona qarşı təhqiramiz hərəkətlər edib. Daha sonra həmin şagird müəllimi qucağına alaraq sinif otağından çıxarıb. 

Araz.az xəbər verir ki, Tekirdağ vilayətinin Çorlu qəsəbəsindəki “Ahievran” litseyində çəkilən videonun sosial şəbəkədə yayılmasından sonra qəsəbə rəhbərliyi araşdırmalara başlayıb və polisə müraciət edilib. Qəsəbənin rəhbəri Levent Kılıç müəllimə qarşı nalayiq hərəkət edən 3 şagirdin müəyyənləşdirildiyini və araşdırmalardan sonra qəti qərar veriləcəyini deyib. Turkustan.info

13 -dən səhifə 46

Əlaqəli xəbərlər