Azərbaycanda BU GÜNƏ OLAN yoluxma sayı AÇIQLANDI – Rəsmi

koronavirus 7

Azərbaycanda koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

araz.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

Əlaqəli xəbərlər