Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar

1518065889_ebb92326220dd9d43744d5a8ad8fc57d.jpg


 Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. “Yeni Müsavat”a maliyyə-bank sektorundan daxil olmuş məlumatlarda şok adlar yer alıb. Bildirilir ki, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları prezidentin yeni komandasının siyahısında olmayacaq. Vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.


Hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı çəkilir. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmadı. Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstərdilər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşdü. Manatın devalvasiyalarından sonra məlum oldu ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz deyilmiş: müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın oldu ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar.

Məlum oldu ki, devalvasiyadan günlər əvvəl kimlərsə irihəcmli əməliyyatlar həyata keçirərək yüz milyonlarla dollar alıblar. Bu alqı-satqıdan xüsusilə Elman Rüstəmovun xəbərsiz olması mümkün deyildi çünki ölkədə məzənnə tənzimlənməsini həyata keçirən əsas orqan Mərkəzi Bank idi. Ölkədə dolların əsas satıcısı da Mərkəzi Bank idi. Hansı bankın nə qədər dollar aldığını, aldığı dolları qısa müddət ərzində necə xırıd etdiyini baş bankirdən yaxşı kimsə bilə bilməzdi. Ölkə rəhbərliyinin də dilə gətirdiyi bu əməldən E.Rüstəmov, əlbəttə, xəbərsiz deyildi. Xəbərinin olması və mane olmaması onun dövlət maraqlarına ən böyük zərbəsi idi. Bu susqunluğuna görə də sonrakı dövrdə Mərkəzi Bankın banklarla bağlı əsas səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alındı.

Ötən ilin payızında mətbuatda gedən məlumatlardan aydın oldu ki, Mərkəzi Bankın rəhbərini həm də rahatca “kredit oliqarxı” hesab etmək olar. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Baş bankirin heç bir reaksiya vermədiyi, yəni həm də təkzib etmədiyi bu məlumat onun devalvasiyalardan az əvvəl müxtəlif banklar vasitəsilə yüz milyonlarla dolların alınmasına niyə göz yumduğunu açıqlayır.

Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.

Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur.Hazırda Azərbaycan dövləti Beynəlxalq Bankın 10 milyard manatlıq toksik aktivlərini, 3,3 milyard dollarlıq xarici borcunu üzərinə götürüb. Ölkəyə qarşı Beynəlxalq Bankın borclarının restrukturizasiyası prosesi ilə bağlı London məhkəməsində iki iddia təmin olunub. Bu isə restrukturizasiya prosesini yubatmaqla yanaşı, 3,3 milyard dolların qısa müddətə ödənməsi kimi arzuolunmaz vəziyyətə gətirib çıxara bilər.

S.Şərifovla E.Rüstəmovu komandadan uzaqlaşdırılmağa namizəd məmur “postu”na gətirən daha bir amil böhran dövründə ölkədə dollar qara bazarının yaradılması faktıdır. Xatırladaq ki, dollar qara bazarının hədsiz genişlənməsi Milli Məclisdə belə müzakirələrin açılmasına səbəb oldu. 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri ölkədə “qara bazar”ın tüğyan etməsindən narahatlığını ifadə etdilər.

“Qara bazar”da dollar satışına münasibət bildirən deputat Yevda Abramov bildirmişdi ki, əlaqədar qurumlar vəziyyətə nəzarəti itirib: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarında bu qədər dollar?”

Az sonra məlum oldu ki, dollar qara bazarının təchizatçıları iki dövlət bankının – Beynəlxalq Bank və “Azər-türk Bank”ın rəhbərləridir. Dövlətin bütün imkanlarını səfərbər edib manatın məzənnəsini sabitləşdirməyə çalışdığı bir zamanda bu şəxslərin arxasındakı qüvvələrin qara bazarda qaz vurub qazan doldurması çox böyük narazılıq və qəzəbə səbəb olmuşdu. Həmin vaxtlar hətta maliyyə nazirinin özünün də prosesin içərisində olduğuna dair məlumatlar yayılmağa başlamışdı. Lakin proseslərin daha da dərinləşməsinə imkan verilmədi və Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov, “Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov da daxil olmaqla qrupun iş başından alınması ilə kifayətlənildi.

