Azərbaycanın ən tolerant kəndi: din, dil, milliyyət əngəli yoxdur

413272254.jpg

Gürcü qadın: "Mən müsəlman kişini sevdim və onunla evləndim, peşman deyiləm"

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

 

Qax rayonunun Qımır kəndini tolerant kənd adlandırsaq, heç də yanılmarıq. Kənddə yarandığı vaxtdan bu günə kimi müsəlmanlarla xristianlar birlikdə yaşayıblar.

Araz.az xəbər verir ki, Yaşlı kənd sakin Arçil Papiaşivili Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, gözünü açandan bu kənddə müsəlmanlarla xristianları birlikdə mehriban yaşayan görüb: "84 yaşım var. Həmişə gürcülərlə azərbaycanlılar dost olublar bu kənddə. Xeyrimizdə də, şərimizdə də bir olmuşuq. Bayramlarımızı bir yerdə qeyd etmişik. Müsəlmanlar Pasxada bizə gəlirlər, biz də Novruzda, Ramazanda onlara qonaq gedib bayramlaşırıq".

Qax rayonunun Qımır kəndi
Qax rayonunun Qımır kəndi

"Dinlər insanları birləşdirmək üçün yaranıb, ayırmaq üçün yox" — deyən Papiaşivili insanları bir olmağa səsləyir: "Hər birimizi Allah yaradıb, müsəlmanı da, xristianı da. Dini ayrı-seçkilik insanlar arasında nifaq salır. Mən bütün insanları kəndimizin sakinləri kimi görmək istəyirəm".

Çoxlarının qınaq atəşinə tutduğu xristian-müsəlman izdivacı sözügedən kənddə normal qarşılanır. Arçil Papiaşivilinin fikrincə, sevgini dinə qurban vermək yanlışdır: "Qımırda əvvəllər də, indi də müsəlmanlarla xristianlar ailə qurublar. Mən buna çox normal baxıram. Önəmli olan sevgidir".

"Bəziləri buna sərt yanaşanda, mənə qəribə gəlir. Mənim sevdiyim müsəlmandırsa, niyə öz sevgimi dinə qurban verməliyəm? Məgər, bütün dinlər insanlar arasında sevgini aşılamır? Belə olan halda, biz insanlar ətrafdakılara yox, ürəyimizin səsinə qulaq asmalıyıq" — o, əlavə edir.

Gürcü həmsöhbətimiz onların qohumlarının arasında da müsəlmanlarla evlənənlərin olduğunu deyir: "Mənim bir oğlum var. O desəydi ki, filan müsəlman qızını sevirəm, adət-ənənəyə uyğun elçi gedib o qızı oğluma alardım. Qız nəvəm də desə ki, filan müsəlman oğlanı sevirəm, ona da həmin oğlana ərə getməyə icazə verərəm. Amma bir şərtlə ki, onlar da bizim adətlərimizə hörmətlə yanaşsınlar. Belə olan təqdirdə, heç bir problem olmaz".

Arçil Papiaşivili
Digər həmsöhbətimiz Zina Məmmədova (Papiaşivili) isə müsəlman oğlanla ailə həyatı qurub. Zina xanım dini ayrı-seçkiliyi mövhumatçılıq adlandırır: "Mən ateist, yaxud deist deyiləm, amma düşünürəm ki, insanlar dinə o qədər də aludə olmamalıdırlar. Dinə bağlanıb bəzən insanlığı itirirlər. Mən müsəlman kişini sevdim və onunla evləndim. Peşman deyiləm".

"Bəzən mənə sual verirlər ki, "hansı dindənsən?". Deyirəm ki, heç birindən. Bu, insanlara qəribə gəlir. Məncə, insanlar öz eqolarını kənara qoyub mehriban yaşamağı seçməlidirlər. Mənim gəlin gəldiyim ailə müsəlman ailəsidir, mühitidir. Amma mən burada özümü yad hiss etmirəm. Həm xristian, həm də müsəlman adət-ənənəsini öz evimdə yaşadıram" — qadın danışır.

Onu da qeyd edək ki, haqqında danışdığımız kənddə hər kəs gürcü və Azərbaycan dilində mükəmməl danışır. Elə Elmar Abdurrahmanov kimi. Elmar bəy qeyd edir ki, bu kənddə hər kəs bir-birinin dininə, dilinə hörmətlə yanaşır: "Bilirsiniz, din də, dil də ikinci dərəcəlidir. Təbii ki, tolerantlığın da həddi olmalıdır. Mən öz dilimi, dinimi sevirəm. Amma bu ona əsas vermir ki, başqasının dininə, dilinə hörmətsizlik edim".

