Azərbaycanda kriminal-detektiv janrında yeni film çəkilir-FOTO

26907436_1923778537652172_7483983342653513538_n.jpg

Azərbaycanda “Yalquzaq” adlı yeni kriminal-detektiv janrında bədii filmin çəkilişinə start verilib.

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq çəkilən kino gənclər arasında sağlam həyat tərzinin təbliği, milli-mənəvi dəyərlərimizi aşılmaq və yaradıcı-intellektual gənclərin aşkarlanması və dəstəklənməsi məqsədi daşıyır.

Araz.az xəbər verir ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “MY Prodoction”un birgə əməyi olan film ölkədə Teymur Nəcəfin rejisiorluğu və senarisi əsasında çəkilir.

Paytaxtda cərəyan edən hadisələrin sonu ölkənin mənafəeyinin qorunmasına yönəlib. Film narkotik satışı, insan alveri, silah alveri və antik əşyaların qanunsuz satışı ilə məşğul olan kriminal qrupdan bəhs edir. Bu qanunsuzluğun qarşısını alan dövlətin güc strukturları operativ şəkildə öz bədii əksini tapır.

Qeyd edək ki, Asim Vəliyev bu filmdən əvvəl “Qış tətili” uşaq macəra filmində çəkilib.Film “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin və “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə çəkilib. Filmin çəkilişləri Bakıda, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda və Xaçmaz rayonunun Nabran qəsəbəsində aparılıb. “Qış tətili” filminin baş qəhrəmanları əsasən 8-12 yaşlı uşaq və yeniyetmələrdən ibarət olub. Qala gecəsində çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov uşaq macəra filminin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib, yeni ekran əsərinin balacalar tərəfindən maraqla qarşılanacağına əminliklərini bildiriblər.

26219277_1910982052265154_2831284850433712821_n.jpg

1517485540_1.jpg

26904388_1778049252491300_4410651032781426248_n.jpg

 

 

 

 

 

"Birləşmiş Sukanal" MMC-də 3 min manata imtahan?

1517473792_zakir-qaralov.jpg

Ayaz Sadıqov: "Goranboy "Sukanal" İdarəsinin rəisi Dilqəm Əvəzov imtahan adı ilə aldığı pulu qaytarmır"

Göranboy şəhəri, Elxan Süleymanov küçəsi, ev 11-də yaşayan, Goranboy "Sukanal" İdarəsinin sabiq rəis müavini Sadıqov Ayaz Rəşid oğlu Baş Prokuror Zakir Qaralova ünvanlı şikkayət ərizəsinin surətini "Təzadlar"a göndərib. O, Goranboy "Sukanal" İdarəsinin rəisi Dilqəm Əvəzovdan şikayətçidir. Şikayətə səbəb isə rəisin ondan aldadaraq külli miqdarda aldığı rüşvət məbləğinin indi geri qaytarılmamasıdır.

Şikayətçi ilə əlaqə saxlayıb ərizəsində yazdıqlarını bir daha dəqiqləşdirdik. O, əlavə daha ciddi faktlar verdi və yazdıqlarına məsuliyyət daşıdığını söylədi: "Bu məsələ Goranboy Rayon İcra Hakimiyyətinin də diqqətindədir və icra başçısı ona xəbərdarlıq da etdi, rəis isə pulu qaytaracağına söz versə də, hələ də qaytarmır, mən işsiz və çarəsiz durumda qalmışam…".
Şikayət ərizəsindən sitat: 
"Çox hörmətli cənab Baş Prokuror!