Azərbaycanda dövlət xərcləmələri sahəsində ciddi nöqsanların olduğu heç kimə sirr deyil. Elə Hesablama Palatasının son 2 ildə apardığı audit yoxlamalarına dair məlumatlarına baxmaq yetər ki, büdcədən irihəcmli vəsait alan əksər dövlət qurumlarında nə qədər böyük mənimsəmələrə yol verildiyini görmək mümkün olsun. Qeyd edək ki, ölkədə büdcə hesabına xərcləmələrə ilkin maliyyə nəzarətini məhz S.Şərifovun rəhbərlik etdiyi qurum – Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti həyata keçirir. Necə olur ki, bu xidmətin illər boyu heç bir nöqsan aşkarlamadığı qurumlarda Hesablama Palatası yüz milyonlarla manatlıq pozuntular tapır?! Bu sualların ölkə rəhbərliyini də narahat etdiyi göz önündədir. Bunun nəticəsidir ki, Hesablama Palatası haqqında yeni qanun layihəsi hazırlanır, o qanunla Palataya çox geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Maliyyə-bank sektoruna rəhbərlik edənlərin yarıtmaz fəaliyyətlərinin nəticəsidir ki, bu gün Azərbaycan bankları düşdükləri ağır böhrandan qurtula bilmirlər. Bankların kredit siyasətinin nəzarətsiz buraxılması nəticəsində yaranan problemli kreditlərin həcmi 2 milyard dollara, ümumi kredit portfelindəki payı isə 15 faizə çatmaqdadır. Ölkə böhrandan çıxmaq üzrədir, lakin bank sektoru bu prosesi əngəlləyir.

Bütün qeyd olunanlar göstərir ki, seçki hər iki kadrdan qurtulmaq, iqtisadi blokda komandanın yenilənməsi üçün ölkə rəhbərliyinə əlverişli fürsət yaratmış olacaq. Turkustaninfo

“Azərsu”nun 9 nəfərlik yoxlama qrupu əhaliyə divan tutur - Şikayət

1518121974_qorxmazh.jpg


 Son illər dövlət büdcəsindən ən çox vəsait alan qurumlardan biri də "Azərsu” ASC-dir. Hakimiyyətin kommunal problemləri həll etmək üçün ayırdığı milyardlarla manat vəsaitə baxmayaraq paytaxt Bakıda içməli su problemi qalmaqda davam edir


Məsələn, "Azərsu”nun həyata keçirdiyi ən böyük layihələrdən biri Oğuz-Qəbələ-Bakı su kəməri olub. 

Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində içməli suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin içməli su təchizatının etibarlı və dayanıqlı olmasını təmin etmək idi. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 mln. manat vəsait ayrılmış və 2010-cu ilin 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. O zamanın valyuta kursu ilə təxminən 1 milyard dollar vəsait sərf olunan layihənin icrasında ciddi korrupsiya iddiaları zaman-zaman səsləndirilib.

Qeyd edək ki, dövlət başçısı bir-neçə dəfə əhali və qeyri-əhali qruplarının su borclarının silinməsi ilə bağlı müvafiq sərəncamlar versə də "Azərsu”nun bu borcları əhalidən tələb etməsi ilə bağlı zaman-zaman şikayətlər edilir.

Habelə Səhmdar Cəmiyyətin əməkdaşları iş adamları üçün əsl başağrısına çevriliblər. Tendensiya.com-a daxil olan şikayətlərdə bildirilir ki, "Azərsu”nun 9 nəfərdən ibarət "maskalıları” icazəsiz obyektlərə hücum edərək, su saygaclarını götürüb aparırlar. Əsl həngamə bundan sonra başlayır. "Maskalılar” kəsib götürdüyü saygacları baş idarəyə – laboratoriyaya göndərilir. Bir müddət sonra laboratoriya "təsdiq” edir ki, bu obyektib 10 min manat borcu var. Guya indiyə kimi həmin sayğacda nasazlıq varmış və s.

