Azərbaycan Mətbuat Şurasının keçmiş icra katibinin 70 yaşı tamam oldu

 AZpressAZ 09176e44145cc4cb538739252 oBugünlərdə ölkənin tanınmış media qurucularından biri, Əməkdar jurnalist Rəhim Hüseynzadənin 70 yaşı tamam oldu. Həmkarları, dostları, eləcə də fəaliyyətlərində yaxından iştirak etdiyi vətəndaş cəmiyyəti qurumları təcrübəli jurnalisti və yurdsevər ziyalını səmimi təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırlar.
Yaradılmasında yaxından iştirak etdiyi və fəal üzvlərindən biri olduğu Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təbrikində də Rəhim Hüseynzadənin mənalı və şərəfli ömür yoluna nəzər salınır, milli jurnalistikamızın inkişafında xidmətləri qədirbilənliklə qeyd edilir:157718083 1384140258612458 8481106538713437750 n
--Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə Novruz bayramı öncəsi mart ayının 3-də Gəncə şəhərində doğulub. O, 1958--1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirən Rəhim Hüseynzadə çalışdığı kollektivlərdə təşəbbüskarlığı, ənənələrə sadiqliyi, yenilik axtarışı və məsuliyyəti ilə seçilib.
Həmkarımız jurnalist fəaliyyətinin ilk dövründə-- 1973--1977-ci illərdə yeni yaradılmış Neftçala rayonunda nəşrə başlamış "Gündoğar" qəzetinin, 1977--1992-ci illərdə "Qələbə" Salyan rayon qəzetinin şöbə müdiri işləyib. Peşəkar jurnalist kimi Rəhim müəllim SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb.
Rəhim Hüseynzadə yerli mətbuatda qazandığı təşkilatçılıq təcrübəsinə və insanlarla ünsiyyət bacarığına görə 1992--1996-cı illərdə yerli idarəetmə qurumunda işə cəlb edilib-- Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib. Həmkarımız 1998-ci ildə yenidən media sahəsində fəaliyyətə qayıdıb. O, müstəqil nəşrlər olan "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru olub və 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasında fəal iştirak edib.
Çoxillik yaradıcı və ictimai-siyasi fəaliyyətində yetkin jurnalist və təcrübəli təşkilatçı kimi tanınmış Rəhim hüseynzadə 2004-cü ildə isə Mətbuat Şurasının icraçı katibi təyin edilib və 14 il bu vəzifədə uğurla çalışıb. Azərbycan jurnalistikasının tarixində ilk dəfə veteran jurnalistlər qurumu kimi yaradılan Ahıl Jurnalistlər Məclisinin uğurlu fəaliyyətində də Rəhim müəllimin seçilən köməyi olub. O, 2008-ci ildən ölkənin media quruculuğunda önəmli layihələr gerçəkləşdirən "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədridir.
Rəhim Hüseynzadə milli jurnalistikamızın inkişafında göstərdiyi xidmətlərə görə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisi tanınmış və nufuzlu qələm sahibi, Əməkdar jurnalist Rəhim Hüseynzadəni anadan olmasının 70 illiyi münasibətilə səmimi təbrik edir, həmkarımıza yaradıcılıq və təşkilatçılıq sahəsində yeni uğurlar arzulayır!


Məzahir Süleymanzadə,
Azərbaycan Mətbuat Şurası
Ahıl Jurnalistlər Məclisinin sədri

Əlaqəli xəbərlər