Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...

307747
 
Azərbaycan təcavüzkar ölkədən yalnız 30 illik işğalçı əməliyyatları nəticəsində dövlətimizə, xalqımıza vurduğu ziyana görə ödəyəcəyi təzminatı qəbul edə bilər...
İşğalçı Ermənistan Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə zidd olan daha bir  həyasız addım atıb. Terrorçu ölkənin paytaxt meriyası Xankəndinin bərpası üçün təxminən 200 min dollar ayırıb.
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  İrəvan merinin müavini Sergey Nersisyan  paytaxt rəhbərliyinin “gələcəkdə də kömək etmək niyyətində olduğunu qeyd edərək” Xankəndinə yardım üçün vəsaitin yönləndirilməsi təklifi ilə çıxış edib. 
Bundan sonra İrəvanın erməni “ağsaqqal”lar şurası çərşənbə axşamı - noyabrın 24-də  Xankəndinin  bərpası üçün şəhər büdcəsindən 100 milyon dram (təxminən 200 min dollar) ayrılmasına qərar verib.
P.S. Əvvəla, Xankəndidə ermənilər sülənsə də,  bu, hüquqi-tarixi Azərbaycan şəhəridir və dövlətimiz öz şəhərini abadlaşdırmaq üçün kiminsə tulapayına qalmayıb İkincisi də, Azərbaycan təcavüzkar  ölkədən yalnız 30 illik işğalçı əməliyyatları nəticəsində dövlətimizə, xalqımıza vurduğu ziyana görə ödəyəcəyi bəlkə də yüz milyardlara bərabər təzminatı qəbul edə bilər...
Sultan Laçın

Əlaqəli xəbərlər