Paşinyan xislətini göstərdi: Sülh yolu mümkün deyil

pashinyanBiz gərək başa düşək ki, Qarabağ məsələsi hazırkı mərhələdə diplomatik yolla həll edilə bilməz.

Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Feysbuk səhifəsindən canlı yayım zamanı deyib.

O deyib ki, Ermənistan “qarşılıqlı kompromislə” problemin həllinə hazır olduğunu hər zaman deyib:

“Ancaq təcrübə göstərdi ki, bu təklif Azərbaycan tərəfi üçün keçərli deyil. Bakının bütün strateji taktikası dəyişməz qalır”.

Canlı yayımda, həmçinin Rusiyanın Ermənistana dəstəyi məsələsinə toxunan Paşinyan Moskvanın Ermənistan üçün mümkün olan hər şeyi etdiyini bildirib:

“Biz Rusiyanın Ermənistanın və erməni xalqının strateji müttəfiqi kimi dəstəyini hiss edirik”.

Qeyd edək ki, atəşkəs üçün günlərdir yalvaran və dünya liderlərinə hər gün bir neçə dəfə zəng vuran Paşinyanın münaqişəni dinc yolla nizamlamağa hazır olmadığını açıqlaması İrəvanın faşist siyasətinin növbəti təzahürüdür.

araz.az

Əlaqəli xəbərlər