İş adamları "Azərsu”nun burda sadə bir məqsəd güddüyünü bildirirlər: Yalandan müvafiq dövlət qurumlarına hesabat verib, guya əhalinin xeyli məbləğdə borcu var. Və həmin borcu bir müddət sonra iş adamlarından tələb etməyə başlayırlar. Əks təqdirdə obyektlərə suyuin verilməsi dayandırılır.

Maraqlıdır ki, Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə dayandırılmış yoxlamalara "Azərsu”nun 9 nəfərlik yoxlama qrupu hansı əsasla obyektlər təftiş etməsi nəyə xidmət edir? İş adamlarının insafsızcasına cərimə edilməsi hakimiyyətin iqtisadi sektorda apardığı islahatları sabotaj etmək deyilmi?

"Azərsu”ya ayrılan yüz milyonlarla dollar kreditin təyinatı üzrə xərclənmədiyini əsas gətirərək, obyekt sahibinə yazılan borcların kreditlərin ödənilməsinə də yönəltdiyi də iddia edilir. Xalq.info

Hacıbala Abutalıbovun oğlu adını dəyişdi

1518162275_hacibala.jpg


 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov adını dəyişib.

Araz.az xəbər verir ki, bu haqda Gununsesi.info məlumat yayıb. Xəbərə görə, artıq Abu Bəkr Abutalıbov olan mer oğlu İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb. O, Türkiyədə vətəndaşlıq statusu alıb, otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib. "Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Abu Bəkr Abutalıbov "Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq. 

 "Yeni Müsavat” yazır ki, İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.

 

Lənkəran meşələrinin qənimi Söhrab Abbasovu kim himayə edir?

1518160717_zohrab-2.jpg


 Cənub zonasının sərvəti talanır, ETSN isə qazanc hayında

Araz.az bildirir ki, bir neçə gün öncə Realliq.net saytında dərc olunan – “Masallı, Lənkəran və Lerik meşələrində ağac soyqırımı davam edir - Ekologiya nazirliyi isə susur”-başlıqlı yazıdan sonra, redaksiyamıza çoxlu müraciətlər daxil olub. Saytın email ünvanına və sosial şəbəkədəki profilinə daxil olan müraciətlərdə qeyd olunur ki, ötən yazıda faktların çox az hissəsinə yer verilib. 

Yazıda – “Masallı rayonunun Xanalyon, Sığdaş, Kubin, Lənkəranın Osakücə, Tükəvilə, Qəqiran, Günəhır, Lerikin isə bir çox kənd ərazilərində yerləşən meşələrdə nadir ağaclar kəsilməkdədir. Cavan ağacların kəsilməsinin qarşısını almağa borclu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkşafı Departamenti və yerli şöbələri isə qanunsuzluğa göz yumaraq işbazların fəaliyyətindən yararlanmaqdadırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktor əvəzi, Abbasov Söhrab Aydın oğlunun baş verənlərdə pay sahibi olduğunu demək çətindir. Lakin fakt odur ki, Söhrab müəllim biz bildiklərimizdən daha çox məlumatlıdır” – deyə qeyd olunurdu.
Vətəndaşlar, Talış dağlarının meşələrində ağac soyqırımının aşkar həyata keçirildiyini və qış fəslində qazsız olan kəndlərdə insanların evlərini odun peçləri ilə qızdırdığını bildirirlər. Məlumdur ki, insanlar soyuq qış aylarında odundan yanacaq kimi istifadə etməyə məcburdurlar. Lakin sosial problemin varlığı yaşıllıqların məhvinə əsas verməməli və dövləti qazsız olan kəndlərini yanacaqla təmin etməyə məhkum etməlidir.

Müraciətlərdə yazılır ki, ağacların kəsilməsi və odun halında satılması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkşafı Departamentinin yerli şöbələrinin rəhbərləri və meşəbəyiləri ilə razılaşdırılır. Meşəbəyilərin hər maşına görə, aldığı rüşvət hesabına kəsilən ağacların satışı, nəzarət altında həyata keçirilir.

