“20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi layihəsini uğurla yekunlaşdırdı

QHT Shurasi 

Layihənin əsas mahiyyəti koronavirus pandemiyasının Bakı şəhərində yaşayan şəhid ailələri və əlillərin sosial vəziyyətinə mənfi təsirini araşdırmaq və onların sosial stabilliyinin təmin edilməsinə yönəldilmiş tədbirlərin görülməsidir. Layihənin effektli olması və daha çox aztəminatlı şəxsləri əhatə edə bilməsi üçün həssas qruplar hesab edilən şəhid ailələri və əlilləri əhatə etmişdir.

  “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Koronavirusala mübarizəyə dəstək!” adlı layihəsini icra etmişdir. Layihənin əsas məqsədi koronavirus pandemiyasının əhalinin aztəminatlı təbəqəsində yaratdığı sosial problemlərin həllinə yönəlik ərzaq tədarükünün görülməsi olmuşdur.

 Layihə çərçivəsində Bakı şəhərində yaşayan və əsasən 20 Yanvar şəhid ailələri və əlillərdən ibarət olan aztəminatlı əhali kateqoriyası hesab edilən 40 (qırx) aztəminatlı ailəyə 50 (əlli) manat dəyərində kuponlar paylanılmışdır. Layihənin icrası zaman karantin reimi tələblərinə, sosial məsafə və digər sanitar-gigiyenik qaydalara əməl edilmişdir. Turkustan.info

Əlaqəli xəbərlər