"Əgər gürcü qızını sevsəniz, onunla evlənərsiniz?" sualına Elmar bəy "bəli, evlənərəm"- deyə cavab verir.

"Dünyanı dinlər deyil, sevgi qurtaracaq" — deyirlər. Ölməz şairimiz Hüseyn Cavid demişkən, "hər kəsin bir eşqi, bir allahı var, mənim tanrım gözəllikdir, sevgidir…".

Neftçala balıqçılarından fəryad: “Azər Cəfərov bizə terror edir…”

ob_ef4edb_an-103400.jpg

Şikyətçilər qeyd edirlər ki, artıq bıçaq sümüyə dayanıb çünki ya onlar ayda 200 manat Azər Cəfərova verməlidirlər, ya da ailəri ac-yalavac qalmalıdır

Araz.az xəbər verir ki, Neftçala rayonunda balıqçılar ağır şəraitdə yaşamalarından və evlərinə çörək apara bilməmələrindən şikayət edirlər. Bir neçə Neftçala sakinin MilliYol-a etdiyi müraciətdə bildirilir ki, onlar Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərovun birbaşa şantaj və terroru ilə üz-üzə qalıblar. Balıqçıların iddiasına görə Azər Cəfərov Kürdə və kanalda icazəli balıq ovu ilə məşğul olmalarına baxmayaraq, Azər Cəfərov orlardan 200 manat tələb edir:

“Bizim başqa yerdən gəlir əldə etmək imkanımız yoxdur. Hamı bilir ki, Neftçala da həyat səviyyəsi də çox aşağıdır. İş yerləri isə demək olar ki, yoxdur.Ona görə də balıq ovlayıb ailələrimizi dolandırmağa çalışırıq. Lakin Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov bizim ailərimizə, uşaqlarımıza çöörək pulu aparmağımıza imkan vermir”, deyə şikayətçilər MilliYol-a bildiriblər.
 
Şikyətçilər onu da qeyd edirlər ki, artıq bıçaq sümüyə dayanıb çünki ya onlar ayda 200 manat Azər SCəfərova verməlidirlər, ya da ailəri ac-yalavac qalmalıdır. Bildirilir ki, Azər Cəfərovun “pul yığan əli” olan Anar Babayev onları açıq şəkildə terror edir. Bu isə artıq dözülməz hal yaranıb. Bu məsələ ilə bağlı Neftçalada hər gün hansısa  bir hadisə baş verir. Balıqçılardan kim aylıq pul vermirsə həmən adam döyülür, söyülür və həbslə hədələnir.
 
Qeyd edək ki, bir neçə gün əvvəl dövrü mətbuatda Nəqliyyatda Baş Polis İdarəsinin Su nəqliyyatında polis idarəsinin Neftçala şöbəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar Babayevin Neftçala rayon Kürqarabucaq kənd sakini Əhmədağa adlı vətəndaşı öz evinin yaxınlarında Kür çayından balıq ovlayarkan tutaraq zorla öz mülki (niva) maşınlarına basıb aparıblar. Məlumatı verən mənbənin sözlərinə görə, rəis Azər Cəfərov balıqçıdan 200 manat məbləğində pul tələb edib. Onunla razılaşmayan rayon sakini Əhmədağa  adlı vətəndaşı zorla maşına basıb Bakı şəhərinə yola çıxıblar. Lakin maşını idarə edən Anar Babayev sürət həddini aşaraq maşını çevirib, nəticədə Anar Babayev və Əhmədağa  adlı vətəndaş ağır yaralanıb. http://europanews-ch.over-blog.com

“200 manat birdəfəlik, 25 manat aylıq”: 254 saylı bağçaya qəbul qaydaları – VİDEO

1517569278_51556e1a-bc12-4bfc-a2b1-09c3df5651d2.jpg

Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin bu mövsümdə Milli Məclisdə müzakirəyə çıxarılacağı ehtimalı var. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bir müddət əvvəl xəbər vermişdi.

