“Qocalar Evi”nin direktorunun “dəli elə və hökm sür” siyasəti

1613472877 nuriy 2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan  Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Samirə Mehdiyevanın özbaşınalıqları davam edir. Direktor 70 yaşlı Hüseynağa Nuriyevdən sonra pansionun daha bir ahıl sakinini “dəlixanalıq edib”. S.Mehtiyevanın özbaşınalığı o həddə çatıb ki, “dəli” adı qoyduğu qocaların heç saqqalına, dünyagörüşünə də fikir vermir. Direktor əsla düşünmür ki, şərlədiyi şəxsi psixi xəstə kimi təqdim etməsi kənardan inandırıcı görünər, ya yox. Hətta heç onu da fikirləşmir ki, zülmə tabe olmayan qocaları “dəli” etməklə, pansionun sakinləri arasında psixi xəstələrin sayını göstərən statistikanı da süni şəkildə artırır ki, bu da özü-özlüyündə “Qocalar Evi”ndə psixoloji atmosferin qeyri-qənaətbəxş olduğunu göstərən mənfi tendensiyadır.

S.Mehtiyevanın “dəli elə və hökm sür” siyasətinin növbəti qurbanı əslən Kəlbəcər rayonundan olan Rafiq müəllimdir. Onu müəllim kimi təqdim etməkdə haqlıyıq – Adam S.Mehtiyevadan da savadlıdır, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. Haqlı olaraq Vətən müharibəsi adlandırılan İkinci Qarabağ savaşında qazanılan qələbə hesabına torpaqlarımız, o cümlədən Kəlbəcər rayonu işğaldan azad olunanda sevinən Rafiq müəllim öz təqaüdü ilə quzu alıb, qurban kəsərək pansionun sakinləri arasında paylayıb. Yəqin, elə bu hərəkəti onu direktorun gözünə dəli kimi göstərib.

Redaksiyamıza verilən məlumatda o da qeyd olunur ki, direktor pansionatın ikinci mərtəbəsində Elmira adlı sakinin çoxdan məskun olduğu otağını əlindən alıb özünə mini-restoran eləyib.

Keçən ilin dekabr ayından anbardar vəzifəsində işləyən Anarı bu il mart ayının sonunda işdən kənarlaşdıraraq, onun yerinə öz rəfiqəsi Nurlananı yerləşdirən S.Mehtiyeva qərarını guya Anarın siyasi orientasiyasının şübhəli olması ilə əlaqələndirib. Bu barədə redaksiyamıza məlumat verən etibarlı mənbə bildirir ki, anbara mədaxil edilməli olan əksər ərzağın yalnız qaiməsi gəlib çıxır, məhsulun özü isə birbaş dükanlara yollanırdı. Bildirilir ki, direktor hətta bu korrupsiyaya qarşı çıxan mühafizəçi polislərin də başqaları ilə əvəzlənməsinə nail olub; indikilər “anbar əməliyyatı”na göz yumurlar. Həm də anbara “görünməyən” məhsulun “mədaxil” edilməsi, görünən məhsulların isə oğurlanılması həftənin şənbə və bazar günləri həyata keçirilir ki, birdən iş günlərində qəfil Nazirliyin nəzarətedici funksiya daşıyan hansısa işçiləri gəlib faktın üstünə çıxmasınlar. Bütün bunlar da Anarı narahat edir; adının işdə getdiyi, direktor tərəfindən “pandemiya məzuniyyəti”nə çıxmağa məcbur edildiyi son aylarda törədilən oğurluqlar onun üstünə yıxıla bilər. Çünki direktorun onunla “haqq-hesab” çəkmək niyyəıti var. Məsələ burasındadır ki, müəssisə rəhbərinin sakinlərin payını “qayçılaması” ilə barışmayan Anar fürsət tapan kimi qocalara çatası qış geyimini, dərman preparatlarını onlara paylanılmasını təşkil edib və vəzifəsindən irəli gələn bu qanuni işi görərkən S.Mehtiyevanın qərarını gözləməyib ki, bu da direktorun xoşuna gəlməyib.

Məsələ ilə əlaqədar münasibətini öyrənmək üçün Anarın özü ilə telefon əlaqəsi saxladıq. Anar eşitdiklərimizin çoxunun həqiqət olduğunu təsdiqlədi. Həmçinin bildirdi ki, S.Mehtiyevanın pansioanata rəhbərlik etdiyi müddətdə gördüyü işdəycələr onda ikrah hissi doğurduğundan, bu barədə danışmaq belə istəmir və yaxşı olar ki, bu məsələlərə Nazirlik özü araşdırıb lazımi qiymət versin.

Nazirliyin isə S..Mehtiyeva barədə ölçü götürməsi yolunda isə ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin direktoru Vüqar Behbudov kimi bir əngəl dayanıb. Son olaraq məlumatda qeyd olunur ki, S.Mehtiyeva ilə V.Behbudovu vazkeçilməz olan hansısa iri məbləğ birləşdirir. Bu barədə irəliləyən saylarımızda geniş məlumat verəcəyik

Mövzuya qayıdacağıq. 

Heqiqet carcisi.az

 

Əlaqəli xəbərlər