Bakıda məmurların binasında qalmaqal - mənzil fırıldağı, milyonların mənimsənilməsi-FOTO

bina.jpg


 Bakıda dövlət tərəfindən vəzifəli şəxslərə verilən mənzillər ətrafında sensasion qalmaqal yaranıb. Məlum olub ki, binaların komendantları mənzil sahibləri ilə əlbir olub, vətəndaşlardan böyük məbləğlərdə dələduzluq yolu ilə pul alıblar. 

Araz.az-a daxil olan məlumatda deyilir ki, bir mənzil bəzən 10-15 adama satılıb, təxminən 5 milyon vəsait mənimsənilib. İşin maraqlı tərəfi odur ki, mənzilləri "dövriyyəyə” buraxılan şəxslərin hamısı vəzifə sahibləridir. Zərəçəkənlər iddia edir ki, bu məmurlar komendantlarla əlbir olublar. 
 

Qalmaqal Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) 1993-cü ildə tikintisinə başladığı, İsmayıl Qutqaşınlı 3 ünvanında yerləşən binaya görədir. Belə ki, BŞİH-in keçmiş rəhbəri Rafael Allahverdiyev həmin ildə tikintisinə başlanılan binadan qurumun işçilərinə mənzillər verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamla mənzillərin orderləri bir neçə şəxsə paylanılıb. Bu şəxslər arasında onun özünə yaxın olan şəxslər də olub. Lakin bina tam tikilib qurtarmayıb. Bina üçün ayrılan vəsait tükənibmi, yeyilibmi dəqiq bilinməsə də, yan-yana olan 2 binanın tikintisi biri 4-cü mərtəbədə, digəri isə 7-ci mərtəbədə dayandırılıb. 

Daha sonra binanın tikintisi Mənzil Kooperativi tərəfindən davam etdirilib. Binanın tikintisi başa çatıb və 2000-ci illərdə buradakı mənzillərin satışına başlanılıb. Məsələlər də bundan sonra başlayıb...

 


2016-cı ildə 120 min manat verərək binadan ev alan Ramiz Kazımovun BakuPost-a verdiyi məlumata görə, buradakı BŞİH-in order verdiyi 10 mənzilin ətrafında böyük fırıldaqlar həyata keçirilib. Saxtakarlıq qurbanı olan vətəndaş bildirir ki, evi 2016-cı ildə alıb, tam təmir etdiyi mənzilində yaşadığı 2 ilə yaxın müddətdə heç kim onları narahat etməyib. Lakin ötən il bir nəfər əlində sənədləri ilə birlikdə gəlib qapını döyüb və mənzilin ona məxsus olduğunu deyib: "Biz 2016-cı ildə Mənzil Kooperativinin möhürü ilə, protokolla, maliyyə arayışı ilə, evin sahibinin notariusda təsdiqlənmiş ərizəsi ilə evi almışıq. Təmir etmişik. 2 ilə yaxın da yaşamışıq. Evin elektrik enerjisini, suyunu, bütün kommunal xidmətlərini öz adıma keçirmişəm və elə də ödəmişəm. Ailəmlə qanuni şəkildə də mənzilə qeydiyyata düşmüşəm. Lakin günlərin bir günü bir nəfər qapını döydü və ondan sonra işin üstü açıldı. Məlum oldu ki, bu ev məndən əvvəl 4 nəfərə satılıb. Lakin iş bununla da bitmir. Evin BŞİH tərəfindən order verilmiş sahibi də var: Rafael Allahverdiyevin o vaxt köməkçisi olmuş Mirəyyub Mirsultanov. M. Mirsulatnov ara qarışan vaxt orderi keçirib həyat yoldaşının adına. Yəni ev özünün yox, yoldaşının adınadır”.