25 avqust 1983-cü ildə Goranboy rayonunda anadan olmuşam. Ali təhsilliyəm. Ailəliyəm, 2 övladım var. 2012-ci il yanvar ayının 13-dən 2016-cı ilin avqust ayınadək Goranboy "Sukanal" İdarəsinin rəis müavini vəzifəsində işləmişəm. İşlədiyim dövr ərzində heç bir xəbərdarlıq belə almamışam, təmiz işləmişəm. Lakin mənə məlum səbəbdən (onu açıqlamağı ayıb bilirəm) idarənin rəisi Dilqəm Əvəzov məni vəzifəmə aid olmayan işlərə göndərirdi. İdarədə daim rəis Dilqəm Əvəzovun təzyiqi altında işləməyə məcbur idim. Çünki himayəmdə xəstə övladım var. May ayında Dilqəm Əvəzovun əlinə fürsət keçdi. Bütün idarələr üçün rəis müavini ştat vahidləri ixtisar olundu və baş mühəndis ştat vahidi ilə əvəz olundu. Mən Dilqəm Əvəzova dəfələrlə müraciət etdim. Hər dəfə başqa işə keçirəcəyini desə də, məni aldatdı. Elə bilirdi ki, mən ona nə isə pislik edəcəm. Çünki o qədər qanunsuz əməlləri var idi ki, o, öz kölgəsindən belə qorxurdu. Axı idarədə nə əməliyyatlar olurdusa, mən bilirdim. Rəis Prezident cənab İlham Əliyevin açılışını etdiyi Murovdağ- Goranboy magistiral su xəttini və şəhərdaxili yeni çəkilmiş su və kanalizasiya xətlərini şəxsi biznesinə çevirmişdir (bu barədə əlavə məlumatlar və sənədli faktları təqdim edəcəyəm). Əhali abonentlərinə pulsuz çəkilməli olan su və kanalizasiya xəttini 300-400 manata, qeyri əhali abonentlərinə isə dövlət rüsumu 305 manat olan halda 800 -1000 manat pul qarşılığında xidmət göstərilir. Strateji obyekt olan Ballıqaya su anbarını istirahət zonasına çevirib, adambaşına 4-5 manat alaraq əxlaqsızlıq yuvasına çevirmişdir və s. İçməli suyu hektarı 20 manatdan əkin sahələrinə aylarca buraxdırır.
Mənim yuxarıda yazdıqlarımın istər foto, istərsə də video görüntüləri mövcuddur, təqdim edə bilərəm. May ayında bildirdim ki, ixtisarımla bağlı İnzibati-İqtisadi Məhkəməsinə gedəcəm və haqqımı tələb edəcəm. Bunu eşidən Dilqəm Əvəzov bir daha məni aldadıb dedi ki, səni texniki təhlükəsizlik üzrə mühəndis göndərirəm. Amma 3000 manat xərci var. Dedi, get, 1000 manat indi gətir, 2000 manatı da təsdiq olunandan sonra gətirərsən. 1000 manata "Göndəriş" vərəqəsi alıb getdim Bakı şəhərinə imtahana. Bakı "Birləşmiş Sukanal" MMC-də imtahan vaxtı çatanda mənə dedilər ki, səni kim göndərib bura? Dərhal Dilqəm Əvəzovun mobil nömrəsinə zəng etdim. Dedi, səni imtahansız qəbul edəcəklər… Və mən bir ay Dilqəm Əvəzovun yanında əməkhaqqısız işlədim. Daha sonra getdim yanına ki, bəs iş nə oldu? Cavabında min bir bəhanələr gətirdi. Daha sonra öz hüquqlarımı qorumaq üçün və gələcəkdə bu yazdığım şikayətləri sübut etmək üçün Dilqəm Əvəzovun səsini telefonuma yazdırdım. Verdiyim 1000 manat pulu ondan tələb etdim. Söz verdi, amma yenə də qaytarmadı. Lakin hələ də pulumu ala bilmədim. 2003 -cü ildən YAP-ın fəal üzvüyəm. Prezidentimə, bayrağıma, torpağıma bağlı bir insanam. Dəfələrlə Baş Prokurorluğa müraciət etdim. Dilqəm Əvəzov bu orqanı da aldatdı. İcra başçısının dəfələrlə qəbulunda oldum. Qəbuldan çıxanda dedi, pulu qaytaracam. Yenə də qaytarmadı.
Yekunda Cənab Prezident İlham Əliyevə müraciət etdim. Lakin korrupsioner məmur olan Dilqəm Əvəzovdan pulumu ala bilməmişəm ki, xəstə övladımı müalicə etdirim. 
Hörmətli Zakir müəllim!
Mən artıq məcbur olub "Təzadlar" qəzeti vasitəsilə şikayətimi ictimailəşdirməli oldum. Düşünürəm ki, nə "Azərsu"da, nə də Baş Prokurorluqda şikayətimi rəhbərliyə çatdırmırlar. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim də milliyətimi araşdırın, o cümlədən Dilqəm Əvəzovun da. Görün, kimin qanından azərbaycanlı qanı axır. Onsuz da bütün Goranboy caamatı bilir ki, mən dövlətimə və millətimə necə bağlı bir insanam. 
Hörmətli "Təzadlar"! Xahiş edirəm, mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırasınız. Sizə inanır və güvənirəm. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm".
Redaksiyadan: bu gün şikayətdə adı hallanan rəis Dilqəm Əvəzovun iş və mobil telefonuna zəng etdik, nəhayət, zəngimizə cavab verdi. Rəisin cavabı:
- Siz gecikmisiniz, bu məsələ ilə Baş Prokurorluq məşğul olub və hüquqi qiyməti verilib... Siz "Azərsu"yun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllıya zəng vurun...
- Rəis, şikayətdə və bizə təqdim edilmiş səs yazısında dostumuz və həmkarımız Anar Cəbrayıllının deyil, sizin keçmiş rəis müavininiz olmuş Ayaz Sadıqovdan külli miqdarda rüşvət almağınız əks olunur, özünüz də səsinizlə bunu təsdiq edirsiniz...

*** 
Şikayətçi tərəfindən redaksiyaya təqdim olunmuş səs yazısını vəs digər sübutları isə prokurorluq orqanlarına göndərəcəyik. Hüquqi qiymətdən sonra bu məsələyə aydınlıq gətiriləcək.

Dil Komissiyasının üzvləri yeni Orfoqrafiya qaydalarına tərəfdar çıxdılar

IMG_313114768642651517316439.JPG

Araz.az xəbər verir ki, son zamanlar Azərbaycan dilinin orfoqrafiya qaydalarının yeni layihəsi ilə bağlı cəmiyyətdə fərqli fikirlər səsləndirilir,  müzakirələr aparılır. Əgər yeni Orfoqrafiya qaydaları tətbiq edilərsə, Azərbaycan dilində 60-dan çox sözün yazılışı dəyişə bilər. Bu da bir çoxlarının narazılığına səbəb olub. Prosesi dilin dəyişilməsi, xarab olması və ya edam edilməsi kimi qiymətləndirənlər çoxdur.

Yeni dəyişikliklər həqiqətən də dilimizin edamına səbəb ola bilərmi?


Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov Modern.az-a
 açıqlamasında deyib ki, səsləndirilən fikirlər yanlışdır:


“Orfoqrafiya qaydaları dili tənzimləyir. Qaydalar dildəki hərc-mərcliyin, sözlərin yazılışındakı qeyri-elmiliyin aradan götürülməsinə xidmət edir. 60 sözü bir qaydaya salmaq dili niyə edam etməlidir ki? Dildə qaydasızlıq, sistemsizlik yaradan amillər dilin edamına səbəb ola bilər. Bəzən qeyri-peşəkarlar məntiqi olmayan fikirlərlə cəmiyyətdə  yanlış rəy yaratmaq, insanları çaşdırmaq istəyirlər. Orfoqrafiya islahatları ilə  bağlı da bu qəbildən olan bir qrup insan yanlış fikirlərin yaranmasına  səbəb olurlar. Bu qaydaların böyük əksəriyyəti oturuşmuş qaydalardır. Sadəcə bir neçə qaydalarda - “əsgər” sözünün “əskər” kimi yazılması, qoşa “y” samitli sözlərin yazılışı ilə bağlı - dəyişikliklər var. Lakin cəmiyyət hər hansı bir elmi prinsipi məntiqli formada təhlil etmək, elmi mütəxəssislərin, dilçilərin rəyini nəzərə almaq əvəzinə, hərə öz düşüncəsi baxımından məsələlərə yanaşır və bu da çaşqınlığa səbəb olur. Düşünürəm ki, 69 maddəli Orfoqrafiya qaydaları  hər kəs tərəfindən diqqətlə oxunsa, ciddi  dəyişkənliyin olmadığını görərlər. Bunların hamısı Azərbaycan dilində sözlərin düzgün  yazılışına xidmət edən prinsiplərdir”.

