Kişinyovdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk rəsmi reaksiya barədə -- TELEKANALDA VİDEO-SÜJET

bandicam 2020 10 21 11 15 36 432 Moldovanın "Publika" telekanalında Kişinyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk rəsmi reaksiyası ilə əlaqədar xəbər yayımlanıb. Xəbərdə həmin ölkənin Xarici işlər naziri Oleq Tsulyanın azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərdiyi, həmin məktubda Moldovanın dövlətimizin ərazi bütövlüyünü dəstəklədiyi də qeyd olunur. 
      Bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan xəbərdə deyilir ki, telekanalın həmin süjetində xarici işlər naziri həmçinin Dnestryanı bölgədəki vəziyyətlə Qarabağ münaqişəsinə paralellik gətirərək, hansısa ölkə ərazisində dondurulmuş münaqişənin mövcudluğunun fəsadlarının Moldovaya yaxşı bəlli olduğunu xüsusi vurğulayır. Bundan əlavə, Moldova rəsmisi belə məsələlərin sülh yolu həll olunmasının vacibliyini qeyd edir, beynəlxalq ictimaiyyətin səyləri nəticədində, Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına ümid etdiyini bildirir. 
      Həmin video-süjetlə aşağıdakı linkdə tanış olmaq mümkündür:
 
 
 
Rəşad CƏFƏRLİ,             
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər