Yeni “Monopoliya naziri” kimdir?

151023114148_azerbaijan_customs_512x288_azertag_nocredit.jpg

Araz.az xəbər verir ki, Azərbaycan gömrüyündə tətbiq edilən yeni sistemdə həm gömrükçülər, həm də sahibkarlar karlı çıxır və əsasən qaçaqmalçılıq çiçəklənir. Və bu sistem gömrüyün ASAN-laşması üçün də problem yaratmır

Bir müddət əvvəl ölkə mətbuatında "Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri ilə qalmaqallı insident yaşanması ilə bağlı məlumat dərc olunmuşdu. 

Xatırladaq ki, həmin məlumatda bildirilirdi ki, "Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri tərəfdən döyulub. Buna səbəb kimi Əbülfəz Məlikov və adamlarının hesablaşmalarda həmin oliqarxa böyük məbləğdə pul atması göstərilirdi. Belə ki, ölkənin idxal olunan məhsulları üzərində monopoliya qurmuş "Broker Əbülfəz” şərikli işlədiyi adamı uzun zaman ərzində aldadıbmış. Məsələnin üstü açılandan sonra Əbülfəz Məlikova mənimsədiyi vəsaiti qısa müddət ərzində geri qaytarmaq tələb olunub. Amma "monopoliya naziri” bu tələbə əhəmiyyət verməyib. Nəticədə tərəflər arasında baş tutan hesablaşmada Əbülfəz Məlikov və adamları döyülüb və ondan tələb edilib ki, ən qısa zamanda borcunu bağlasın.

Baş vermiş insidentlə bağlı AzMedia.info-ya daxil olan məlumata görə Əbülfəz Məlikovun insident yaşadığı şəxs bu gün Azərbaycan gömrüyündə onu əvəz edən Şamil Heydərovdur. Şamil Heydərovun kimliyinə gəlincə, mənbə AzMedia.info-ya bildirib ki, "Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirib və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr. Hazırda isə Şamil Heydərov Azərbaycanın gömrük sistemində külli-ixiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz. 

Şamil Heydərov bütün gömrük sistemindən Əbülfəz Məlikovu vurub çıxarıb və ikili arasında ciddi problem yaşanmaqdadır. Monopoliyaya aid malların digər sahibkarlar tərəfindən ölkəyə gətirilməsinin qarşısının alınmasına da məhz Şamil Heydərov rəhbərlik edir. 

Şamil Heydərovun Azərbaycan gömrüyündə tətbiq etdiyi yeni sistem isə həm məmurlara, həm də sahibkarlara sərf edir. Çünki yeni sistemdən həm Şaml Heydərov, həm də sahibkarlar karlı çıxır və əsasən qaçaqmalçılıq əiçəklənir. Yəni ölkə büdcəsinə ciddi ziyan vurulur və büdcədən gizlədilən pullar həm sahibkarların, həm də Şamil Heydərovun adamlarının və gömrük işçilərinin gibinə gedir. Ən əsası isə bu sistem gömrüyün ASAN-laşması üçün də problem yaratmır. İnterinfo

Qeyd edək ki, gömrükdə tətbiq olunan və Şamil Heydərovun birbaşa rəhbərlik etdiyi yeni sistem haqqında növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Mənbə: AzMedia.info

Bir azərbaycanlıya 85 min manatlıq sərvət düşür – Xaricilər hesablayıb

9eaf563f474da469b42b79c34303a158_XL.jpg

“Son 20 il ərzində dünyada rifah səviyyəsi yüksəlib, 20-dən çox ölkədə əhalinin müxtəlif qrupları üzrə adambaşına düşən gəlir bu göstərici üzrə azalıb və ya dəyişməyib”.

Araz.az bu barədə Dünya Bankının “Millətlərin Sərvəti – 2018: Dayanıqlı gələcəyin qurulması” adlı hesabatında qeyd olunub.

Hesabatda 1995-2014-cü illər ərzində 141 ölkədə insanların rifah səviyyəsi üzrə göstəricilər yer alıb. Hesabata əsasən, Norveç adambaşına düşən sərvətin dəyərinə görə 1 mln. 614,756 min dollarla birinci, Qambia Respublikası isə 5,208 min dollarla sonuncu pillədə qərarlaşıb.

Azərbaycanda isə 2014-cü ildə adambaşına düşən sərvətin dəyəri 85,341 min dollar təşkil edib. Bildirilir ki, 2014-cü ildə Azərbaycanda adambaşına düşən xalis xarici aktivlərin dəyəri 7,384 min dollara bərabər olub. İnterinfo

Bakı Meriyasında tikinti mafiyası – “Makler” Hacı Ramiz kimdir?

7afa9dd.jpg

Paytaxtın rayonlarında torpaq alıb ev tikmək istəyən vətəndaşlar, o cümlədən Bakıda çox mərtəbəli binalar tikmək istəyən MTK-ların əksəriyyəti işini “aşırmaq” üçün Hacı Ramizə müraciət edirlər.

Araz.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətində uzun illərdir ki, torpaq sahələrinin satılmasında və vətəndaşlara tikinti üçün icazənin verilməsi üçün böyük bir şəbəkə fəaliyyət göstərir. Bu şəbəkə barəsində AzMedia.infoya daxil olan məlumarda bildirilir ki, şəbəkənın illik gəliri 100 milyon manatlarla ölçülür.

Qeyd edək ki, bu tikinti mafiyası ilə bağlı saytımıza daxil olan məlumatları araşdırırıq. Bu günkü yazımızda isə sözü keçən şəbəkənin çox tanımış “makler”lərindən biri olan Hacı Ramizdən bəhs edəcəyik. Saytımıza daxil olan məlumatda qeyd olunur ki, paytaxtın rayonlarında torpaq alıb ev tikmək istəyən vətəndaşlar, o cümlədən Bakıda çox mərtəbəli binalar tikmək istəyən MTK-ların əksəriyyəti işini “aşırmaq” üçün Hacı Ramizə müraciət edirlər. O isə öz növbəsində müəyyən “haqq” hesabına vətəndaşlara “yardım” edir.

Mənbə AzMedia.infoya bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin işçisi olan Hacı Ramiz torpaq və yaxud da tikinti izni almaq istəyən vətəndaşlardan aracılıq üçün 2000 min manat alır. Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkənin pulu isə ayrıca olur. MTK-larla bağlı məsələr isə daha qəlizdir. Bu işlər üçün Bakının Mərkəzi rayonlarında torpaq və tikinti izni almaq üçün Hacı Ramizin “maklerlik haqqı” 20-40 min manat arasında dəyişir. Bəzən isə Hacı Ramiz “maklerlik” fəaliyyəti” üçün 50 min manat tələb edir. MTK-ların Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkəyə verdikləri rüşvət pulu isə milyonlarla ölçülür.

Saytımıza verilən məlumatda vurğulanır ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adından bol-bol istifadə edən Hacı Ramiz, həmçinin vətəndaşları yanında tez-tez hakimiyyətdəki yüksək vəzifəli şəxslərin adını çəkməklə, özünün “dərin” əlaqələrindən danışır.

Məlumatda həmçinin o da qeyd olunur ki, Hacı Ramiz vəzifəsindən və imkanlarından sui-istfadə edərək paytaxtın müxtəlif rayonlarında torpaq sahələri alaraq çoxlu sayda ev tikdirir və daha sonra onları satmaqla da məşğul olur.

