Bu müxalif partiyalar YAP-a birləşir - Siyahı

bandicam 2021 03 04 19 46 13 797

Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar yayılıb. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanına liderlik edir.

araz.az Yenisabah.az-a istinadən xəbər verir ki, Azəraycanın müxalif çizgili, yaxud müstəqil sayılan 4 partiyası sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına birləşəcək.

Onlar aşağıdakılardır:

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,

- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,

- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,

- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.

***

Milli Qurtuluş Partiyasının (sədr Vüqar Oruc) da qurultay keçirdiyi və qurultayda YAP-a birləşməklə bağlı qərar verdiyi qeyd edilib. /Musavat.com

Əlaqəli xəbərlər