Realliq.net -ə daxil olan digər müraciətdə isə qeyd olunur ki, Lerik, Astara və Lənkəran meşələrində tikinti materialları üçün, nadir ağacların kəsilərək satılması prosesi davam edir. Maraqlıdır ki, qanunsuzluğa imkan yaradan Eyvaz Babayev, Şakir müəllim və digərləri Ekologiya nazirliyinin Meşələrin İnkşafı Departamentinin yerli şöbələrinin rəhbərləridir. Onu da bildirək ki, meşələrdə ağacların kəsilməsi və daşınması prosesi əsasən gecə saatlarında həyata keçirilir. Əməkdaşlarımız Lənkəran rayonunun Diryan, Gəqiran kəndlərində apardıqları araşdırmalar zamanı belə faktla üzləşiblər. Yol boyu ZİL, QAZ 54, Kamaz markalı yük maşınlarının kəsilmiş və parçalanmış ağacların daşınması gözdən yayınmayıb. Maşın sürücüləri ilə söhbətimiz zamanı onlar bildiriblər ki, kəsilmiş ağaclar satışa aparılır və kv-metrlə satılır. Maşın yükünün əsasını dəmirağac, palıd və vələs ağacları təşkil edib. Həmin görüntüləri növbəti yazıda təqdim edəcəyik. Odun satan yük maşını sahibləri Realliq.net –in əməkdaşına, ağacların kəsilib satılması üçün meşəbəyilərə rüşvət verdiklərini qeyd ediblər.

Daxil olan məlumatların araşdırılması zamanı ortaya çıxan faktlar narahatçılığa əsas verməkdədir. Talış meşələrinin soyqırıma məruz qoyan məmurların şəxsi maraqları, yüz illərlə əmələ gələn yaşıllıqların məhvinə səbəb olur. Hazırda fəlakətlə üzləşən meşələrin aqibətini düşünməyən Ekologiya nazirliyinin faktlara biganə münasibəti, özbaşınalığa şəraitin yaradılması kimi qiymətləndirilir.

Sualların cavabsız qalması,nazirliyin Meşələrin İnkşafı Departamentinin direktoru Söhrab Abbasova yaşıl işığın yandırılması deməkdir. Görünən həqiqət odur ki, Söhrab müəllimin fəaliyyətində ciddi qüsurlar olsada, onu himayə edənlər var və bu da yaranmış fəlakətin səbəblərinin önündə gəlir. Nazir Hüseynqulu Bağırovun rəhbəri olduğu qurumda, Söhrab Abbasovun ağacların soyqırımı ilə gəlir əldə etməsi sadə vətəndaşa məlum olduğu halda, səlahiyyət sahibinin xəbərsiz olması inandırıcı görünmür.
Prezident İlham Əliyevin meşələrin qorunması, ağacların kəsilməməsinə dair verdiyi tapşırıqlar S.Abbasovun himayədarlarını narahat etmir. Faktlar və yaranmış xoşagəlməz durumun qarşısının alınmaması, Talış dağlarının yaşıllığını və Lənkəran meşələrini məhvini sürətləndirir.

Cənub zonasının sərvətini talayanlar varlanmaq eşqinə həyata keçirdikləri soyqırımın günahkarlarının cəzalandırılması üçün tapşırıqların verilməsi vacib şərtə çevrilib. Realliq.net olaraq növbəti yazıda araşdırmalarımız zamanı əldə olunan faktlar və video çəkilişləri diqqətinizə çatdıracağıq. Ümid edək ki, vətəndaşlarımız və cənub zonasının ziyalıları, Tanrının onlara bəxş etdiyi sərvəti qorumaq üçün, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracaq və günahkarların cəzalandırılmasını tələb edəcəklər. Söhrab Abbasov və digər məmurları himayə edənlərin, ədalət mühakiməsinə cəlb edilməsi, Lənkəran, Masallı, Lerik və Astara meşələrinin qorunması deməkdir.
Mö.vzuya qayıdacağıq. Realliq.net

"AZƏRİSTİLİKTƏCHİZAT" ASC: GÖZƏ GÖRÜNMƏYƏN DÖVLƏT ŞİRKƏTİ

istilik.1000x0.jpg


Dövlət şirkəti lüzumsuz xərclərə yol verir və beynəlxalq mühasibata keçməyə tələsmir

