Rövnəq Abdullayevin “taxtdan salınması” SOCAR-a nə verəcək? – MİLLƏT VƏKİLİNİN ŞƏRHİ

Screenshot 1 100j
 
Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədr İqtisadiyyat naziri Mikayıl Cabbarov olmaqla 6 üzv təyin edilib.
Bəs yeni yaradılan Müşahidə Şurasının fəaliyyətindən sonra SOCAR-da hansı yeniliklər gözlənilir?
Mövzu ilə bağlı “Bakupost.az”a danışan Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, SOCAR-ın Müşahidə Şurasına yeni üzvlərin təsis edilməsi şirkətin fəaliyyətində səmərəliliyin, eləcə də şəffaflığın artırılması baxımından vacibdir:
“İri dövlət müəssisələrinin idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı cənab Prezident tərəfindən xüsusi tapşırıqlar var. Həmin tapşırıqlara uyğun olaraq artıq iri şirkətlərdə Müşahidə Şurasının yeniləşməsi, eyni zamanda səmərəliliyin, şəffaflığın, o cümlədən, çevik idarəetmənin formalaşması ilə bağlı yeni şuraların yaradılması həyata keçirilir. Ona görə də Neft Şirkətində Müşahidə Şurasının üzvlərinin təsdiq edilməsi qurumun fəaliyyətinin genişləndirilməsi, korporativ idarəetmənin formalaşması baxımından vacib hesab olunur”.
V.Bayramov əlavə etdi ki, yeni üzvlərin təsdiqindən sonra SOCAR-ın fəaliyyətində səmərəliliklə yanaşı, həmçinin idarəetmədə yeni formaların, yeni mexanizmlərin tətbiqi müşahidə olunacaq: “Bu baxımdan yeni Müşahidə Şurasının formalaşması SOCAR-da artıq xüsusi bir menecmentin yaranmasına imkan verəcək. Bu da təbii ki, səmərəliliyi artıracaq. Bundan başqa, şirkətin fəaliyyətində investisiyanın cəlb edilməsi, sərmayə qoyuluşlarında səmərəliliyin artırılmasına imkan yaradacaq. Şuraya yeni üzvlərin təsdiq olunması şirkətin idarəetməsində çevikliyə nail olunmasına imkan yaradacaq. Nəticə etibarı ilə növbəti dövrlərdə Neft Şirkətinin fəaliyyətinin daha da genişləndirilməsi və səmərəliliyin artırılmasını müşahidə edəcəyik”.

Əlaqəli xəbərlər