Qeyd edək ki, Bakı meriyasında Hacı Ramiz adlı şəxsin kimliyi və vəzifəsi ilə bağlı araşıdrmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.AzMedia.info

Azərbaycanda deputatlar nə qədər maaş alır?

manat-maa-.jpg

Deputatlar tez-tez maaşlarının az olmasıdan şikayətlənirlər.
2018-ci ilin büdcə müzakirələri zamanı deputat Siyavuş Novruzov da, əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif etmişdi.
Bəs, deputatlar nə qədər əmək haqqı alırlar? Həqiqətənmi, onların əmək haqqı kifayət qədər deyil?
Araz.az xəbər verir ki, deputatların maaşı qanun əsasında müəyyənləşir. Milli Məclisin Sədri üçün 2250 AZN nəzərdə tutulur. Millət vəkilləri isə bu məbləğin 70 faizi dəyərində – 1575 AZN məvacib alırlar. Üstəlik deputatlar aylıq vəzifə maaşlarının 50 faizi pul təminatı alır və bu məbləğ üçün vergi tətbiq edilmir. Beləliklə, aylıq deputat maaşı 2362 AZN-a yüksəlir. Nümayəndəlik səlahiyyətlərinin yerinə yetirilməsinə görə isə, il sonunda hər millət vəkilinə 3150 AZN əlavə ödənilir. Əgər millət vəkili təqaüdçü, komitə sədri və ya Milli Məclisin Sədridirsə onun aylıq gəliri 5000 AZN-a çatır.
Azərbaycanda minimum əmək haqqı 130 AZN, yaşayış minimumu isə əmək qabiliyyətli insanlar üçün 183 AZN, təqaüdçülər üçün 144 AZN, uşaqlar üçün isə 154 AZN nəzərdə tutulub. Deməli, iki əmək qabiliyyətli, bir uşaq, bir də təqaüdçüdən ibarət ailənin minimum aylıq ehtiyacı 664 manat kimi hesablanıb.
Sadə bir vətəndaşla müqayisədə, deputatı əlavə xərclərdən xilas edəcək üstünlükləri də var: Deputat ölkə daxili nəqliyyat xərclərindən azaddır, üstəlik xidməti avtomobillə də təmin edilir. Millət vəkillərinin dövlət tərəfindən ev və köməkçi təminatı kimi imtiyazları var. Deputat ildə iki dəfə olmaqla 3500 AZN məzuniyyət pulu da əldə edir.
Bu hesabla məlum olur ki, bir deputatın aylıq təxminən 2500 AZN gəliri var.
Minval.İnfo

69 maddədən ibarət “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın ictimai müzakirəsi necə keçir?

luget.jpg

Təranə Əliyeva: “Bu qədər sözün yazılışında dəyişiklik edilməsi təklifi, layihəsi nizamsızlıq, söz-söhbət, problemlər yaradır”
Elçin Mirzəbəyli: “Yəqin Dilçilik İnstitutu nümayiş etdirmək istəyir ki, biz işləyirik”

Azərbaycan dilinin orfoqrafiyasına dəyişikliklər ediləcəyi ilə bağlı xəbər yayılar-yayılmaz, respublika ziyalıları, ictimaiyyət nümayəndələri tərəfindən narazılıqla qarşılandı. Əksər ziyalılar bildirdilər ki, qəbul ediləcək yeni qaydalar dilimizə ziyan vuracaq. Onu da vurğulayaq ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi artıq media vasitəsilə ictimaiyyətə təqdim olunub.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıblar. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. 69 maddədən ibarət layihədə Azərbaycan və alınma sözlərinin yazılışı təqdim olunub. Yeni layihə ilə tanış olan ziyalılar hesab edirlər ki, bu dəyişikliklərə o qədər də lüzum yoxdur. Sözlərin indiki qayda ilə yazılmasının tərəfdarı olan ziyalılar bildirirlər ki, sözlərin təklif edildiyi qaydada yazılması həm ictimaiyyətdə, həm mətbuatda, həm nəşriyyatlarda, həm də digər sahələrdə xeyli problemlər yaradacaq. Onların fikrincə, bir neçə sözün yazılışına dəyişiklik edilməsi anlaşılandır, ancaq kütləvi olaraq minlərlə sözün yazılışının dəyişdirilməsi problem yaratmaqdan başqa bir şey deyil.