Əslində yeni bir qanun layihəsinin müzakirəyə çıxarılması ictimai zərurətdən qaynaqlanır. Bu gün məktəbəqədər təhsil müəssisələrində müşahidə olunan neqativ hallar cəmiyyətin bütün təbəqələrində narazılığa səbəb olub. İstər uşaqların bağçalara qəbul proseslərində, istərsə də bağçalarda verilən təlim-tərbiyyə baxımından ciddi nöqsanların olduğu hər kəsə məlumdur.

Məktəbəqədər təhsil müəssisələrində zamanla ayaqlaşmağı bacaran, müasir tələblərə cavab verən, innovativ metodları fəaliyyətində tətbiq edən, mütəmadi olaraq öz üzərində çalışan, valideyn və uşaqlarla ünsiyyət qurmağı bacaran, kompeteniyalara malik tərbiyəçilərə böyük ehtiyac vardır.

Sirr deyil ki, məktəbəqədər təhsil müddətində rüşvət vermə halları ilə qarşılaşırıq. Hər ay 60 manat, qəbul olanda isə 300 manat ödənir. Axı niyə? Dövlət baxçalarının ehtiyacları dövlət hesabına təmin olunur. Bütövlükdə neqativ hallar çoxdur. İlk növbədə uşaq baxçaları Təhsil Nazirliyinin səlahiyyətlərinə verilməlidir. Bağçalara seçilmiş müəllimlər sırf mütəxəssislər olmalıdır. Cəzalanma metodu tətbiq olunmalıdır. 2-3 nəfər bağça işçisi cəzalandırılsa, digərləri də rüşvət almaqdan çəkinərlər.

İctimai qınağın olmaması və mətbuatın passiv mövqe tutması rüşvət hallarının artmasına şərait yaradır. Bunun ancaq bir mübarizə forması var: ictimai qınaq, valideynin dirəniş göstərməsi. Təəssüflər olsun ki, bu bizdə çatışmayan cəhətdir. “Ver” deyənə “Nə üçün verməliyəm” sualını verən yoxdur. Belə hallara ictimaiyyət reaksiya vermir, mətbuat passiv mövqe tutur. Müşahidələr göstərir ki, əmrlər, sərəncamlar bu neqativ halların qarşısını ala bilmir, əksinə, rüşvət amilinin miqdarı daha da artır”.

Araz.az xəbər verir ki, Azerinfo.az əməkdaşları bəzi bağçalarda bu mövzu ilə bağlı araşdırma aparıblar. Özünü valideyn qismində təqdim edən əməkdaşımıza 254 saylı uşaq bağçasında açıq-aşkar deyiblər ki, uşağı bağçaya qoymaq haqqı 200 manatdır, üstəlik hər ay 25 manat. Dediklərinə görə pulun hamısı özlərinə qalmır, “yuxarılarla” bölüşürlər.

Təqdim etdiyimiz videolarda bunlara baxa bilərsiz. Məsələ ilə bağlı dayələrin yuxarı instansiya dedikləri , bağçaların tabe olduğu quruma- “Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi”nə zəng etdik. Eldar Yunusova məsələ ilə bağlı məlumat versək də, heç bir cavab ala bilmədik.

Daha bir məqam- bağçanın qapısının üstünə “BAXÇA” yazan müəllim və tərbiyəçilər uşağa hansı təhsili, biliyi verə bilər? Hələ özləri hərifləri düz yaza bilmirlər.

GÜRZƏ-1: Azərbaycan analoqu dünya silahlanmasında – ARAŞDIRMA (FOTOLAR)

_20180130_164143_1517316510.jpg

20-ci əsrin əvvələrində meksikalılarla Panço Vili ərazisində döyüşən amerikalıların yüksək atəş gücünə və sürətli silah sisteminə ehtiyacları yarandı. Həmin ərazidəki qoşunların komandiri general Perşinqin əlində zirehli texnikalar olmadığına görə, qərargaha aid 1914-cü il buraxılışlı “Overland” avtomobilinin üzərinə M1909 pulemyotu quraşdırılmasına göstəriş verdi. Az sonra eyni metoddan ingilislər türklərə qarşı Fələstində istifadə etdilər: “Ford-T” üzərinə “Luis” pulemyotu quraşdırdılar. 

 

İndi dünyanın barıt qoxusu gələn istənilən nöqtəsində “silahlı” fermer pikaplarına rast gəlmək mümkündür. Hərbçilərin pikaplara meylli olmasının səbəbləri kifayət qədər anlaşılandır: avtomobil zirehli texnikaların təchiz edildiyi silahların ekvivalentində atəş gücünə malikdir, bu silahlar qısa zamanda digərləri ilə əvəz oluna bilir, artilleriya və aviasiya zərbələrindən yayınmaq onlar üçün asandır, manevr və maneə dəf etmək imkanları yüksəkdir, daha səssizdir, 20-yədək şəxsi heyəti və ya tonlarla sursatı daşımağa qadirdir, təmir üçün texnikanı xüsusi hərbi təmir bazalarına təhvil verməyə gərək yoxdur və s. Normal şərtlərdə zirehli texnikaları əvəz edə biləcək silahlı pikaplar bölmələri dəstəkləməklə yanaşı, xüsusi təyinatlı bölmələrin spesifik tapşırıqlarını yerinə yetirmək üçün də əvəzedilməz vasitədir. Bütün göstərilənləri nəzərə alaraq digər ölkələrlə yanaşı Azərbaycan Müdafiə Sənayesi də kəşfiyyat patrul avtomobillərinin istehsalı ilə məşğul olmağa başladı. Baza olaraq dünyada “Toyota”dan başqa “Land Rover”, “Renault”, “Rheiinmetall” və “Ford” konsernlərinin pikaplarından istifadə olunur. Əvvəlcə Azərbaycanın “Toyota”ya üstünlük verməsinin səbəblərini araşdıraq.


Əslində “Toyota” pikaplarına əsl dünya şöhrətini Əfqanıstandakı hərbi əməliyyatlar gətirdi. Kanada hərbçilərinə verilən pikaplar sonradan taliblərin əlinə keçdi. Ən pis istismar şərtlərində belə “Toyota”nın özünü dözümlü, etibarlı və kaprizsiz nümayiş etdirməsi bu markaya qarşı tək Əfqanıstanda deyil, bütün dünyada müsbət münasibətin formalaşmasına səbəb oldu. Dünyada ən möhkəm lonjeron quruluşuna malikdir. Əlavə olaraq “Avro NCAR” standartlarına görə bu model ən yüksək təhlükəsizlik standartına sahibdir. Belə bir performansa malik pikapın Azərbaycanlı silah mütəxəssisləri tərəfindən xüsusi nəqliyyat vasitələri üçün baza seçilməsi təsadüfi deyil.

Xüsusi təyinatlı nəqliyyat vasitələri kəşfiyyat, patrul, nəzarət xidmətini və döyüş əməliyyatlarında birbaşa iştirak etmək funksiyalarını yerinə yetirir. Başqa dillə desək, silahlı pikaplar “vur-qaç” taktikasını həyata keçirmək üçün ideal vasitə hesab olunur. Bu metodla zərbə endirən düşmənə qarşı əks-kəşfiyyat mübarizəsi aparmaq üçün XTQ və çevik hərəkət bölmələri də daha müasir kəşfiyyat patrul maşınları ilə təçhiz olunmalıdır. 


Afrika, Asiya və Avropanın müxtəlif bölgələrini əhatə edən döyüş əməliyyatlarının müxtəlif sahələrində əməliyyatlar aparmaq üçün çox sayda xüsusi təyinatlı zirehli pikaplardan istifadə olunur. 

Xüsusi əməliyyatlar üçün nəzərdə tutulan maşınlar müştərinin xüsusi tələblərinə cavab verməlidir. Bu tələblər həmin maşınların istifadə olunacağı əməliyyat rayonunun coğrafi relyefi, iqlim şərati, yerinə yetirəcəyi tapşırıqlara görə dəyişə bilər. 4x4 təkər, bəzən də 6x6 formulasına malik xüsusi təyinatlı maşınlar XTQ, dəniz piyadaları, sərhəd qoşunları və daxili qoşunlarda istifadə oluna bilər. Bu texnikalara qarşı sürülən tələblər arasında yüksək manevr və sürətlə yanaşı müxtəlif silah və müdafiə sistemləri də yer ala bilir. Müxtəlif təyinatlı çoxsaylı xüsusi maşınlar mövcuddur. Bu dəfə xüsusi təyinatlı zirehlı maşınlar barədə məlumat verəcəyik.


Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun mütəxəssisləri tərəfindən yaradılan patrul maşını barədə ilk məlumat ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində verilib. “Toyota HILUX 12” modelinin bazasında hazırlanan “Gürzə-1” taktiki kəşfiyyat patrul maşını 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir. Ekipaj sürücü və komandir daxil olmaqla 5 nəfərdən ibarərdir. Arxa hissədə yerləşən silahları əlavə 2 nəfər atıcı idarə edir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12,7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 45 dərəcə bucaq altında firlana və 10-45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 2 ədəd 7,62 mm çaplı pulemyot və bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. 12,7 mm-lik pulemyot üçün 300 ədəd, 7,62 mm çaplı pulemyot üçün isə 3000 ədəd mərmidən ibarət döyüş dəsti nəzərdə tutulur. Avtomobildə quraşdırılan 7,62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür. KN-A markalı kollimator və SPP-M optik nişangahlar silahlardan günün istənilən vaxtında dəqiq atəş aparmağa imkan verir. Yüksək keçicilik qabiliyyətinə malik maşın 144 at gücündə 6 silindirli D-4D dizel mühərrik və 5 ötürücülü mexaniki transmissiya ilə təchiz olunub. Mühərrik, tansmissiya və asqılar əlavə olaraq zirehlə qorunur. Klirens standart modeldən daha yüksəkdir. Əlavə su və yanacaq çənləri mövcuddur. Yanğın əleyhinə sistem avtomatik rejimdə çalışır. 


Maşının digər versiyalarının silahlanmasına həmçinin avtomatik qumbaraatan, tank əleyhinə idarəolunan raket kompleksi kimi atəş vasitələri əlavə və ya əvəz etmək mümkündür. Sifarişə uyğun olaraq gülləkeçirməz zirehli avtomobillər də istehsal oluna bilər.

Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan “Gürzə” adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2013” beynəlxalq müdafiə sərgisində nümayiş olunub. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənib. Bakı Ekspo Mərkəzində təşkil olunan “ADEX 2016” İkinci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində də nümayiş etdirilib.

Hal-hazırda bu tipli kəşfiyyat-patrul maşınlarından Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı bəzi müttəfiq ölkə orduları da müvəffəqiyyətlə istifadə edir.

GDOTS

Uzaq məsafəli və daha yüksək manevr imkanlarına malik yeni kəşfiyyat və döyüş nəqliyyat vasitələrinin axtarışları daim davam edir. 2016-cı ildə 20-dən artıq ölkənin xüsusi əməliyyat qüvvələrinin nümayəndələrinin Vilnüsdə görüşü keçirildi. Görüşdə Silahlı Qüvvələrin, Müdafiə sənayesinin və elmi mərkəzlərin nümayəndələri iştirak edirdilər.


2013-cü ildə GDOTS şirkəti 7 il müddətinə 60 milyom dollar dəyərində 1300 ədəd GMV1.1 maşınlarının təchizatı ilə bağlı USSOCOM-la (ABŞ-ın xüsusi əməliyyatlar komandanlığı) müqavilə imzalayıb. Müqavilə 2017-ci ilin yanvarından başlayaraq hər il 170 ədəd GMV1.1 vasitələrini ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlılarına təhvil verilməsini nəzərdə tutur. Hal-hazırda müqavilənin icrası qrafikə uyğun davam edir. 

GMV1.1 platformasını baza konfiqurasiyası zirehli və zirehsiz modelləri nəzərdə tutur, maşın "Alliant Techsystems" şirkətinin istehsalı olan 30mm MK44 "Bushmaster" topu ilə, üç, dörd və ya yeddi yerlik ekipaj üçün oturacaqlarla və pis hava şəraitinə qarşı qorunma üçün bir açılan tentlə təmin təmin olunur. GMV1.1 avtomobili “Flyer 72 Advanced Light Strike” platformasında icra edilib və CH-47 “Chinook” helikopterlərinin və C-130 “Hercules” nəqliyyat təyyarələrinin yük bölmələrində daşına bilir. GMV1.1 maşınları 2268 kiloqram çəki ilə desant enişindən bir dəqiqə sonra silahları quraşdırılaraq döyüşə hazır olur. Hazırda bu vasitələrlə İtaliya XTQ də maraqlanır.

“Polaris”

Eyni zamanda "Polaris Defence" şirkəti də 5 illik müqavilə çərçivəsində MRZR-2 və MRZR-4 avtomobilləri ilə USSOCOM-u təchiz edən tədarükçüdür. "Polaris" sirkəti bu yaxınlarda həmin avtomobillərin dizel mühərrikləri ilə təchizatı barədə müqavilə imzaladı. 


MRZR-D4 vasitələrini ABŞ-ın dəniz piyadaları Korpusu, USSOCOM və Kanada ordusu alacaq. 

İkiyerli (MRZR-2) və dördyerli (MRZR-4) konfiqurasiyaları mövcuddur. "Polaris" platforması 96 km/saat maksimal sürətlə 680 kq yük apara bilər. Platformalar döyüş tapşırıqlarının tələblərinə uyğun olaraq müxtəlif silah və köməkçi qurğuları qəbul edə bilər. Bunlar V-22 “Osprey” konvertaplanının yük bölməsində, təhlükəsizlik qövslərini qatladıqdan sonra nəql edilə bilər.

"Polaris" şirkəti həmçinin DAGOR (Deployable Advanced Ground Off - inkişaf edən yolsuzluq layihəsi) adlı avtomobilinin Birləşmiş Ərəb Əmirlikləri səhralarında sınaqlarını başa çatdırıb.

DAGOR, CH-47 və CH-53 helikopterlərinin həm yük bölməsində, həm də asılı formada daşına bilər. 1474 kq-lıq faydalı yük daşıma qabiliyyətinə və 3515 kq kütləyə malik olan DAGOR, beş nəfər ekipaj üzvlərini daşıya bilir. Maksimum 805 km məsafəni birdəfəyə qət edə bilir.

"Avstraliya DAGOR avtomobilini sınaqlarını bitirib. Hazırda isə MRZR-D sınaqlarına başlayır.

“SC Group”

Böyük Britaniyanın "SC Group" şirkəti “Defence Vehicle Dynamics 2016” konfransında yüngül kəşfiyyat vasitəsi olan “Light Reconnaissancey Vehicle” (LRV 400) 4x4 modelinin müəyyən qədər yüksək yükgötürmə qabiliyyətinə, uzun məsafə qət edə bilmə və manevr imkanlarına sahib olan 6x6 konfiqurasiyasında variantını təqdim etdi. LRV 400 modelindən LRV 600 konfiqurasiyasına keçmək üçün əsas bazaya əlavə təkər körpüsü və korpusun bir hissəsi əlavə edilir. Bu transformasiya işləri cəmi bir neçə saat çəkir. Nəticədə 1500 kq faydalı yükgötürmə qabiliyyəti 2350 kiloqrama qədər artır. Hər iki variantda avtomobilin eni 1700 mm olaraq qalır ki, bu da onların CH-47 helikopterlərində daşınmasına imkan verir. 


LRV 600 avtomobillərinin texniki xüsusiyyətləri LRV 400 pikaplarının göstəricilərindən ciddi fərqlənmir. 80 litr yanacaq tutumu olan hər iki vasitə 800 km məsafəni birbaşa qət edə, maksimum 160 km sürət toplaya və dərinliyi 0,75 metr olan su maneələrini aşa bilir.

LRV avtomobili Yeni Zelandiya Xüsusi Təyinatlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

Müasir döyüş əməliyyatlarında xüsusi təyinatlıların artan rolunu nəzərə alarsaq, gələcəkdə də bu tip silahlı maşınlara olan tələbatın artacağı gözləniləndir. Bu tip texnikaları məlumatların taktiki səviyyədə operativ toplanması, işlənilməsi və analizi məqsədilə radiokəşfiyyat, döyüşün başlanması ilə 1-ci eşalon hərbi hissələrinin idarəetməsini pozmaq üçün radioelektron mübarizə vasitələri ilə təchiz edilməsi də mümkün variant kimi dəyərləndirilməlidir. Ordu.az

Власть заняла сторону владельца стройкомпании-ВИДЕО

020200007352.jpg

В ночь с 31 на 1 февраля в Насиминском районе Баку сгорел одноэтажный двухкомнатный дом площадью 40 кв м. Один житель дома получил ожоги. Пожар потушен силами МЧС, - сообщает официальный сайт этого министерства.

Пожар произошел примерно в 2 часа ночи на ул. С.Рустамова в доме, владелец которого отказывается покидать свою недвижимую собственность, не соглашаясь с условиями строительной компании Grand Plaza. Дома его соседей разрушены рабочими компаниями, 1 февраля сгорел дом посередине.

