Selvedge 2021 - Dünya Satış Sərgisi keçiriləcək

WhatsApp Image 2020 11 28 at 02.35.03
 
Tekstil planetimizdə yaşayan hər bir insanın mədəni irsinin əhəmiyyətli hissəsini təşkil edir və bəşəriyyətin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Bütün bu ənənələri dəyərləndirməyin vacibliyini nəzərə alaraq, 31 avqust - 4 Sentyabr 2021-ci il tarixlərində Selvedge Dünya Satış Sərgisi keçiriləcək.
Geyim mədəniyyəti və yaradıcılığının bayramı olan bu sərgidə dünyanın istənilən ölkəsindən sənətkarlar iştirak edə bilərlər. Onların təqdim etdiyi məhsul kolleksiyaları hər qitədən olan mütəxəssislər tərəfindən ayrı-ayrı kateqoriyalar üzrə qiymətləndiriləcək. Qeyd edək ki, “Selvedge” jurnalı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova İkinci Selvedge Dünya Sərgisinin seçim komissiyasının işində iştirak etmək üçün dəvət olunub.
Orijinallığına, dizaynına, davamlılığına, sənətkarlıq xüsusiyyətlərinə, keyfiyyətinə və s. görə hakimlərdən müsbət rəy alan tekstil istehsalçılarının kolleksiyaları sərgidə nümayiş etdiriləcək. Tədbirdə əllidən artıq ölkənin tekstil ənənələri təqdim olunacaq və sənətkarların hər biri üçün bərabər imkanlar yaradılacaq.
Bu il oduğu kimi Selvedge 2021 - Dünya Satış Sərgisi də onlayn keçiriləcək və tədbir çərçivəsində virtual seminarlar, danışıqlar, panel müzakirələri baş tutacaq. Azərbaycan Milli Xalça Muzeyi sənətkarları, dizaynerləri, şirkətləri, qeyri-hökumət təşkilatlarını, kooperativləri və qeyri-kommersiya təşkilatlarını Selvedge 2021 - Dünya Satış Sərgisində iştirak etməyə çağırır.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak ərizəsini təqdim etmək üçün linkə daxil ola bilərsiniz:
https://www.selvedge.org/pages/exhibitor-applications-2021
                                                         
                                                             ***
 
Всемирная ярмарка Selvedge-2021
 
 
Текстиль - значимая часть культурного наследия каждого человека на планете, он неразрывно связан с историей человечества. С 31 августа по 4 сентября 2021 года пройдет Всемирная ярмарка Selvedge, концепция которой включает высокую оценку текстиля как общечеловеческой ценности.
В этом празднике культуры одежды и творчества могут принять участие художники со всего мира. Их коллекции будут оцениваться в разных категориях экспертами со всех континентов. Отметим, что Ширин Меликова, директор Азербайджанского национального музея ковра, председатель Азербайджанского национального комитета ICOM, доктор философии в области искусствоведения, доцент, в рамках сотрудничества с журналом Selvedge была приглашена для участия в отборочной комиссии Второй всемирной ярмарки Selvedge.
На выставке будут представлены коллекции производителей в сфере текстиля, получившие положительные отзывы судей за оригинальность, дизайн, долговечность, мастерство, качество и т.д. На мероприятии будут представлены текстильные традиции более чем 50 стран и созданы равные возможности для каждого мастера.
Как и в нынешнем году, Всемирная ярмарка Selvedge-2021 будет проводиться в режиме онлайн. В рамках мероприятия состоятся виртуальные семинары, переговоры и панельные дискуссии. Команда Азербайджанского национального музея ковра приглашает ремесленников, дизайнеров, компании, неправительственные организации, кооперативы и некоммерческие организации принять участие во Всемирной ярмарке Selvedge–2021.
По ссылке можно узнать об этом мероприятии подробнее и подать заявку на участие:
https://www.selvedge.org/pages/exhibitor-applications-2021

Əlaqəli xəbərlər