“Səhiyyə Nazirliyi müxtəlif istehsalçılara saxta sənəd təqdim edib” - ETİRAZ

bandicam 2021 07 13 11 05 29 106

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küç., ev 20A ünvanında fəaliyyət göstərən fiziki şəxs İskəndərov Həyatxan Hüseynəli oğluna məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışını həyata keçirdiyi ticarət müəssisəsində yoxlama keçirib. AQTA-dan verilən məlumata görə, yoxlama zamanı ticarət müəssisəsində ərzaq məhsullarının saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı aşkar olunub.

Eyni zamanda ərzaq məhsullarının saxlanılması və satışı zamanı temperatur rejiminə riayət edilmədiyi, termiki emaldan keçmədən istifadə edilən quru meyvələrin, çərəzlərin və ədviyyatların ticarət müəssisəsinin qarşısında üzəri açıq şəkildə satıldığı müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aşkara çıxarılan neqativ hallar barədə “Sherg.az”a danışdı:

“AQTA əlindən gələni edir. Lakin təəssüflər olsun ki, Səhiyyə Nazirliyi illər boyu müxtəlif istehsalçılara saxta sənəd təqdim edib. Həmçinin hökumət bir çox biznes qurumlarına sanki toxunulmazlıq verib. Belə qurumların çoxunun məmurların əlində olduğu kimsəyə sirr deyil. Qanunvericilikdəki boşluqlar da öz sözünü deyir. Və, nəhayət, ən mühüm məsələlərdən biri istehlakçıların maariflənməsidir. Onlar küçədə açıq havada, anti-gigiyenik şəraitdə satılan məhsullardan uzaq durmalıdırlar”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər