Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir

003.JPGDövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. İmtahanlar Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilmiş qaydalara əsasən, Microsoft Teams proqramı vasitəsilə onlayn formada şifahi şəkildə təşkil olunur.

İmtahan nəzarətçiləri və tələbələr imtahanın keçirilmə şəraiti ilə bağlı tələbləri müəyyən edən bütün qaydalarla bağlı öncədən məlumatlandırılıblar.

Akademiyanın elektron imtahan sisteminə yüklənilmiş suallar tələbələrə birbaşa sistem tərəfindən ünvanlanır. İmtahan zamanı tələbə Akademiya əməkdaşlarının onlayn nəzarəti altında sualları şifahi qaydada cavablandırır və daha sonra həmin cavablar müvafiq fənn müəllimi tərəfindən qiymətləndirilir.

İmtahanların yüksək səviyyədə təşkili, tələbələrin müraciətlərinin operativ həlli ilə bağlı Akademiyada "İmtahan qərargahı" və "Appelyasiya komissiyası"  yaradılıb.

Əlaqəli xəbərlər