Asan Xidmət niyə çətin iş görür? – QANUN SÜRÜNDÜRÜLÜR

1517847507_e.jpg


 Asan Xidmətdən tələb edilmiş, evə elektrik xətdi çəkilməsi üçün, yaşam haqda kənd sovetindən arayış və evin kadastr planını 01.02.2018-ci il tarixdə bu xidmətin Bakıxanovda yerləşən bürosuna təqdim etmişəm. 03.02.2018-ci il tarixdə Azərişığın Suraxanı rayon bölməsi tərəfindən evə baxış keçirilib və yenidən AX-də pulu ödənildikdən sonra evə elektrik xətdi çəkiləcəyi bildirilib. 4 fevralda (bazar günü) AX-ə müraciət etdim, cavabımda bildirildi ki, Azərişıq imtina verib, araşdırılacağını, sabah yaxınlaşmamı bildirdilər. 05 fevralda bir daha AX- ə müraciət etdikdə, guya imtina səbəbi kimi bir ünvanda 2 evin olmasının göstərildiyi bildirildi... Qəribədir, deyilmi?...

Sosial xidmət qurumları tərəfindən əhalinin süründürməçiliyə məruz qalmaması məqsədilə, Prezidentin fərmanı ilə Asan Xidmət qurumu yaradılıb. Bu qurum tərəfindən əhalidən alınmış yaşayış yerindən arayış və kadastr görüntüsündən əlavə, Azərişıq Suraxanı rayon şöbəsi tərəfindən evin kupçası, evin ayrılma sənədi, torpaq sənədi, hər hansısa bir sənədin tələb edilməsi qanuna ziddir, əhalinin dövlətdən narazı salınmasına cəhddir, Prezidentin tutduğu kursa tüpürməkdir, vətəndaşları qarşıdurmaya təhrik etməyə, ölkəni xaosa sürükləməyə cəhddir...

Bu dövlətə və dövlətçiliyə xidmət edən görəv sahiblərinin təcili müdaxiləsini gözləyir vətəndaş. 25 yanvardan bu günədək işığı, qazı, suyu kəsilmiş övladımın Azərbaycan vətəndaşı olduğunu və Prezidentin onun da hüquqlarını qoruyacağına, Qurana əl basaraq, and içdiyini burdan aidiyyatı qurumlara duyurmaq istəyirəm.

Süleyman Məmmədli

Nazirliyin şöbə müdiri ilə müəssisə direktoru korrupsiyada ittiham olunur – Beyləqandan vitse-prezidentə sensasion Şikayət

images-2.jpg


 Son illər Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. Xüsusən turizm və kənd təsərrüfatı sahələrinə dövlətin tətbiq etdiyi vergi güzəştləri və subsidiyalar bu sahələrdə çalışan insanlara ciddi dəstək verməkdədir. Ancaq təəssüflər olsun ki, kənd təsərrüfatı sektorunda hələ də ciddi problemlər qalmaqdadır. Kənd təsərrüfatı sektorunda bəzən müəssisə rəhbərləri strukturun yuxarı instansiyalarında çalışan məsul şəxslərlə əlbir olaraq dövlətin mal-mülkünü talan edirlər. Bu cür neqativ hallardan biri də Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verib. Bir qrup Beyləqan rayon sakini-İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlu qarşılaşdıqları haqsızlıq və qanunsuzluqlara, korrupsiya hallarına göz yuma bilməyərək Qlobal.az-a müraciət edib.

 
 
Çərkəz Şirinov
 
Saytımız vasitəsilə birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən Beyləqan rayon sakinləri ölkənin ən böyük aqrar müəssisələrindən biri olan Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verən korrupsiya hallarından danışırlar.
 
Şikayətçilər yazırlar:
 
“Hörmətli Mehriban xanım!
 
Yazaraq Sizə bildiririk ki, 2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda “Xətai” adına MMC ilə “Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi yaradılmışdır. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə direktor ləğv olunmuş “Xətai” MMC-nin rəhbəri Çərkəz Şirinov təyin edilmişdir. Həmin gündən biz “Dostluq” MMC-nin içilərinin qara günləri başlamışdır. Birləşmə zamanı direktor təyin olunan bu adam təyin olunduğu  gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, “Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri işdən çxartmışdır.
 
Dəfələrlə şifahi və yazılı müraciət etsək də, Çərkəz Şirinov bizə “sizi işə götürməyəcəm, əlinizdən gələni edin” deyir. Biz dəfələrlə Kənd Təsərrüfatı nazirliyinə müraciət edərək ləğv olunmuş müəssisələrin hüquqi varisinin yeni yaradılmış müəssisə olduğu üçün bizlərin də orada işləməli olduğunu bildirmişik. Lakin Çərkəz Şirinovun kənd təsərrüfatı nazirliyindəki havadarı, tələbə yoldaşı, ailə dostu, nazirliyin idarə rəisi Tofiq Qocayev bu məktubların nəticəsiz qalması üçün əlindən gələni edir”.
 
Şikayətçilər daha sonra bu müəssisədə vergidən yayınma hallarının və “pripiska”nın olduğunu qeyd edirlər.
 
“Bu iki şəxs birləşərək yeni yaradılan idarənin gəlirlərini mənimsəməklə məşğuldirlar. Belə ki, yarandığı gündən 500 hektar taxıl, 650 hektar pambıq, 200 hektara yaxın yonca sahəsi, dövlət dəstəyi ilə alınan yüz minlərlə manat subsidiya əlinin altında olan Çərkəz Şirinov heç bir qanunları tanımır, orta təhsilli baş mühasiblə bu vəsaitləri saxta yollarla mənimsəməklə məşğuldur.
 