Araz.az xəbər verir ki, bu müddət öncə Hesablama Palatanın rəsmi saytında medianın o qədər də maraqlanmadığı və əhalinin yalnız 10-20%-nə xidmət göstərən “Azəristiliktəchizat” ASC-nin audit yoxlaması barədə məlumat yerləşdirilmişdir. Rəsmi olaraq, bu dövlət şirkəti ölkədə yeganə istilik təchizatı operatorudur. Amma insanlar artıq çoxdandır öyrəşiblər ki, istilik təchizatı gah aylarla yoxdur, gah da birdən-birə bərpa olunur. Müvafiq olaraq insanlar da istiliyi təmin etmək üçün alternativ üsullardan istifadə edirlər (düzdür son zamanlar bu sahədə müəyyən pozitiv işlər gedir və istilik təchizatı tədricən bərpa olunur).

Bu şirkətin fəaliyyəti barədə məlumatsızlıq (hətta bir çox insan bu şirkətə ödənişlərin necə aparılması barədə məlumata malik deyil) nəticəsində o “Azərsu” və ya “Azərişiq” kimi gündəmə tez-tez gəlmir. Şirkət deyəsən bundan istifadə edib hesabatlarını heç rəsmi saytında yerləşdirmək barədə fikirləşmir. Rəsmi saytında yerləşdirilən sonuncu hesabat 2011-ci ilə aiddir. Ona görə, birbaşa olaraq, şirkətdə indi nə baş verdiyini öyrənə bilmirik. Buna görə, Hesablama Palatasının auditi vasitəsilə ən azı şirkətin əsas göstəriciləri barədə məlumat əldə edirik.

Büdcədən dotasiyalar

Bir sıra dövlət şirkətləri kimi, “Azəristiliktəchizat” da dövlət büdcəsindən bu və ya digər formada subsidiya alır. Bunun əsas səbəbi şirkətin zərərə işləməsidir. Fəaliyyətinin başlandığı dövrdən şirkətin xərcləri daima gəlirlərindən çox olub. Amma adətən bu zərər subsidiya vasitəsilə ödənilib, indiki halda zərəri heç subsidiya vasitəsilə də ödəmək mümkün deyil.

Dövlət büdcəsi sənədlərindən əldə edilən məlumata görə, 2011-2016-cı illərdə şirkətə aşağıdakı məbləğdə dotasiyalar ayrılmışdır:

  • 2011 - 19.67 milyon manat;
  • 2012 - 20.19 milyon manat;
  • 2013 - 20.84 milyon manat;
  • 2014 - 21.56 milyon manat;
  • 2015 - 22.61 milyon manat;
  • 2016 - 18 milyon manat;

Göründüyü kimi, 2011-2016-cı illərdə şirkət dövlət büdcəsindən 123 milyon manat subsidiya vəsait əldə edib. Bəs bu subsidiyların gəlir və xərclərə münasibəti necədir? Hesablama Palatasının auditindən görünür ki, şirkətin zərəri şirkətin gəlirini dəfələrlə üstələyir. Belə ki, məlumata görə, 2015-ci ildə ASC-nin maliyyə hesabatına görə istilik təchizatı xidmətlərinin satışından gəlirləri ƏDV-siz 8109.0 min manat, faktiki xərcləri 46148.2 min manatdır (o cümlədən, 45702.1 min manat istehsal xərci, 446.1 min manat satışdankənar xərc). Maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38039.2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10839.2 min manat, faktiki xərcləri 50243.3 min manat (o cümlədən, 49699.1 min manat istehsal xərci, 544.2 min manat satışdankənar xərci) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39404.1 min manat təşkil etmiş, 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2730.2 min manat artdığı halda, xərclər 4095.1 min manat və ya gəlirlərin artımına nisbətən 1.5 dəfə çox artmış, nəticədə cəmiyyətin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1364.9 min manat və ya 3.6 % artmışdır.