Dilçi Təranə Əliyeva bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan dilində dəyişəcək sözlərin yazılışı ilə bağlı səsləndirlən fikirlərlə, eyni zamanda da “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə tanışdır. Onun sözlərinə görə, layihə ictimaiyyətə təqdim edilib, lakin bir çox ziyalılar, dilçi alimlər təkliflərlə razılaşmırlar. “Mən özüm bir dilçi kimi bu məsələyə həyəcansız münasibət bildirə bilmirəm. Təsəvvür edin ki, bu layihənin müzakirəyə çıxarılması nə qədər insanı həyəcanlandırdı. Bu mənada ki, insanlar bu dəyişikliklərə hazır deyil. Birdən-birə bu qədər sözün yazılışında dəyişiklik edilməsi təklifi, layihəsi nizamsızlıq, söz-söhbət, problemlər yaradır. Bu, istər-istəməz, belə olacaq. 69 maddədən ibarət layihənin hər bəndi geniş müzakirə edilməlidir. Burada elə məqamlar var ki, dilçilər də onları təəccüblə qarşılayırlar. Layihə müəllifləri iş gördüklərini deyirlər, ancaq ictimaiyyəti bu məsələyə hazırlaya bilmirlər.

Düşünürəm ki, yeni qaydalar bənd-bənd ictimaiyyətə şərh edilməlidir. Bilirsiniz, layihədə nəzərdə tutulan məsələlər tətbiq edilərsə, dildə nə qədər hərc-mərclik olacaq. Sözlərin yeni qaydada yazılışı şüurlara yeriyənə qədər çətinliklər yaşanacaq”.

Ekspert, həmçinin, qeyd etdi ki, layihə hazırda müzakirə edilir, lakin alimlərin əksəriyyəti dəyişiklikləri narazılıqla qarşılayırlar.

Təqdim edilən layihədən danışan tanınmış şair-politoloq Elçin Mirzəbəyli də bizimlə söhbətində narazılığını gizlətmədi. E.Mirzəbəyli qeyd etdi ki, bu dəyişikliyin nədən qaynaqlandığı hələ onun üçün aydın deyil: “Tez-tez orfoqrafiya lüğətinə edilən dəyişikliklər ciddi problemlər yaradır. Bu problemlər özünü həm kütləvi informasiya vasitələrinin, həm də nəşriyyatların işində göstərməyə bilmir. Mən bu qədər dəyişikliyin ortaya çıxmasının mahiyyətini anlaya bilmirəm. Hesab edirəm ki, orfoqrafiya lüğətinə, sözlərin yazılışına bu qədər dəyişiklik etmək istəyən Dilçilik İnstitutu və bu qəbildən olan başqa müəssisələr daha vacib bir məsələyə diqqət yetirsələr daha yaxşı olar. Onlar internet üzərindən lüğətlərin hazırlanması ilə məşğul olmalıdırlar. Bu qurumlar daha modern işlər görməlidirlər. Bizim hələ bir dənə də olsun normal internet lüğətimiz yoxdur. Tərcümə lüğətlərinin yoxluğunu yaşayırıq. Halbuki, dünyanın əksər dillərində lüğətlər var, onlar bu sahədə çətinliklərin aradan qaldırılmasına yardımçı olur. Mən onların daha ciddi işlə məşğul olmağını istərdim, ancaq, görünür, dilçilərimiz fərqli düşünürlər”.

E.Mirzəbəyli qeyd etdi ki, indiyə qədər nəşr edilən ədəbiyyat nümunələri, dərsliklər var və əgər nəzərdə tutulan dəyişiklik baş verərsə, bu sahədə də ciddi problemlər yaşanacaq. “Bu məsələyə tez-tez müdaxilə edilməsi, yeni versiyaların ortaya çıxarılması və müzakirə edilməsini anlaya bilmirəm. Yəqin Dilçilik İnstitutu nümayiş etdirmək istəyir ki, biz işləyirik” - deyə E.Mirzəbəyli bildirdi. Bakixeber

19 -dən səhifə 46

Əlaqəli xəbərlər