B беседе с Turan владелец заявил, что причиной пожара стала неисправная электропроводка. Но соседи погорельца утверждают, что одноэтажный дом подожгли. Утром погорелец встречался с какими-то людьми и стороны о чем-то договорились. А продавщица соседнего магазина сказала на видеокамеру Turan, что незадолго до пожара, ночью, видела двух молодых людей, прохаживающихся рядом со сгоревшим домом.

Место пожара посетил замглавы ИB Насиминского района Гурбан Исмаилов. B тот же день 22 жильца квартала встретились с Исмаиловым в здании ИB района. На встрече участвовал корр. Turan.

Прежде чем отправиться на прием в ИB, жильцы составили коллективное обращение в районную власть с требованием прекратить атаки компании Grand Plaza, демонтировать строительный забор вокруг квартала, прекратить незаконный снос отдельных квартир в квартале, внести ясность в будущее жителей, не знающих полномочий этой строительной компании и уверенных в мошенничестве ее руководства. После настойчивых требований жильцов заявление зарегистрировано в канцелярии районной власти.

Гурбан Исмаилов заверил граждан в законности прав Grand Plaza, с которой ИB района заключило договор на снос старых домов и строительство новых в рамках "Пилотного проекта" правительства, известного в народе как 86-е распоряжение Кабмина от 2016 года. Исмаилов принял недовольство жильцов, жалующихся на умышленное приведение рабочими компании их дома в негодное для жилья состояние, в нарушении их спокойствия строительными работами ("даже в траурный день 20 Января"), но заявил, что ИB района не допустит нарушения жилищных прав граждан. Исмаилов считает, что компенсация в размере 1500 манат за квадратный метр старой жилплощади, плюс минимум 20% добавленной площади в новом доме являются вполне достаточной для обмена старой квартиры на новую.

"Больше полторы тысячи вам никто не даст, несмотря на то, что в некоторых домах стройкомпании выдавали жильцам большую сумму", - сказал чиновник.

По его словам, в "пилотном проекте" предусмотрена полуторатысячная компенсация, при большем размере компенсации "Пилотный проект станет невыполнимым", - сказал чиновник. Этот проект поступил в район из Администрации Президента, выполнение проекта контролируется администрацией, и он обязательно будет исполнен.

Bо вступительной речи представитель жильцов заявлял Гурбанова, они как граждане Азербайджане готовы выполнять любое президентское поручение.

B Насиминском районе в рамках "Пилотного проекта" будет снесено и построено новое жилье 31-й строительной компанией, и количество этих компаний растет. Под снос попадут не только ветхие и аварийные дома, но годные для проживания, "архитектурный облик которых не соответствует требованиям Баку", - уточнил Гурбан Исмаилов. Дома по указанному адресу построены в 1936 году, не аварийные, но как выясняется из речи Исмаилова, облик этого квартала нарушает архитектурный вид столицы и поэтому дома должны быть обязательно снесены.

Утверждения граждан о мошеннической истории Grand Plaza Гурбаном Исмаиловым отметены как несостоятельные, поскольку "ИB района не заключает договора с каждым прохожим".

"Bсю ответственность за обеспечение людей новым жильем ИB берет на себя", - добавил Исмаилов.

Замглавы ИB Насиминского района обещал учесть малозначительные требования жильцов, касающиеся мусора и шума от работы строителей.

Жители квартала покинули районную власть недовольные, считая себя обманутыми, поскольку не получили главного - жить в своем доме им осталось недолго, компенсация недостаточна, а уверенности в достойной замере утерянной квартиры у них нет.

B серии публикаций мы сообщали о борьбе жителей квартала на улицах Х.Алескерова и С.Рустама, Г.Гулиева и Х.Шушинского, отказывающихся подписывать договор о переезде в другие дома, к которому их склоняет указанная компания. Жители выяснили, что компания имеет прямое отношение к бизнесмену, осужденному за мошенничество с продажей квартир парковочных мест в другом доме, в Баку. Бакинцы не доверяют этой компании, боясь остаться без жилья.

Жители отправили жалобы во многие госинстанции. Действенный ответ получен только из подразделения МЧС, работники которой провели проверку на месте и обнаружили нарушение со стороны стройкомпании норм безопасности при строительстве. B официальном письме к Grand Plaza МЧС требует исправить недостатки, в противном случае строительные работы на этом месте будут прекращены.

После получения ответа от МЧС в этом доме произошел пожар...

17 -dən səhifə 46

Əlaqəli xəbərlər