Gördüyümüz kimi, dövlət büdcəsindən ayrılan dotasiyalar şirkətin gəlirini təxminən 2 dəfə üstələyir. Eyni zamanda şirkət gəlirinin artmasına baxmayaraq, onun xərcləri daha yüksək templə artır. Bunun nəyə görə baş verdiyini daha dəqiq başa düşmək üçün, ən azından şirkətin gəlir və xərc strukturunu öyrənmək lazımdır. Amma yuxarıda dediyimiz kimi, şirkət bu barədə məlumatı ictimaiyəttə açıqlamır. Amma açıq mənbələrdə olan məlumata görə, bəzi məqamları dəqiqləşdirmək olar. Belə ki, gəlirin əsas mənbəyi əlbəttə ki, istilik enerjisinin satılmasıdır. ASC-nin məlumatına görə, indi şirkət 545 qazanxana vasitəsilə 5060 obyekti istilik enerjisi ilə təmin edir.

Tarif Şurasının təsdiqlədiyi tariflərə görə, şirkət istiliklə təchiz etdiyi hər kvadrat metrə görə 0.15 manat əldə edir. Gəlirin təxmini 60-70% (7.5 milyon manata kimi) bina evlərindən əldə edir. Şirkət 2016-ci ilin əvvəlinə 3568 binadan 170 min mənzilə istilik təchizatı xidmətləri göstərirdi. İndi təxmini bu göstərici 180 minə bərabər olmalıdır. Başqa sözlə şirkətin xidmətlərindən təxminən 810 min insan istifadə edir. Eyni zamanda bu binalardan 3250-si Bakıya aiddir. Başqa sözlə Bakıda yerləşən 6 min binadan təxmini yalnız 54% mərkəzləşdirilmiş istilik təchizatı ilə təmin olunub.

Şirkət həmçinin isti su təchizatı ilə də məşğuldur. Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli qərarına əsasən 2017-ci ilin yanvarın 1-dən isti su təchizatı xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Müvafiq olaraq, şirkət öz tariflərini müəyyən ediblər. Rəsmi saytında yerləşdirdiyi məlumata görə, 1 aprel 2017-ci il tarixdən “Azəristiliktəchizat” ASC isti su təchizatı tariflərini əhali üzrə kb metrə 1.92 manat, qeyri-əhali istehlakçıları üzrə 3.1 manat müəyyən edib. Maraqlıdır ki, qiyməti müəyyən edərkən, şirkət alternativ (kombi, elektrik su qızdırıcıları və s.) imkanların mövcud olmasını nərəzə alaraq bu tarifləri müəyyən edib. 2017-ci ilə kimi isə, 1 kub metr isti su üçün şirkət 40 qəpik əldə edirdi. Düzdür mərkəzləşdirilmiş isti su Bakıda o qədər də tez rast gəlinən bir hal deyil. Şirkətin məlumatına görə yalnız yeni tariflər vasitəsilə özünü maliyyəşdirmədən yararlanmaq olar. Elə çıxır ki, əvvəllər bu dövlət şirkətinin belə məqsədi olmayıb.

Qeyri-effektiv xərcləmələr

Yeri gəlmişkən, şirkətin fəaliyyəti xərclər ilə bağlı olduğuna görə, xərclərin strukturunu təhlil etmək maraqlı olardı. Təssüf ki, Hesablama Palatası yalnız istehsal və qeyri-istehsal bölgüsünü göstərib. Amma Dövlət satılnamalar reyestri vasitəsilə başqa xərclərin müəyyən hissəsini göstərmək mümkündür. Şirkət 2015-ci ildə 51, 2016-ci ildə 20 və 2017-ci ilin 8 ayında 18 tender keçirib. Keçirilən tenderlərin əsasında, biz əsas 8 istiqamət üzrə xərcləri müəyyən edə bilərik.

Xərclərin böyük hissəsi istehsal prosesi ilə bağlı olmasına baxmayaraq, şirkətin fəaliyyəti effektivlikdən uzaqdır. Dövlət şirkətinin anbarında qalığı olan malların təkrar alınması nəticəsində vəsaitlər zəruri olmayan istiqamətlər üzrə sərf olunub. Eyni zamanda Hesablama Palatasına görə, “qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə təlabatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 m2yaşayış sahəsi, 1 m3 isidilən həcm və 1 misti su) istehsal və satış maya dəyəri müəyyən edilməmiş” və müvafiq olaraq zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməmişdir. Başqa sözlə şirkət hətta satdığı istiliyin maya dəyirini və hansı istiqamətlərdə problemin olmasını da müəyyən edə bilməyib. Eyni zamanda isidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub. Bir çox hallarda abonentlərə gələn borclar reallığı əks etdirmir. Nəticədə bununla bağlı mənasız debitor və kreditor borclar yaranır. Eyni zamanda yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə normadan artıq istilik enerjisi sərf edilib. Belə ki, əgər cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11.68% və 2016-cı ildə 11.95% miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12.6% miqdarında itki qeydə alınıb.

Hesablama Palatası öz hesabatında qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsaitdən istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xüsusən nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib. Nəticədə bu ilin avqustunda “nəqliyyat vasitələrinin hərəkətinə məsafədən internet üzərindən nəzarətin həyata keçirilməsi üçün avadanlıqların alınması, quraşdırılması və servis xidmətinin satınalınması” üzrə tender keçirilib. Tenderin qalibi “Merkuri-İ 68” MMC olub. Başqa sözlə, bu istiqamətdə olan xərclərə müəyyən nəzarətin həyata keçirilməsi qərar verilib. Amma 2016-ci ildə də “qazanxanalarda quraşdılımış temperatur və təzyiq sensorlarına internet üzərində məsafədən nəzarət edilməsi” üzrə tender keçirilmişdir. Hesablama Palatasına görə, bunun heç bir effekti olmamışdır.

ASC beynəlxalq mühasibatlığa keçməyib

Xərc istiqamətlərindən göründüyü kimi, şirkət audit xidmətlərinə heç də önəm vermir. Hesablama Palatasına görə, dövlət şirkətində Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmamış və hətta maliyyə nazirliyinin təsdiq etdiyi “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na əməl edilməyərək öhdəliklərin inventarizasiyası tam aparılmamış, bu səbəbdən də iddia müddəti və vaxtı keçmiş debitor və kreditor borcların ləğvi istiqamətində tədbirlər görülməmişdir. Faktiki olaraq, hətta Hesablama Palatası əldə etdiyi hesabatdan şirkətin vəziyyəti və onun öhdəlikləri barədə məlumatı əldə edə bilməyib. Amma bəzi öhdəliklər barədə məlumatı biz "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatından öyrənə bilərik. Belə ki, orada yerləşdirilən məlumata görə, "Azəristiliktəchizat" ASC üzrə 2017-ci ilin mayın 1-nə "Azəriqaz" İB-yə 89,532 mln. manat borc öhdəliyi mövcuddur. Maraqlıdır ki, bu borcun ödənilməsi barədə heç söhbət belə getmir. Belə ki, "Azəristiliktəchizat" ASC-nin nümayəndəsinin sözlərinə görə, eyni vəziyyət 2015-ci ildə baş vermişdir və o zaman, problem hökumət səviyyəsində həll olundu. İndi də, şirkətin zərər ilə işləməsini nəzər alaraq, nümayəndənin sözlərinə görə, bu problem dövlət səviyyəsində həll olunmalıdır.

Beləliklə, ictimaiyətdən bir qədər uzaq olan dövlət şirkətində, Hesablama Palatasına görə, heç normal səviyyədə maliyyə hesabatı da tərtib olunmur. Nəticədə hər il dövlətə 40 milyon manata yaxın zərər dəyir. Maraqlıdır ki, bu zərərin azalması üçün də heç bir addım atılmır. 2017-ci ilin əvvəlində təklif olundu ki, “Azəristiliktəchizat” ASC-yə tariflərdə azadlıq verilsin və eyni zamanda “Azəriqaz” tərəfindən onlara satılan qaz endirim ilə satılsın. Amma bir neçə aylıq danışıqlardan sonra belə bir qərara gəlindi ki, tariflərin müəyyən edilməsində tam azadlıq verilsə, o zaman tariflər birdən-birə kəskin artacaq (deyəsən ASC-yə inam yoxdur). Endirimə gəldikdə isə, “Azəriqaz” məlumat verib ki, qaza olan tariflərin qalxmasına baxmayaraq, onlar əlavə gəlir əldə edə bilməyiblər və buna görə, endirim ilə satmaq məqsədə uyğun deyil. http://opengovernment.az

14 -dən səhifə 46

Əlaqəli xəbərlər