R. Kazımov deyir ki, qonşuluğunda yaşayan 10-a yaxın ailə də eyni problemdən əziyyət çəkir: "Binada komendant işləyən 2 şəxs bu 10 evi təxminən 50-55 nəfərə satıb. 5 milyona yaxın pul yığıb. Bu işlərin üstü açılandan sonra isə 1 komendant həbs olunub, digəri isə Rusiyaya qaçmağa nail olub. Evlərin orderli sahibləri isə məhkəməyə müraciət edib. Evlərini istəyirlər. Amma adama deyərlər ki, ev 30 ilə yaxındır verilib, necə olub ki, bir dəfə gəlib evinizlə maraqlanmamısınız? Bu adamların evləri 5-10 nəfərə satılıb, evdə qeydiyyatıyla yaşayan ailələr var, amma bu BŞİH-in keçmiş işçiləri indi çıxıb ortaya və evə iddia irəli sürürlər”.

 

Zərərçəkən iddia edir ki, BŞİH-in sözügedən binadan ev almış vəzifəli şəxsləri komendantlarla əlbir olublar və evlərdən gələn pulları birgə yeyiblər: "Baxın, 2 binada ümumilikdə 110 mənzil var. Amma digər mənzillərlə bağlı heç bir problem yoxdur. Nə fırıldaq olubsa, bu 10 mənzillə bağlı olub. Komendantlar bu qədər özbaşınaydısa, elə digər mənzilləri də 5-10 nəfərə satardı. Amma cürət etmyiblər. Yəni evlərin sahibləri onlara bu cəsarəti verməyib. Digər 10 mənzilin sahibləri isə komendantlarla əlbir olublar. Düşünüblər ki, evi kimə satsalar da, orderli sahibləri bunlardır, əvvəl-axır iddia irəli sürüb alacaqlar. Yoxsa adam 30 il ərzində niyə bir dəfə də olsa öz evinə gəlib baxmasın? Bunlar mənzillərinin açarlarını veriblər komendanta, deyiblər nə istəyirsiniz edin, aramızda bölüşdürək. Hara fırladırsan fırlat, yenə də gəlib bu 1-ci şəxslə komendantın birgə işləməsini göstərir”.

 

R. Kazımov deyir ki, bina BŞİH-in balansında deyil və qurum bu binanı tanımır: "Bina Mənzil Kooperativi tərəfindən alındığı üçün BŞİH də bu binanı tanımır. Ona görə də mənzillərə "kupça” ala bilmirik, qaz çəkdirə bilmirik. Əgər BŞİH bu binanı tanımırsa, qurumun sabiq işçisinin orderi niyə hüquqi əsas kimi götürülür?”

İşlə bağlı məhkəməyə müraciət edilib. Məhkəmə isə mənzillərin orderli sahiblərinin tərəfindən çıxış edir: "Hakim deyir ki, sən 2016-cı ildə bu evə köçmüsən, ondan əvvəlki tarixlərdəki işi qaldıra bilməzsən. O necə olur ki? Bu nə hüquqdur anlamıram. Məhkəməni də "görüblər”, hakim də onların tərəfindədir. Evlərin orderli sahibləri deyir ki, komendant bizə evdə kirayənişin qaldığını bildiriblər. Ayba-ay da 1000 manat pul ödəyirdi bizə. Bəs elədirsə, bu adamlar niyə maraqlanmayıb ki, evində qalan kimdir? Axı biz evi çöldən də təmir etmişik. Təmiri də görmürdü bu adamlar?
 

Məhkəmədə deyirəm ki, əgər siz orderi almısınızsa, bu order üçün pul verilməliydi, o maliyyə arayışını göstərin. Deyir, qəbz yoxdur. Məhkəmə də əvvəlki işləri qaldırmğa imkan vermir, qərar çıxarır. Deyirəm, möhtərəm hakim, evi mənə satan adam burada yoxdur, möhür vuran adam yoxdur, onlar dindirilməyib. Siz necə olur ki, qərar çıxarırsınız? Heç nə demirlər. İş də beləcə qalıb...”