B.Xəlilov qeyd edib ki, cəmiyyətin hər bir düşüncəsini Orfoqrafiya qaydalarına tətbiq edə bilməzlər:

“Bəzən deyirlər ki, bu islahatlar niyə indiyə qədər edilmirdi? Dil canlı orqanizmdir və o da nə vaxtsa xəstələnə bilər. Dildə də sözlərin yazılışında normalaşma, cilalanma, qaydaya düşmə prosesi hər zaman gedir və gedəcək. Əgər bu gün cilalanma prosesinə ehtiyac hiss olunursa, peşəkarlar bunu həll edirlər. Orfoqrafiya qaydalarını yeniləmək mövcud qaydaların başdan dəyişilməsi demək deyil.   Nəzərdə tutulan islahat əslində 69 maddənin cüzi hissəsini əhatə edən məsələlərdir. Təəssüf ki, bir qism insanlar, daha çox qeyri-peşəkarlar qorxuducu, təhlükəli cümlələrlə rəy yaratmaq istəyirlər. Orfoqrafiya Komissiyasının təqdim etdiyi 69 maddənin hamısı mütəxəssislər tərəfindən müəyyən edilib və burada peşəkarlıq var. Ümumiyyətlə yeniliklərlə bağlı insanlar adətən aqressiya nümayiş etdirir və köhnə vərdişlərindən əl çəkmək istəmirlər. Orfoqrafiya qaydalarını qəbul etməmək xatirinə danışırlar, fikir irəli sürürlər. Amma qeyd etdiyim kimi qaydaları analiz etsələr, ciddi dəyişkənliyin olmadığını görərlər”.

Dövlət Dil Komissiyasının üzvlərindən biri, xalq yazıçısı Mövlud Süleymanlı islahatları normal qiymətləndirir:

“Hər halda islahat hər zaman, hər yerdə yaxşı bir şeydir.  Bu, ağıllı adamların əlində, ümidində olsa, islahatları tətbiq etmək mümkündür. Bizim  məntiqli dəyişikliyə həmişə ehtiyacımız var. Dəyişiklik irəli getmək deməkdir. Necə ki, su axıb özünü təmizləyir, bu da belədir. 60 nədir ki?

Vaxt bizi gözləmir, hər şey zamandan asılıdır. Atalar sözü var: Hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz. Yəni dil problemi çox ciddi məsələdir. Bu baxımdan dil istiqamətində də düşünülməli, iş görülməlidir. Bir yerdə əl-ələ verib nələrsə etməliyik, amma ağıllı şəkildə”.

Yeni “Monopoliya naziri” kimdir?

151023114148_azerbaijan_customs_512x288_azertag_nocredit.jpg

Araz.az xəbər verir ki, Azərbaycan gömrüyündə tətbiq edilən yeni sistemdə həm gömrükçülər, həm də sahibkarlar karlı çıxır və əsasən qaçaqmalçılıq çiçəklənir. Və bu sistem gömrüyün ASAN-laşması üçün də problem yaratmır

Bir müddət əvvəl ölkə mətbuatında "Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri ilə qalmaqallı insident yaşanması ilə bağlı məlumat dərc olunmuşdu. 