Cənab Prezident və Siz gecə-gündüz demədən çalışaraq dövlət büdcəsinin artması üçün çalışırsınız. Lakin bu şəxslər dövlət vergisindən yayınır, DSMF-na hesabat vermirlər. Bütün bunlar haqqında lazımi yerlərə məlumat vermişik”.
 
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçilər müəssisə direktoru ilə nazirliyin şöbə müdirinin mütəşəkkil formada müəssisəni necə talan etdiklərinə də aydınlıq gətirirlər.
 
“Hörmətli Mehriban xanım!
 
Bu təsərrüfat həm də heyvandarlıq təsərrüfatıdır. Bu sahə tamamilə dağıdılmış vəziyyətdədir. Belə ki, il yarım bunda əvvəl komissiyanın iştirakı ilə təhvil götürülmüş iri və xırda buynuzlu heyvanlar tam yararlı olduğu halda Çərkəz Şirinov havadarının dəstəyi ilə heyvanları çıxdaş adı altında sataraq 3-4 kq ətin qiymətinə sənədləşdirmişdir. Bütün bunlara nəzarət etməli, qarşısını almalı olan Tofiq Qocayev isə bu cinayətə “göz yumur”. Yəqin ki, marağı qarşısında.

Taxılın Respublika üzrə göstəricisi 30-35 sentner olduğu halda 18 sentner, pambığın 20-30 sentner olduğu halda 12 sentner, hər 100 baş qaramaldan 100 başa bala alındığı halda 30 bala, hər yüz qoyundan 80 bala alındığı halda 25-30 bala alan Çərkəz Şirinov yerdə qalan vəsaitləri mənimsəmişdir.

 
Bu direktorun özbaşınalıqlarını bir məktubla tam əhatə etmək mümkün deyildir. Bəlkə Siz bu adama qanunların başa salınması üçün tapşırıqlar verəsiniz.
 
Sizdən artıq dərəcədə xahiş edirik bizim hüquqlarımızın bərpasına və Çərkəz şirinovun qanunsuz fəaliyyətinin araşdırılmasına tapşırıqlar verəsiniz”-deyə, şikayətçilər qeyd edir.
 
Redaksiyadan: Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az

"Gündəm Xəbər" -ə təzyiqlər davam edir - Qəzetin çapına qadağalar qoyuldu

1517939806_020600007435.jpg


 "Azərbaycan" Nəşriyyatı fevralın 6-da "Gündəm Xəbər" qəzetinin redaksiyası ilə icarə müqaviləsini birtərəfli qaydada ləğv edib. Beləliklə, redaksiya qəfildən küçədə qalıb.

2 nin nüsxə tirajla çıxan bu tənqidçi qəzetin təsisçisi və baş redaktoru Şirin Cəfərli Turan-a bildirib ki, o, icarə müqaviləsinə xitam verilməsi haqqında bildiriş almayıb və son anda məlumatlandırılıb.

Redaktorun sözlərinə görə, formal bəhanə nəşriyyata 800 manatlıq borc olub.

"Nəşriyyatda fəaliyyət göstərdiyimiz 8 il ərzində vaxtaşırı borclar yaranırdı, amma biz onları ödəyirdik. Müqaviləni birtərəfli ləğv etmək üçün bəhanəni qəbul edə bilmərik, belə ki, o, siyasi xarakter daşıyır", deyən redaktor qeyd edib ki, nəşriyyatda borcu olan icarəçilər az deyil, onları heç kim küçəyə atmır.

Cəfərlinin fikrincə, müqavilənin ləğv edilməsinə fevralın 5-də "Gündəm Xəbər" qəzetində dərc edilmiş prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqidi məqalə səbəb olub.

Nəşriyyat Prezident Administrasiyasının tabeliyindədir və mənim cəzalandırılmağım haqqında tələb yalnız oradan daxil ola bilərdi, deyə redaktor bildirib. Realliq.net

Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçiriləcək – Qərar verildi

2018-02-05-12-06-54701517819285.jpg


 Azərbaycan jurnalistlərinin növbəti VII qurultayı keçiriləcək. Bu gün Azərbaycan Mətbuat Şurası(MŞ) İdarə heyətinin yığıncağında qərar qəbul olunub. 

Araz.az xəbər verir ki, növbəti qurultayın təşkili üçün işçi qrup yaradılıb. MŞ idarə heyəti üzvləri qurultayın təşkili üzrə işçi qrupuna seçilib. Bu barədə yığıncaqda MŞ sədri, millət vəkili Əflatun Amaşov məlumat verib. 

O qeyd edib ki, jurnalistlərin növbəti qurultayı 2018-ci ilin martın birinci on günlüyündə keçirilməsi nəzərdə tutulub. MŞ haqqında nizamnamənin tələbinə uyğun keçirləcək, idarə heyətinin yeni üzvləri seçiləcək. Və qarşıda duran vəzifələr müzakirə olunacaq. Sherq.az

SON DƏQİQƏ XƏBƏRİ: İlham-Fərizə ailəsində ağır itki-İlhamın anası dünyasını dəyişdi

ilham-ve-ferize.jpg


20 Yanvar şəhidi İlham Allahverdiyevin anası Ofeliya Allahverdiyeva vəfat edib.

Şəhidliyin zirvəsində qərarlaşan İlham- Fərizə ailəsinə ağır itki üz verib. İlham Allahverdiyevin anası dünyasını dəyişib.

Araz.az bildirir ki, bu barədə Qaziler.az saytına İlham Allahverdiyevin ailəsindən məlumat verilib.

Araz.az-ın kollektivi mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir və Allahdan səbr diləyir.

Allah rəhmət eləsin!

ilham_anasi2.jpg

 

16 -dən səhifə 46

Əlaqəli xəbərlər