Avtomobillərin gömrükdən keçirilməsi ilə bağlı mühüm məlumat

avto0

Azərbaycan və Almaniya gömrük orqanlarının statistikası əsasında 2019-cu ildə ölkəmizə avtomobil idxalına dair müqayisə sizin üçün də maraqlı ola bilər.

Nümunə kimi yalnız benzinlə işləyən 4 fərqli mühərrik ölçüsünə dair avtomobilləri seçmişəm.

1) Mühərrikinin həcmi 1000 kub.sm-dən çox olmayan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaya görə 11179 USD, Almaniya gömrüyünə görə 6477 USD,

2) Mühərrikinin həcmi 1000-1500 kub.sm intervalında olan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaya görə 4359 USD, Almaniya gömrüyünə görə 3000 USD,

3) Mühərrikinin həcmi 1500-3000 kub.sm intervalında olan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaya görə 22463 USD, Almaniya gömrüyünə görə 49395 USD,

4) Mühərrikinin həcmi 3000 kub.sm-dən çox olan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaua görə 183020 USD, Almaniya gömrüyünə görə 199703 USD,

Bu statistikanın təhlilində diqqəti çəkən 2 vacib məqamı deyim.

1-ci, ucuz avtomobillərdə Azərbaycanın gömrük dəyəri daha yuxarı, bahalı avtomobillərdə daha aşağıdır.

2-ci, dəyəri 200 min dollar ətrafında olan benzinlə işləyən minik avtomobillərinin sayı ümumi idxal edilmiş avtomobillərin 3%-dir, amma onların idxalın dəyərində xüsusi çəkisi 30%-ə yaxın olub.

Almaniya gömrüyündə aşağı dəyərlə (3-7 min USD intervalında) rəsmiləşdirilən avtomobillər isə bütün idxalın say etibarı ilə 40%-ni, dəyər etibarı ilə isə 9%-ni təşkil edib.

Qeyd: bütün məlumatlar Dövlət Gömrük Komitəsinə və Comtrade bazasına məxsusdur. Statistika ilə bağlı irad və qeydləri olanlar, həmin bazalara ünvanlaya bilərlər.

Əlaqəli xəbərlər