Xatırladaq ki, həmin məlumatda bildirilirdi ki, "Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri tərəfdən döyulub. Buna səbəb kimi Əbülfəz Məlikov və adamlarının hesablaşmalarda həmin oliqarxa böyük məbləğdə pul atması göstərilirdi. Belə ki, ölkənin idxal olunan məhsulları üzərində monopoliya qurmuş "Broker Əbülfəz” şərikli işlədiyi adamı uzun zaman ərzində aldadıbmış. Məsələnin üstü açılandan sonra Əbülfəz Məlikova mənimsədiyi vəsaiti qısa müddət ərzində geri qaytarmaq tələb olunub. Amma "monopoliya naziri” bu tələbə əhəmiyyət verməyib. Nəticədə tərəflər arasında baş tutan hesablaşmada Əbülfəz Məlikov və adamları döyülüb və ondan tələb edilib ki, ən qısa zamanda borcunu bağlasın.

Baş vermiş insidentlə bağlı AzMedia.info-ya daxil olan məlumata görə Əbülfəz Məlikovun insident yaşadığı şəxs bu gün Azərbaycan gömrüyündə onu əvəz edən Şamil Heydərovdur. Şamil Heydərovun kimliyinə gəlincə, mənbə AzMedia.info-ya bildirib ki, "Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirib və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr. Hazırda isə Şamil Heydərov Azərbaycanın gömrük sistemində külli-ixiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz. 

Şamil Heydərov bütün gömrük sistemindən Əbülfəz Məlikovu vurub çıxarıb və ikili arasında ciddi problem yaşanmaqdadır. Monopoliyaya aid malların digər sahibkarlar tərəfindən ölkəyə gətirilməsinin qarşısının alınmasına da məhz Şamil Heydərov rəhbərlik edir. 

Şamil Heydərovun Azərbaycan gömrüyündə tətbiq etdiyi yeni sistem isə həm məmurlara, həm də sahibkarlara sərf edir. Çünki yeni sistemdən həm Şaml Heydərov, həm də sahibkarlar karlı çıxır və əsasən qaçaqmalçılıq əiçəklənir. Yəni ölkə büdcəsinə ciddi ziyan vurulur və büdcədən gizlədilən pullar həm sahibkarların, həm də Şamil Heydərovun adamlarının və gömrük işçilərinin gibinə gedir. Ən əsası isə bu sistem gömrüyün ASAN-laşması üçün də problem yaratmır. İnterinfo

Qeyd edək ki, gömrükdə tətbiq olunan və Şamil Heydərovun birbaşa rəhbərlik etdiyi yeni sistem haqqında növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Mənbə: AzMedia.info

Bir azərbaycanlıya 85 min manatlıq sərvət düşür – Xaricilər hesablayıb

9eaf563f474da469b42b79c34303a158_XL.jpg

“Son 20 il ərzində dünyada rifah səviyyəsi yüksəlib, 20-dən çox ölkədə əhalinin müxtəlif qrupları üzrə adambaşına düşən gəlir bu göstərici üzrə azalıb və ya dəyişməyib”.

Araz.az bu barədə Dünya Bankının “Millətlərin Sərvəti – 2018: Dayanıqlı gələcəyin qurulması” adlı hesabatında qeyd olunub.

Hesabatda 1995-2014-cü illər ərzində 141 ölkədə insanların rifah səviyyəsi üzrə göstəricilər yer alıb. Hesabata əsasən, Norveç adambaşına düşən sərvətin dəyərinə görə 1 mln. 614,756 min dollarla birinci, Qambia Respublikası isə 5,208 min dollarla sonuncu pillədə qərarlaşıb.

Azərbaycanda isə 2014-cü ildə adambaşına düşən sərvətin dəyəri 85,341 min dollar təşkil edib. Bildirilir ki, 2014-cü ildə Azərbaycanda adambaşına düşən xalis xarici aktivlərin dəyəri 7,384 min dollara bərabər olub. İnterinfo

18 -dən səhifə 46

Əlaqəli xəbərlər