Ermənilərin Bərdəni raket atəşinə tutması faktına görə cinayət işi başlanıb

ca5c6c67 7c1a 305b ad85 d866e86f044a 850 1

Sentyabrın 27-dən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

Bərdə terrorunun qurbanlarının siyahısı

  1. 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
  2. 1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
  3. 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
  4. 1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
  5. 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
  6. 1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
  7. 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
  8. 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
  9. 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
  10. 1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
  11. 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
  12. 1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
  13. 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
  14. 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
  15. 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
  16. 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
  17. 1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
  18. 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
  19. 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
  20. 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
  21. 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)

Əlaqəli xəbərlər