Zərərçəkənlər məsələ ilə bağlı aidiyyəti qurumlara müracət ediblər, lakin bir nəticə hasil olmayıb. (Bakupost.az)

Evi olmayanlara ŞAD xəbər: Prezidentdən vətəndaşlara güzəştli mənzillə bağlı vacib fərman

1518110726_screenshot_2.jpg


 Vətəndaşlara bundan sonra güzəştli mənzilləri Nazirlər Kabineti tərəfindən veriləcək

Araz.az bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.4-cü bəndində "Agentlik” sözü "Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
Qeyd edək ki, mövcud olan qanunvericiliyə əsasən Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır, mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Agentlik müəyyən edirdi.
Bundan sonra Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçiriləcək və bu məsələyə Nazirlər Kabineti tərəfindən növbədənkənar olaraq, "İnzibati icraat haqqında" qanun ilə müəyyən edilmiş qaydada baxılacaq. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edəcək.sputnik

Prezidentdən məmurlara tapşırıq verdi - Əhaliyə müjdə

1518110726_screenshot_2.jpg


 Bütün hökumət qurumları elə işləməlidir ki..." - Prezidentdən məmurlara tapşırıq

"Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq”.

Araz.az-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. 

O qeyd edib ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılıb. "Əvvəlki illərdə də aparılıb. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıb, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq”.

Dövlət başçısı bildirib ki, bu siyasət artıq öz nəticəsini verib: "Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. Qeyri-neft sektorumuz, iqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaq. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. İlin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək”

Prezident qeyd edib ki, Azərbaycan indi nəhəng enerji layihələri icra edir: "Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olub, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. "Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır. Qeyd etdiyim kimi, "Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur. Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma, eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi də möhkəmləndirir”. APA

Hacıbala Abutalıbovun oğlu İstanbulda 20 milyona hotel aldı - Şok iddia+Fotolar

hacik.jpg


Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov (Yeni adı Abu Bəkr-red) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hoteli alıb.

Araz.az bildirir ki, Türkiyədə vətəndaşlıq statusu alaraq, adını da Abu Bəkr kimi yazdıran Bakı merinin oğlu aldığı otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib.
 
"Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir.
 
Araşdırmalar zamanı Abutalıbovun Türkiyədə biznesini genişləndirməsi ilə bağlı daha maraqlı məlumatlar üzə çıxıb.
 
Belə ki, turizmgaztesi.com-un yazdığına görə, Əbu Bəkr Talıbov "Ajwa” markası ilə ikinci otelini də Kapadokya’da açacak. (gununsesi.info)
 

Anasından xanım deputat Sona Əliyeva şok itthamlar – “Bütün mal-mülkü ələ keçirdi”

1517998819_sona-eliyeva.jpg


 "Mənim ailəm, mənsub olduğum nəsil Şəmkirdə yüksək dəyərlərə malik tanınmışlardandır. Əminəm ki, bugünə qədər qazandığım nailiyyətlərdə genin də rolu var”

Bunları 99 saylı Şəmkir kənd Seçki Dairəsini Milli Məclisdə təmsil edən Sona Əliyeva müsahibələrindən birində deyib.

Xanım deputatın bu fikirlərini xatırlatmağımız təsadüfi deyil. Məsələ ondadır ki, S.Əliyevanın öz ailəsi, nəsli haqda yuxardakı fikirləri söyləyərkən, qeyri-səmimi olduğunu göstərən çox ciddi faktlar ortaya çıxıb. Belə ki, bu gənc deputatın heyrət doğuran bəzi hərəkətləri onu öz doğmaları – anası və qardaşları ilə üz-üzə qoyub, iş hətta məhkəməyədək uzanıb.

Araz.az xəbər verir ki. S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub. Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən S.Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib.

İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edib, onu evindən qovub. Millət vəkilinin gözüyaşlı anası Bəşirə xanım Əliyeva “AzPolitika.info”ya müraciət edərək, bütün bunlar haqda ətraflı danışıb. “Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib” – deyə, Bəşirə xanım deputat qızından şikayətlənib.
Anasından xanım deputat Sona Əliyeva şok itthamlar – “Bütün mal-mülkü ələ keçirdi”
Milli Məclisin ən gənc deputatlarından birinin həm qanunlara, həm də milli mentalitetə zidd hərəkətləri ilə bağlı araşdırmanı yaxın saatlarda oxuya biləcəksiniz.
Realliq.net 

 

15 -dən səhifə 46

Əlaqəli xəbərlər